Son Dəqiqə

Bu gün, 17:33 - Kürdəmirin icra başçısı ilə bağlı ilginc iddialar... - İmkanı olsa, istefa verib, qaçar...

Bu gün, 14:22 - Brilliantın oğlu insanları təhqir etdi - Foto

Bu gün, 14:20 - Səidə Sultan onları təhqir etdi - Foto

Bu gün, 14:18 - Azərbaycanda keçmiş bank sədri həbs edildi

Bu gün, 09:17 - Röya ikinci dəfə “Altın Kelebek” aldı - FOTO

Bu gün, 09:13 - Cahangir Əsgərovun milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır - FOTO

Bu gün, 09:09 - Bakıda vətəndaşların müraciətləri üçün 87 sahə poliklinikasının əlaqə nömrələri - SİYAHI

Bu gün, 09:03 - Jurnalistləri təhqir edən iş adamının oğlu imiş - Fotolar

Dünən, 23:11 - Afina "kəşfiyyatçısı" - Fuad Aslanov

Dünən, 22:30 - Mayk Tayson görünüşü ilə pərəstişkarlarını təəccübləndirdi - FOTO

Dünən, 22:23 - Messi "Barselona"dan ayrılırmı? - Setyendən açıqlama

Dünən, 22:20 - "Bavariya", yoxsa "Bayer"? - Almaniya Kubokunun qalibi müəyyənləşir

Dünən, 22:17 - "Barselona"dan "Yuventus"a təklif - Qrizmannı al, onları ver

Dünən, 22:12 - İbrahimoviç "Milan"dan ayrılır - yeni klubu müəyyənləşdi

Dünən, 22:07 - Dünyanın ən bahalı maskası ilə dillərə düşdü – FOTO/VİDEO

Dünən, 21:59 - Dünyanın ən bahalı maskası ilə dillərə düşdü – FOTO/VİDEO

Dünən, 20:38 - Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb - ölən və yaralalanlar var

Dünən, 20:32 - Türkiyədə əməliyyat - 59 nəfər həbs edilib

Dünən, 20:30 - Kolleclərə qəbul imtahanı keçiriləcək

Dünən, 16:58 - Bəzi məzunlara buraxılış imtahanında iştirak etmədən attestat veriləcək

Dünən, 16:55 - Ucarda narazılıq yaradan məmur kimdir?

Dünən, 16:52 - Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib - Qaragünlü neft rayonu

Dünən, 16:37 - Vüsal Kərimlinin daha bir şübhəli tenderi... - 2 aylıq şirkətə 2,1 milyon manat ödəyəcək

Dünən, 16:33 - AzTV çuğulluq idarəsinə dönüb, hər kəs bir-birinin səsini yazıb sədrə göndərir - İTTİHAM

Dünən, 16:29 - Qubada vətəndaşın başına necə oyun açdılar... - GİLEY

Dünən, 16:24 - Bakıda kriminal avtoritetin üç mərasiminin keçirilməsinin qarşısı alınıb, saxlanılanlar var

