Son Dəqiqə

Bu gün, 14:31 - “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”

Bu gün, 14:26 - Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb

Bu gün, 14:23 - DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”

Bu gün, 12:15 - AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib

Bu gün, 11:30 - TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib

Bu gün, 11:00 - XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib

Bu gün, 10:55 - Kamaləddin Qafarov : Qarabağa qayıdış uzaqda deyildir...

Bu gün, 10:00 - Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

Bu gün, 09:30 - Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

Bu gün, 09:00 - Tanınmış bəstəkarın ailəsində ağır itki

Dünən, 13:30 - Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

Dünən, 13:00 - Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb

Dünən, 12:30 - Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı - SƏRƏNCAM

Dünən, 12:00 - Asim Xudiyev Avropa Liqasının oyununda hakim-inspektor olacaq

Dünən, 11:30 - Maksim Musayev Siyavuş Novruzov haqda NƏ DEDİ?..

Dünən, 11:00 - "Melorasiya və Su Təsərrüfatı" Dilqəm Əsgərovun oğluna 149 min maddi ziyan ödəyəcək...

Dünən, 10:30 - İraqda İŞİD rəhbərlərindən biri yaxalandı

Dünən, 10:00 - Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas edilib

Dünən, 09:30 - Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...

Dünən, 09:00 - "Niyə bəzi məmurlar rüşvət alırlar?.." - ƏSAS SƏBƏB...

19-09-2020, 15:20 - COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb

19-09-2020, 15:16 - Könül “Lider”dən getdi

19-09-2020, 14:22 - Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI

19-09-2020, 14:19 - İxtisas seçimi edən abituriyentlərin sayını açıqlandı

19-09-2020, 14:16 - SOCAR prezidenti Azərbaycanın neft hasilatına qoyulan limiti şərh etdi

19-09-2020, 11:00 - Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq

19-09-2020, 10:43 - Abşeronda azyaşlı bağlı qapı arxasında qaldı

19-09-2020, 10:00 - Abşeronda avtomobil 9 yaşlı uşağı vuraraq xəsarət yetirib

GundelikXeber
 Valyuta məzənnəsi

Çayçılıqdan icra başçısı vəzifəsinə, oradan isə DTX zirzəmisinə... - MAHİR QULİYEVİN KARYERASI VƏ ƏMƏLLƏRİ

Tarix:30-04-2020, 16:18

Çayçılıqdan icra başçısı vəzifəsinə, oradan isə DTX zirzəmisinə... - MAHİR QULİYEVİN KARYERASI VƏ ƏMƏLLƏRİXəbər verildiyi kimi ötən gün DTX Biləsuvar rayonunda xüsusi əməliyyat keçirib, icra hakimiyyətinin başçısı Mahir Quliyevi və onun müavinlərini, bəzi digər rayon məmurlarını həbs edib.

Mahir Quliyevin karyerası haqda ötən gün bəzi məlumatları çatdırmışıq. Xatırladırıq ki, o, 1958-ci ildə Kəlbəcərdə anadan olub. Təhsili faktiki olaraq yoxdur, Bakıdakı hansısa “Naxçıvan” adlı universitetdən diplom alıb. Karyerasına əvvəllər kolxozda fəhlə, daha sonra Bakının Dənizkənarı Milli Parkındakı “Sahil” restoranında çayçı-ofisiant olaraq başlayıb.

Lakin Mahir Quliyevin çayçı-ofisiant işlədiyi vaxtlarda karyerasında başgicəlləndirici sıçrayış baş verib. O, 2005-ci ildə Səbail bələdiyyəsinin sədr müavini olub və çox keçmədən, cəmi bir neçə ay sonra bələdiyyədən birbaşa Astara rayon icra hakimiyyətinin başçısı vəzifəsinə “sıçrayıb”. 2006-cı ildən 2011-ci ilə qədər bu rayona başçılıq edib, daha sonra Biləsuvar rayonuna başçı təyin edilib.

Saytlarda və sosial şəbəkələrdə Mahir Quliyevin həm Astarada, həm Biləsuvardakı fəaliyyəti barədə çoxsaylı kompromatlara, şikayətlərə və narazılıqlara rast gəlmək olar. Habelə onun icra başçısı işləməyə başladığı vaxtlarda ofisiantlıq vərdişlərini tərgidə bilmədiyi haqda maraqlı əhvalatlar da var.

