Son Dəqiqə

Bu gün, 22:01 - Məşhur aktrisanın ölümünə inanmayan atası göldə axtarışlara başladı – VİDEO

Bu gün, 19:03 - "Eurohome” Ticarət Mərkəzində yanğının səbəbi necə ört-basdır edilir? – Azay Möhnətovun “parçala və hökm sür” siyasəti

Bu gün, 19:00 - Nərimanov rayonunda yerləşən Sabirabad hoteli karantin rejiminə riayət etmir - Video

Bu gün, 18:47 - “Ramil Bayramlı, 100 manatın məndədi…” - NARAZILIQ...

Bu gün, 15:54 - Tovuzda​ Ali Məhkəmənin qərarı RPŞ-i əməkdaşlarının fəaliyətsizliyi ucbatından icra olunmur- ​ ŞOK İTTİHAMLAR

Bu gün, 15:46 - Milli Məclis dünən axşam baş verən hadisələrlə bağlı məlumat yayıb

Bu gün, 12:17 - Mahsun Kırmızıgüldən şəhid generalımızla bağlı paylaşım - FOTO

Bu gün, 12:12 - “Avropa İttifaqı ABŞ-ı istismar etmək üçün yaradılıb” - Trampdan ağır ittiham

Bu gün, 12:08 - General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub

Bu gün, 10:03 - Gəncədə qadın sirkə turşusundan zəhərləndi

Bu gün, 09:58 - Girdman çayında azyaşlını xilas edən gənc qız boğulma təhlükəsi ilə üzləşdi

Bu gün, 09:54 - Göyçayda sürücü sükan arxasında öldü

Bu gün, 09:48 - Minlərlə insan Bakıdakı yürüşə qatılıb - FOTO/VİDEO

Bu gün, 09:38 - Uill Smitin arvadı ərinin “xeyir-duası” ilə yaşadığı eşq macərasından danışdı - FOTO

Dünən, 23:54 - Azərbaycan Ordusunun şəhid olan zabiti Anar Novruzov Masallıda dəfn edilib

Dünən, 22:51 - Nura Suri 200 manat cərimələndi - DİN-dən açıqlama

Dünən, 21:35 - "Vəziyyət mürəkkəb olaraq qalarsa, yenə də məsafədən təhsil tətbiq edilə bilər”

Dünən, 20:18 - Əmanətçilər iki qurum arasında qalıb: “Maddi və mənəvi ziyanı kim ödəyəcək? - ekspert danışır

Dünən, 20:09 - Tovuzun Dondar Quşçu kəndində ev və həyətyanı sahələrə ziyan dəyib - FOTO

Dünən, 20:01 - Quba -Xınalıq yolunda hərəkət bərpa olunub - FOTO

Dünən, 19:09 - Şamaxıda əxlaqsızlıq yuvasında ŞOK ƏMƏLİYYAT

Dünən, 18:46 - Kliniki Tibbi Mərkəzin direktoru işdən çıxarılıb

Dünən, 16:23 - Əbülfəs Qarayevdən qalan "kiçik nişanə"... - İTTİHAM

Dünən, 16:20 - «Müəllimlər» MTK-nı KİMLƏR TALAYIB? - GİLEY

Dünən, 12:54 - Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin görünməyən izləri

Dünən, 12:50 - "Gözü çıxan qardaş”dan ibrət götürən icra başçıları - əgər biznesə toxunmasalar...

Dünən, 12:43 - Ermənilər Tovuzun Ağdam və Əlibəyli kəndlərini atəşə tutub

Dünən, 12:38 - İyulun 20-dən sonra növbəti buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur

GundelikXeber
 Valyuta məzənnəsi

Rusiya “Batka”nı devirmək istəyir? – Minskdə skandal həbslər

Tarix:15-06-2020, 16:54

Rusiya “Batka”nı devirmək istəyir? – Minskdə skandal həbslərBelarusda avqustun 9-na təyin olunmuş prezident seçkiləri yaxınlaşdıqca, siyasi proseslər qızışır. Ölkə prezidenti Aleksandr Lukaşenkodan əlavə 13 şəxs imzatoplama kampaniyasına başlayıb. Onların arasında Belarus Sosial-Demokrat Qramadası Partiyasının sədri Sergey Çereçen, ərinə seçkilərdə iştirak qadağan olunan Svetlana Tixanovskaya, həmçinin “Belqazprombank” idarə heyətinin sabiq sədri Viktor Babariko da var. Bu namizədlər arasında hazırda diqqətlər sonuncunun üzərinə yönəlib. Belə ki, “Belqazprombank” Belarusun sistem əhəmiyyətli 3 bankından biridir. Bankın səhmlərinin 49,82 faizi Rusiyanın “Qazprom” şirkətinə, 49,82 faizi ona məxsus “Qazprombank”a, 0,266 faizi “Qazprom transqaz Belarus”a, yalnız 0,098 faizi Belarus dövləti adına Energetika Nazirliyinə aiddir. Yəni faktiki olaraq, bank Rusiyaya məxsusdur.

