Son Dəqiqə

Dünən, 11:48 - "Xalqımızın qətiyyətli mövqeyi, ordumuzun gücü erməniləri tezliklə məcbur edəcək ki..."

Dünən, 11:46 - Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutur

Dünən, 11:45 - Gəncədə ağır qəza: Ölən və yaralananlar var

Dünən, 11:43 - Rusiyada mehmanxana alovlara büründü

Dünən, 11:41 - BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclas keçirildi

Dünən, 11:32 - Poroşenko koronavirusa yoluxub

Dünən, 11:29 - Xərçəng hüceyrələrini öldürməyin yeni üsulu aşkarlandı

Dünən, 11:28 - Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib - VİDEO

Dünən, 11:27 - "Paşinyan qorxur ki, Türkiyə müharibəyə girsə, bir neçə saata İrəvanda otura bilər..."

Dünən, 11:25 - Prezident: "Biz təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin"

29-09-2020, 13:29 - “Qadınlar batalyonuna yalvarırdım ki, məni də tibb bacısı kimi cəbhəyə aparın...”

29-09-2020, 13:26 - Şuşada Yuxarı Gövhər ağa məscidinin tarixi saxtalaşdırılır -

29-09-2020, 13:25 - Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi davam edir

29-09-2020, 13:14 - Düşmənin daha iki tankı məhv edildi - VİDEO

29-09-2020, 13:10 - "Siyasi partiyaların birgə bəyanatı milli birliyimizin bariz nümunəsidir"

29-09-2020, 13:09 - "Təcili tədbirlər paketi hazırlanmalı və kompleks işlər görülməlidir" - TƏKLİF

29-09-2020, 13:08 - “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil” - Müdafiə Nazirliyi

29-09-2020, 12:59 - “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı

29-09-2020, 12:56 - Ermənilər İTV-nin maşınına atəş açdı - Avtomobil YANIR

29-09-2020, 11:57 - Baş Prokurorluq ermənilərin yaraladığı sakinlə bağlı cinayət işi başladı

28-09-2020, 20:33 - Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”

28-09-2020, 20:29 - "Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır"

28-09-2020, 20:24 - C.Əhmədov: “İlahi, Səni itirən nəyi tapdı, Səni tapan nəyi itirdi?”

28-09-2020, 20:23 - Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içində

28-09-2020, 16:24 - Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub - RƏSMİ

28-09-2020, 16:16 - Ermənilərin açdığı atəş nəticəsində 2 məktəbli həlak olub - Rəsmi

26-09-2020, 14:33 - Yeni stadion kimə mane olur?

26-09-2020, 12:44 - Ağsu şəhər Mədəniyyət və İstirahət parkı abadlaşdırılır - fotolar

GundelikXeber
 Valyuta məzənnəsi

Xarici İşlər Nazirliyində daxili islahata ciddi ehtiyac var - İTTİHAM

Tarix:24-04-2020, 15:27

Xarici İşlər Nazirliyində daxili islahata ciddi ehtiyac var - İTTİHAMAzərbaycan Xarici İşlər Nazirliyinin (XİN) fəaliyyəti, xüsusilə də qurumun son bəyanatı sərt şəkildə tənqid olunmaqdadır.
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın İrəvanda keçirdiyi brifinqdə işğaldakı ərazilərin qaytarılmayacağını bəyan etməsindən sonra Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun ona kəskin reaksiya verməməsinin səbəbləri hamını düşündürür. Xüsusilə də cənab Məmmədyarovun erməni həmkarının sərsəm fikirlərinin üstündən keçərək onunla, Sergey Lavrovun vasitəçiliyi əsasında pandemiya müzakirələri aparması da təəccüb və təəssüf doğurub. Hətta Qarabağ mövzusunda danışılarkən təmasların davam etdirilməsi barədə razılığa gəlinib ki, bu da kəskin etirazlara səbəb olub. İnsanlar soruşurlar ki, necə olur Ermənistan XİN başçısı nəinki Şuşa, Laçını, hətta “təhlükəsizlik zolağı” adlandırdığı Ağdamı belə geri verməyəcəklərini qəti şəkildə bəyan edir, amma bizim nazir bütün bunların üstündən sakitcə keçərək təmasların davamına razılaşır? Düzdür, sonradan XİN mətbuat xidməti adından effektli və adekvat olmayan bir açıqlama yayıldı, amma əksəriyyət hesab edir ki, bu cür açıqlama verilməsə, daha yaxşı olardı...