Məsələn, belə əhvalatlardan birində deyilir ki, Mahir Quliyev Astaraya təzə rəhbərlik etməyə başlayanda o, Bakıdan gələn qonaqları qarşılamalı olur. Və ardınca qonaqların iştirakı ilə müşavirə keçirir və ona agah olur ki, rəsmi müşavirə keçirmək “Sahil” restoranında qonaqlara qulluq eləməkdən fərqlənirmiş. M.Quliyev iclasda pozuq nitq irad edir, dili topuq çalır və ciddi səhvlərə yol verir. Amma Prezident Administrasiyadan gedən qonaqlar onun “təcrübəsizliyini” nəzərə alırlar və məsələnin üstündən keçirlər.

Daha sonra iş gəlib çatır qonaqlara yeyib-içmək verməyə. M.Quliyev restoranlardan birinə əvvəlcədən ziyafət üçün sifariş veribmiş və o, rəsmi tədbiri birtəhər başa vuran kimi qonaqları İcra Hakimiyyətinin binasında qoyaraq tələsik həmin restorana yollanır. M.Quliyev içəri daxil olan kimi başlayır masanın üstündəki qabları, çəngəl-bıçağı nizama salmağa. Bu vaxt icra başçısının müavini ziyafəti hazırlamaq üçün orada idi və o, başçının hərəkətlərini görüb ona ofisiant olmadığını xatırlatmalı olur. “Bu işlər sizlik deyil, ofisiantlar məşğul olur. Bura “Sahil” restoranı deyil”,-müavin ona deyir. M.Quliyev ofisiant yox, rayon rəhbəri olduğunu xatırlayır və yenidən tələsik İcra Hakimiyyətinin binasına dönür.

M.Quliyevin Biləsuvardakı fəaliyyəti barədə isə bunları deyirlər ki, adam rayonda özünə sözün əsl mənasında “dana oğrularından” ibarət komanda yığıb. Onun ətrafındakı adamlar bir vaxtlar mal-qara oğurluğuna görə məhkum ediliblər. M.Quliyev rayonda minlərlə hektar əkin sahəsini zəbt edərək orada özünə feodal təsərrüfatı qurub, onun adamları İrandan Biləsuvara ucuz ərzaq və tələbat malları daşıyıb başçının mağazalarında və bazarında satdırmaqla məşğul idilər. Habelə Mahir Quliyevin rayonda abadlıq işləri üçün yerli sahibkarlardan və büdcə təşkilatlarının işçilərindən pul toplaması, büdcədən ayrılan pulları isə basıb yeməsi haqda çoxsaylı şikayətlərə rast gəlinir. O cümlədən onun rayondakı bütün gəlirli biznes sahələrini öz nəzarətinə alması barədə şikayətlər eşidilirdi.

Saytlarda habelə ayrı-ayrı vaxtlarda Biləsuvar sakinləri adından ölkə rəhbərliyinə ünvanlanmış çoxsaylı şikayətlər oxuyuruq. Orada deyilirdi ki, Mahir Quliyev kəndlilərin əkin sahələrini susuz qoyub, suyu özünün minlərlə hektarlıq əkin sahələrinə yönəldir, nəticədə kəndlilərin əkinləri məhv olur.

Habelə şikayətlərdə deyilirdi ki, icra başçısının və rayonun digər məmurlarının yüzlərlə balıqçılıq təsərrüfatları var və əkin sahələri üçün nəzərdə tutulan su həmin süni göllərə axıdılır.

M.Quliyevin və onunla birlikdə həbs olunanların əməlləri, onların nədə ittiham olunduqları yəqin ki, DTX tərəfindən tezliklə açıqanacaq.
Virtualaz.org

Oxunub: 11

XƏBƏR LENTİ
Bu gün, 14:31 “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”
Bu gün, 14:26 Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb
Bu gün, 14:23 DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”
Bu gün, 12:15 AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib
Bu gün, 11:30 TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib
Bu gün, 11:00 XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib
Bu gün, 10:55 Kamaləddin Qafarov : Qarabağa qayıdış uzaqda deyildir...
Bu gün, 10:00 Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi
Bu gün, 09:30 Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
Bu gün, 09:00 Tanınmış bəstəkarın ailəsində ağır itki
Dünən, 13:30 Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb
Dünən, 13:00 Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb
Dünən, 12:30 Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı - SƏRƏNCAM
Dünən, 12:00 Asim Xudiyev Avropa Liqasının oyununda hakim-inspektor olacaq
Dünən, 11:30 Maksim Musayev Siyavuş Novruzov haqda NƏ DEDİ?..
Dünən, 11:00 "Melorasiya və Su Təsərrüfatı" Dilqəm Əsgərovun oğluna 149 min maddi ziyan ödəyəcək...
Dünən, 10:30 İraqda İŞİD rəhbərlərindən biri yaxalandı
Dünən, 10:00 Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas edilib
Dünən, 09:30 Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...