Son Dəqiqə

Bu gün, 10:26 - Fransada Makron hökumətinə qarşı kütləvi etirazlar başladı...

Bu gün, 09:36 - Separatçı rejim döyüşlərin Şuşanın cənubunda getdiyi haqda xəbər yaydı...

Bu gün, 09:31 - “Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? - İDDİA+FOTO

Bu gün, 09:24 - Ermənistanın 30 hərbçisinin meyiti BQXK vasitəsi ilə təhvil verilib

Bu gün, 09:23 - Ədliyyə Nazirliyi 3 dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaratdı

Bu gün, 09:22 - Düşmənin qüvvə və vasitələri məhv edilib

Bu gün, 09:19 - "Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib

Bu gün, 09:17 - Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR

Bu gün, 09:14 - Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Dünən, 13:11 - Türkiyə Cümhuriyyətinin quruluşundan 97 il ötür

Dünən, 13:09 - Əziz Prezidentimiz! Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib

Dünən, 10:50 - “Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir...”

Dünən, 10:37 - Ermənistanın 1-ci ümumqoşun ordusu komandanın müavini məhv edilib

Dünən, 10:35 - Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub - RƏSMİ

Dünən, 10:33 - "Onların dərdi mənim vətənimin dərdi deyil ki, Nensi Pelosi Ceyhun Bayramovla niyə görüşürdü ki?"

Dünən, 09:07 - "McDonald's"dan Azərbaycanın haqq savaşına qarşı xain addım...

Dünən, 08:44 - İlham Əliyev Türkiyə xalqını təbrik etdi

28-10-2020, 12:59 - "Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"

28-10-2020, 10:11 - "Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"

27-10-2020, 14:09 - PRİTON İŞLƏDƏN ALLAHVERƏN GÖYGÖL RPŞ-DƏ KİMƏ GÜVƏNİR? - İDDİA

27-10-2020, 11:20 - Separatçıların “müdafiə naziri” yaralanıb

27-10-2020, 11:19 - Ermənilər Tərtərin Düyərli kəndini raket atəşinə tutub - FOTO

27-10-2020, 11:18 - Milli Məclis bu günə iclas çağırdı - 8 məsələ müzakirə olunacaq

27-10-2020, 11:17 - Çin ABŞ şirkətlərinə sanksiyalar tətbiq edəcək

27-10-2020, 11:00 - Koronavirusla bağlı SON STATİSTİKA

27-10-2020, 10:30 - Ermənistan Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu raket atəşinə tutdu

27-10-2020, 10:00 - “Azərbaycan artıq Qarabağdakı erməni qüvvələrini məngənəyə sıxışdırır” - POL QOBL

27-10-2020, 09:30 - Türkiyədə bir terrorçu öldürüldü, digəri özünü partlatdı- İTKİ OLMADI...

GundelikXeber
 Valyuta məzənnəsi

Azərbaycanda Mediasiya Şurası təsis edilib

Tarix:17-04-2020, 17:21

Azərbaycanda Mediasiya Şurası təsis edilibÖtən il dekabrın 2-də Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli fərmanına və “Mediasiya haqqında” qanuna uyğun olaraq Mediasiya Şurasının təsis edilməsi və mediasiya qanunvericiliyinin tətbiqi məqsədilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə işçi qrup yaradılıb.

"gundelikxeber.az" xəbər verir ki, işçi qrupda Azərbaycan Respublikasının Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ali Məhkəmə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Vəkillər Kollegiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi öz səlahiyyətli nümayəndələri vasitəsilə təmsil olunublar.

İşçi qrupun fəaliyyəti nəticəsində Mediasiya Şurasının nizamnaməsi bütün aidiyyəti qurumlarla razılaşdırılaraq təsisçi qismində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyası çıxış etməklə cari il fevralın 12-də “Mediasiya Şurası” qeyri-kommersiya hüquqi şəxsi təsis edilib, fevralın 16-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Mediasiya Şurasının idarə edilməsi hazırda müvəqqəti olaraq Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurası Məhkəmə Hakimləri Assosiasiyası İttifaqı tərəfindən təyin edilmiş hakim (Səməd Cəfərov), Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkil (Elçin Usub), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təyin edilmiş sahibkar (Vüqar Zeynalov), Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı (Məryəm Hacı-İsmayılova) və müstəqil mediasiya ekspertindən (Ruslan Mirzəyev) ibarət tərkibdə formalaşıb.