Dünən, 07:28 - Alı Alıyev müəmmalı MMC-lərin sayını artırır

Dünən, 07:09 - “Virusun ağciyərə təsiri çox qorxuludur” - Alimdən XƏBƏRDARLIQ

GundelikXeber
 Valyuta məzənnəsi

Qarayevin gedişi Cəfərovu təşvişə salıb - İDDİA

Tarix:27-05-2020, 16:50

Qarayevin gedişi Cəfərovu təşvişə salıb - İDDİAÖlkədə korrupsiya və rüşvətxorluğa qarşı ən üst səviyyədə aparılan mübarizə nəticəsində xalqın sevimlisinə çevrilmiş DTX-nın “qara maskalıları” artıq bir çox iri ranqlı məmurların qapısını döyüblər. Vəzifə kreslosunda özünü sahib-ixtiyar kimi aparan, aslanlar kimi kükrəyən bu məmurlar “qara maskalıların” qarşısında boynu bükük quzuya dönürlər. Rubrika.az-a daxil olan məlumata görə, aparılan yoxlamalar isə insanı şoka düşürür-söhbət mindən,yüz mindən,lap cəhənnəm milyondan getmir. Mənimsəmə halları on millyonlarla manat vəsaitdən gedir. Xalqın böyük qisminin bu çətin günlərdə 190 manat yardım almaq üçün döymədiyi qapı qoymadığı bir zamanda illərlə vəzifə kreslosunda kötükləşən məmurların topdağıtmaz sərvətinin üzə çıxması haqlı olaraq narazılıq doğurur.
Bu günlərdə Azərbaycan cəmiyyəti çoxmilyonluq “mədəni korrupsiyanın” şahidi oldu. Əbülfə Qarayevin 1994-cü ildən qara günə qoyduğu ölkənin gənclər,idman,turizm,mədəniyyət ( cənab Qarayev müxtəlif vaxtlarda bu sahələrin naziri olub) sahələrində qısa bir araşdırma milyonlarla manat dövlət vəsaitinin mədə niyyətli talanmasını üzə çıxartdı. Təbii ki, belə talanları araşdıranda çox “daşlar” yerindən oynayır. Elə “mədə niyyətli korrupsiya”nın da izləri müxtəlif ünvanlara gedir.Rubrika.az bildirir ki, belə ünvanlardan biri də Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun rektoru Cəfər Cəfərovdur.
Sual edə bilərsiniz ki, Cəfər müəllim gələcəyin müəllimlərinin təlim-tərbiyəsi ilə məşğuldur və onun Qarayevin qara əməlləri ilə nə bağlılığı ola bilər. Hərgah söhbət Təhsil nazirliyindən getsə idi inandırıcı ola bilərdi. Amma Cəfər müəllimlə Qarayevi bağlayan sıx tellər heç də ADPU-da yaranmayıb. Onlar ölkənin turizm sahəsini bərbad günə qoyanda bu işbirliyi yaranıb və bu “dostluq” da dövlət büdcəsinə bir neçə milyon manata (anan ölsün ,ay milyon, oyun-oyuncağa dönmüsən) başa gəlib. Xatırladaq ki, C.Cəfərov ADPU-nun rektoru təyin olunmamışdan əvvəl 2006-2014-cü illərdə Turizm Universitetinin rektoru olub. Bu o zamanlar idi ki, Əbülfəz müəllim də Mədəniyyət və Turizm naziri idi. Turizmə olan “ülvi məhəbbət” hər iki şəxsi bir araya gətirib və büdcənin milyonlarla manat vəsaiti turizmə olan bu “sevgiyə” qurban verilib. Dövlətin turizmin inkişafı naminə ayırdığı milyonlarla vəsait bu iki şəxsin işbirliyi nəticəsində amansızcasına talanıb. Rubrika.az saytına daxil olan məlumatlara görə Ə.Qarayevin ətrafında halqa daraldıqca C.Cəfərov möhkəm narahatlıq keçirir. Çünki,onların turizm sahəsində “külüng çaldığı” zamanlar aparılan tikinti işlərində, eləcə də müxtəlif layihələrin həyata keçirilməsi adı altında sildikləri milyonların da hesabı sorulur. Necə deyərlər “qızıl saatın dilə gəlib çox mətləbləri üzə çıxardığı zaman” artıq yetişib. C.Cəfərovun “turistik keçmişi” müasir pedaqoqluğunu məhv etmək üzrədir. Baxmayaraq ki, onun “ADPU sərgüzəştləri” Turizm Universitetindən heç də geri qalmır. Bu dosyelər üst-üstə qoyulanda yəqin ki, iş yenə də “qara maskalı” qəhrəmanlara düşəcək!
Araşdırmalarımız davam edir.
Rubrika.Az

Oxunub: 8

XƏBƏR LENTİ
Bu gün, 17:33 Kürdəmirin icra başçısı ilə bağlı ilginc iddialar... - İmkanı olsa, istefa verib, qaçar...
Bu gün, 14:22 Brilliantın oğlu insanları təhqir etdi - Foto
Bu gün, 14:20 Səidə Sultan onları təhqir etdi - Foto
Bu gün, 14:18 Azərbaycanda keçmiş bank sədri həbs edildi
Bu gün, 09:17 Röya ikinci dəfə “Altın Kelebek” aldı - FOTO
Bu gün, 09:13 Cahangir Əsgərovun milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır - FOTO
Bu gün, 09:09 Bakıda vətəndaşların müraciətləri üçün 87 sahə poliklinikasının əlaqə nömrələri - SİYAHI
Bu gün, 09:03 Jurnalistləri təhqir edən iş adamının oğlu imiş - Fotolar
Dünən, 23:11 Afina "kəşfiyyatçısı" - Fuad Aslanov
Dünən, 22:30 Mayk Tayson görünüşü ilə pərəstişkarlarını təəccübləndirdi - FOTO
Dünən, 22:23 Messi "Barselona"dan ayrılırmı? - Setyendən açıqlama
Dünən, 22:20 "Bavariya", yoxsa "Bayer"? - Almaniya Kubokunun qalibi müəyyənləşir
Dünən, 22:17 "Barselona"dan "Yuventus"a təklif - Qrizmannı al, onları ver
Dünən, 22:12 İbrahimoviç "Milan"dan ayrılır - yeni klubu müəyyənləşdi
Dünən, 22:07 Dünyanın ən bahalı maskası ilə dillərə düşdü – FOTO/VİDEO
Dünən, 21:59 Dünyanın ən bahalı maskası ilə dillərə düşdü – FOTO/VİDEO
Dünən, 20:38 Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb - ölən və yaralalanlar var
Dünən, 20:32 Türkiyədə əməliyyat - 59 nəfər həbs edilib
Dünən, 20:30 Kolleclərə qəbul imtahanı keçiriləcək