Belə yanaşma var ki, Xarici İşlər Nazirliyində islahatlara ehtiyac var. Yəni ölkəmizdə xüsusilə də 2018-ci ildən başlayaraq həyata keçirilən islahatlar xarici siyasət idarəsini də əhatə etməlidir. Hesab olunur ki, bu qurum yeni çağırışlara və Prezidentin kursuna cavab vermir. Ona görə də nazir başda olmaqla, bütün heyət dəyişməlidir.

Deputat, Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin üzvü Cavanşir Feyziyev də Musavat.com-a deyib ki, belə vəziyyətdən çıxış yolu yalnız islahatlardır: “Əslində, bizim xarici siyasət fəaliyyətimizdə köklü islahatlara ehtiyac var. Xüsusilə kadr islahatlarına. Bizim Diplomatik Akademiyamız var, Prezident yanında İdarəçilik Akademiyamız var, xaricdə təhsil alıb qayıtmış minlərlə gəncimiz var. Onlar haradadır, onların diplomatik fəaliyyətdə iştirakı varmı? Əlbəttə, yox. Çünki diplomatik fəaliyyətə qəbul prosesi şəffaf deyil, çox hallarda yerliçilik və regionçuluq prinsipləri əsasında işə qəbul olunurlar. Onların marağı isə xalqın və dövlətin marağı ilə eyni deyil”. Deputat deyib ki, onlar işlədikləri ölkələrdə keçirdikləri tədbirlərin çoxu görüntü xarakterlidir, heç bir effekti yoxdur. Bəs, digər ekspertlərimiz nə düşünür deyə, onlara müraciət etdik.

Bir il əvvəl XİN-in fəaliyyəti haqqında Milli Məclisdə tənqidi fikirlər söyləyən deputat Fəzail Ağamalı bu barədə Musavat.com-a açıqlamasında nazirliyin son bəyanatına da tənqidi yanaşdı: “Əlbəttə, o zaman açıqladığım münasibət xarici işlər nazirinin işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı sərgilədiyi mövqe ilə birbaşa bağlı idi. Bu gün də həmin fikirdə qalıram ki, xarici işlər naziri işğalçı Ermənistanın xarici işlər nazirindən fərqli olaraq, çox qeyri-müəyyən mövqe nümayiş etdirməkdədir. Sanki bu, Ermənistanın işğalçı siyasətini, onun torpaqlarımızın azad edilməsi ilə bağlı beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətin rəylərinə fikir vermədən yenə də aqressiv mövqe ifadə etməsi ilə müqayisədə çox yumşaq, çox qeyri-müəyyən, həm də deyərdim ki, malalayıcı mövqe nümayiş etdirməkdədir. Bu, bütün tərəfləri ilə görünməkdədir. Xarici işlər naziri ölkə prezidentinin hücum diplomatiyasının məntiqinə söykənərək öz fəaliyyətini qurmur və yaxud qura bilmir. Hər bir halda bu, ciddi tənqidə məruz qalan bir mövqedir. Ona görə də Xarici İşlər Nazirliyinin son görüşlə bağlı açıqladığı fikirlər də hər bir Azərbaycan vətəndaşında sözün həqiqi mənasında ciddi narahatlıq və narazılıq doğurub. Bu cür olmaz axı!”