Mediasiya Şurası tərəfindən qısa müddət ərzində mediasiya təlimlərinin təşkili, belə təlimlərdən keçmiş mediatorların Şuraya üzv olaraq qəbul edilməsi, belə mediatorlardan ibarət Mediasiya Şurasının İdarə Heyətinin yaradılması və ölkə ərazisinində “Mediasiya haqqında” qanunun tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Bu istiqamətdə martın 3-də Mediasiya Şurasının qərarı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi Mediasiya Şurasının üzvlüyünə qəbul edilib. Mediasiya Şurası “Mediasiya haqqında” qanunun 20.1.6-cı maddəsini rəhbər tutaraq aprelin 8-də “Mediasiya prosesinin tətbiqi barədə təklif”, “Mediasiya üçün müraciət”, “Mediasiyaya dəvət məktubu”, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”, “Barışıq sazişi”, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”, “Müqavilədə mediasiyaya dair qeyd-şərt olduqda ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayış”, “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”, “Mediasiya prosesinə xitam verilməsi barədə protokol” formalarını təsdiq edib.

Bununla yanaşı, Mediasiya Şurası tərəfindən statistik məlumatların toplanması qaydasını və qiymətləndirmə sorğusunu özündə əks etdirən “Statistik məlumatların toplanması üçün təlimat” və üzvlüyə qəbul prosesini əks etdirən “Mediasiya Şurasının üzvlüyünə qəbul edilmə proseduru” təsdiq edilib.

Koronavirus (COVİD-19) pandemiyasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində mart və aprel aylarında keçirilməsi planlaşdırılan təlimlər təxirə salınıb. Lakin qısa müddət ərzində qeyd edilən tədbirlər nəzərə alınmaqla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında mediatorların ilkin hazırlığı üzrə təlimlərin keçirilməsi və müvafiq istiqamətlərdə işlərin görülməsi nəzərdə tutulur.

Oxunub: 21

XƏBƏR LENTİ
Bu gün, 10:26 Fransada Makron hökumətinə qarşı kütləvi etirazlar başladı...
Bu gün, 09:36 Separatçı rejim döyüşlərin Şuşanın cənubunda getdiyi haqda xəbər yaydı...
Bu gün, 09:31 “Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? - İDDİA+FOTO
Bu gün, 09:24 Ermənistanın 30 hərbçisinin meyiti BQXK vasitəsi ilə təhvil verilib
Bu gün, 09:23 Ədliyyə Nazirliyi 3 dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaratdı
Bu gün, 09:22 Düşmənin qüvvə və vasitələri məhv edilib
Bu gün, 09:19 "Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib
Bu gün, 09:17 Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR
Bu gün, 09:14 Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub
Dünən, 13:11 Türkiyə Cümhuriyyətinin quruluşundan 97 il ötür
Dünən, 13:09 Əziz Prezidentimiz! Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib
Dünən, 10:50 “Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir...”
Dünən, 10:37 Ermənistanın 1-ci ümumqoşun ordusu komandanın müavini məhv edilib
Dünən, 10:35 Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub - RƏSMİ
Dünən, 10:33 "Onların dərdi mənim vətənimin dərdi deyil ki, Nensi Pelosi Ceyhun Bayramovla niyə görüşürdü ki?"
Dünən, 09:07 "McDonald's"dan Azərbaycanın haqq savaşına qarşı xain addım...
Dünən, 08:44 İlham Əliyev Türkiyə xalqını təbrik etdi
28-10-2020, 12:59 "Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"
28-10-2020, 10:11 "Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"