F.Ağamalı daha sonra XİN-in fəaliyyətsizliyi ilə bağlı bunları söylədi: “Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş torpaqlarımızın azad edilməməsi ilə bağlı Ermənistanın bütün strukturlarının, eyni zamanda XİN-in mövqeyinin sərt xarakter daşıdığı bir zaman kəsiyində Elmar Məmmədyarov yenə də yumşaq, sanki Ermənistanın işğalçılıq siyasətinə, indiki vəziyyətə haqq qazandıran, “status-kvo”nun qorunub-saxlanmasına xidmət edən mövqe sərgiləməkdədir. Təəssüf ki, bu, belədir. Mən istəməzdim ki, bu sözləri Azərbaycanın xarici işlər naziri kimi Elmar Məmmədyarovun ünvanına yönəldim. Lakin görünən budur ki, xarici işlər naziri ona tapşırılan vəzifənin öhdəsindən birmənalı şəkildə gələ bilmir. İllərdir ki, onun bir nazir olaraq Azərbaycanın xarici siyasətinin başçısı kimi bu baxımdan zərrə qədər töhfəsi olmayıb. Ona görə mən düşünürəm ki, bu mövqe əlbəttə, bu gün Azərbaycan dövlətinin və dövlət başçısının siyasəti ilə, xətti il uzlaşmır”.

F.Ağamalı qeyd etdi ki, ölkədəki bütün strukturlarda ciddi islahatlar gedir və o, özünün konkret və müsbət nəticələrini göstərməkdədir: “Lakin XİN-də bu fəallığı əlbəttə, biz görmürük. Mən düşünürəm ki, bu, ilk növbədə xarici işlər nazirinin birbaşa fəaliyyəti ilə bağlıdır. Ancaq müəyyən mətbuat orqanlarında, yaxud ayrı-ayrı şəxslər tərəfindən deyilir ki, nazirliyin bütün strukturları yenilənməlidir, yenilər gəlməlidir, nazirlikdə tamamilə kardinal dəyişikliklər olmalıdır, mən bu yanaşmanın tərəfdarı deyiləm. Çünki məncə, XİN-də tamamilə fərqli mövqeyi ilə fərqlənən kifayət qədər peşəkar diplomatlarımız var. Sadəcə, bu diplomatların fəaliyyəti bir qayda olaraq nazir tərəfindən koordinasiya olunur və istiqamətləndirilir. Ona görə də islahatlar aparılarkən əlbəttə, oradakı peşəkar, yüksək səviyyəli diplomatlarımızın gələcəkdə verə biləcəyi töhfələr nəzərə alınıb, onlara da fərqli yanaşmalar olmalıdır. Mən belə başa düşürən ki, bu gün bizim problemimiz birbaşa xarici işlər naziri kimi Elmar Məmmədyarovla bağlıdır. Oradakı peşəkar diplomatları hərəkətə gətirə biləcək, günün tələblərinə uyğun şəkildə onların fəaliyyətini qura biləcək daha çevik, Ermənistana, onun təcavüzkar siyasətinə daha radikal və barışmaz münasibəti özündə ifadə edən bir şəxs gəlməlidir ki, orada artıq işlər qaydasına düşsün. Çünki bu gün ölkə prezidentinin Ermənistana münasibəti kifayət qədər kəskindir, qətiyyətlidir, dönməzdir və güzəştsizdir. Bu baxımdan XİN öz işini yenidən qurmalıdır”.

Politoloq Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında islahatlara gedilməsini vacib saydı: “Bütün dövlət qurumlarında olduğu kimi Xarici İşlər Nazirliyində və təbii ki, səfirlik və konsulluqlarımızda islahatların aparılmasına ehtiyac var. Təkcə XİN-in deyil, bütövlükdə bütün dövlət qurumlarının fəaliyyətinə ciddi maneə yaradan “qohum-əqrəba, dost-tanış kriteriyaları” tarixin arxivinə atılmalı, peşəkarlıq, analitik təfəkkür, təcrübə, istedad və bacarıq, vətəndaş mövqeyi, prinsipiallıq ön plana keçməlidir”.

E.Mirzəbəyli digər bir məqamı xüsusilə qeyd etdi: “Şübhəsiz ki, istər Xarici İşlər Nazirliyinin Aparatında, istərsə də diplomatik nümayəndəliklərimizdə öz işinin öhdəsindən layiqincə gələn, peşəkar, iti ağıllı kadrlar var. Vaxtilə XİN-in aparatında çalışan, hazırda isə ayrı-ayrı diplomatik nümayəndəliklərdə, yüksək dövlət postlarında təmsil olunan şəxslərin fəaliyyəti buna sübutdur. Amma bu yetərli deyil və dövlət idarəçiliyinin bütün sahələrində, xüsusilə də olduqca mühüm strateji əhəmiyyət kəsb edən diplomatik sahədə istisnalara yer olmamalıdır”.

Qarabağ mövzusunu və bu istiqamətdə danışıqları davamlı şəkildə təqib edən, bu məsələlərlə bağlı bəzən XİN-in fəaliyyətinə də tənqidi yanaşan ermənişünas alim, politoloq Qafar Çaxmaqlı XİN-in reaksiyasını adekvat saymadı: “Yalnız dünənki bəyanat deyil, məsələlərə münasibətdə, operativ reaksiya məsələlərində XİN həmişə baş verən hadisələrin yedəyində gedir. Cəmiyyət ondan sərt bir reaksiya gözləyərkən çox mənasız bəyanatlar verir. Onun əvəzinə Prezidentin köməkçisindən gələn açıqlamalar bəzən bu yarıtmazlığı kompensasiya etmiş olur. XİN rəhbərinin özünün məsələlərə münasibəti də səlis deyil, anlaşılmır kimin xeyrinə danışır. Dağlıq Qarabağda keçirilən “seçkilər”də XİN-in açıqlamasını xatırlayın. Lap elə son olaylara diqqət edək: erməni XİN rəhbəri Mnasakanyan deyir ki, bizim təhlükəsizlik xəttimiz Ağdamdan keçir. Cavab yoxdur. XİN rəhbəri Məmmədyarov isə deməlidir ki, bizim xəttimiz İrəvandan keçəcək. Bunu şərh edərkən biz deyirik, amma o demir”.

Q.Çaxmaqlı islahatlara ciddi zərurət olduğunu dedi: “Mən lap çoxdan bu fikirdəyəm ki, diplomatik korpusda ciddi dəyişikliklər olmalıdır. Xarici ölkələrdə Azərbaycanı təmsil edənlər Azərbaycan dövlətinin maraqlarından çıxış etməlidirlər... Təəssüf ki, hər yerdə belə deyil”.

Səslənən tənqidi fikirlərlə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin, xüsusilə də cənab E.Məmmədyarovun fikirlərini dərc etməyə hazırıq.

Oxunub: 10

XƏBƏR LENTİ
Dünən, 11:48 "Xalqımızın qətiyyətli mövqeyi, ordumuzun gücü erməniləri tezliklə məcbur edəcək ki..."
Dünən, 11:46 Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutur
Dünən, 11:45 Gəncədə ağır qəza: Ölən və yaralananlar var
Dünən, 11:43 Rusiyada mehmanxana alovlara büründü
Dünən, 11:41 BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclas keçirildi
Dünən, 11:32 Poroşenko koronavirusa yoluxub
Dünən, 11:29 Xərçəng hüceyrələrini öldürməyin yeni üsulu aşkarlandı
Dünən, 11:28 Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib - VİDEO
Dünən, 11:27 "Paşinyan qorxur ki, Türkiyə müharibəyə girsə, bir neçə saata İrəvanda otura bilər..."
Dünən, 11:25 Prezident: "Biz təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin"
29-09-2020, 13:29 “Qadınlar batalyonuna yalvarırdım ki, məni də tibb bacısı kimi cəbhəyə aparın...”
29-09-2020, 13:26 Şuşada Yuxarı Gövhər ağa məscidinin tarixi saxtalaşdırılır -
29-09-2020, 13:25 Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi davam edir
29-09-2020, 13:14 Düşmənin daha iki tankı məhv edildi - VİDEO
29-09-2020, 13:10 "Siyasi partiyaların birgə bəyanatı milli birliyimizin bariz nümunəsidir"
29-09-2020, 13:09 "Təcili tədbirlər paketi hazırlanmalı və kompleks işlər görülməlidir" - TƏKLİF
29-09-2020, 13:08 “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil” - Müdafiə Nazirliyi
29-09-2020, 12:59 “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı
29-09-2020, 12:56 Ermənilər İTV-nin maşınına atəş açdı - Avtomobil YANIR