İyunun 11-də Belarus Dövlət Nəzarət Komitəsinin maliyyə təhqiqatları departamentinin əməkdaşları bankın ofisinə gələrək, axtarış və həbslər həyata keçiriblər. Bankın rəhbərliyinə qarşı vergidənyayınma, xüsusilə iri həcmdə cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması maddələri ilə cinayət işi qaldırılıb.

Son 20 ildə “Belqazprombank”a Viktor Babariko rəhbərlik edib. May ayında o, prezident seçkilərinə qatılması ilə əlaqədar vəzifəsindən istefa verib. Babariko hesab edir ki, bank rəhbərliyinə qarşı başladılan cinayət işi “siyasi sifarişli”dir: “Mən bunu yolverilməz hesab edirəm. Çünki prezidentliyə namizədlərə qarşı hər hansı qeyri-qanuni təzyiq alətlərindən istifadə Belarus Respublikasının qanunvericiliyinə ziddir”.

İyunun 12-də Lukaşenko özü “Belqazprombank”da aparılan həbslərdən danışıb. O bildirib ki, qaldırılmış cinayət işi üzrə 15 nəfərədək adam həbs olunub: “Bu bankla bağlı təhqiqat 2016-cı ildən başlanıb. Pulların xaricə çıxarılması, xaricdə hesablar, əmlak aşkarlanıb – Kiprdə, Latviyada hesablar, Londonda mülklər... Lakin xaricilər bizə zəruri məlumatları yalnız ötən ilin dekabrında verdilər. Ondan sonra hüquq-mühafizə orqanları işi sürətləndirdilər, suallar yarandı. Allaha and içirəm ki, seçkiqabağı bu, mənə lazım deyil. Ona görə də bağıracam: yalnız zəif adam kimdənsə qorxub vəziyyəti gərginləşdirər. Mən heç kimdən qorxmuram”.

“Qazprom” və “Qazprombank” Minskdə baş verənlərə qəti etirazlarını bildiriblər. Onların birgə bəyanatında Belarus Mərkəzi Bankının “Belqazprombank” rəhbərliyini dəyişmək qərarını ölkə və Avrasiya İqtisadi İttifaqının qanunvericiliyinin pozulması kimi qiymətləndirilib: ““Belqazprombank”ın səhmdarları öz hüquqlarının müdafiəsi və qanuni maraqlarının qorunması üçün bütün hüquqi vasitələrdən istifadə edəcəklər. Həmçinin səhmdarlar müştərilərin maraqlarının müdafiəsi və bankın maliyyə stabilliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirirlər”.

“Belqazprombank”ın həbs olunan menecerlərindən 4 milyon dollardan yuxarı pul və 500 min dollarlıq qiymətli kağızlar götürülüb. Belarus Dövlət Nəzarət Komitəsinin yaydığı açıqlamada həbs olunan şəxslərin mütəşəkkil cinayətkar qrup halında fəaliyyət göstərdiklərinə dair tutarlı dəlillərə malik olduqları bildirilir. Açıqlamada həmçinin bu fəaliyyətdə V.Babarikonun da iştirakına dair sübutlarının olduğu qeyd edilir. Babariko isə bildirib ki, bütün gəlirləri qanunidir və onlara görə bütün vergilər ödənilib: “Mənim guya ki, cinayət iştirakçısı olduğumu deyirlər. Mənim bütün pulum və əmlakım qanuni yollarla əldə edilib, hamısı üçün vergi ödənilib”.

O həmçinin deyib ki, həbs olunanlar onun dostlarıdır və onlardan götürülən pullar da ona məxsusdur: “Mənim 3 dostumu tutub dindiriblər. Daha sonra onları şübhəli şəxs kimi saxlayıblar”.

Babariko bildirib ki, maliyyə vəsaitlərini hər ehtimala qarşı bölərək saxlamaları üçün dostlarına verib.

Lukaşenkonun mətbuat katibi Natalya Eysmont RBK-ya açıqlamasında artıq tutulan şəxslərin öz cinayətlərini etiraf etdiklərini və V.Babarikoya qarşı ifadə verdiklərini deyib.

Lukaşenkonun özü isə rəqibini “yaramaz” adlandırıb, onun prezident seçkilərinə məsuliyyətdən yayınmaq üçün qatıldığını bildirib: “Niyə başını soxub bu prosesə? Ona görə ki, gəlib qollarına qandal vurulacağını bilirdi. Bizdə, bildiyiniz kimi, vicdan məhbusu adını qazanmaq üçün siyasətə qatılmaq dəbdədir”.

Qeyd edək ki, hələ “Belqazprombank” rəhbərliyi həbs olunmazdan iki gün əvvəl Lukaşenko Rusiyadakı oliqarxların Belarusda müxalifəti maliyyələşdirdiklərini deyib: “Rusiya oliqarxlarının hesabına maliyyələşənlər anladılar ki, onlar Rusiya oliqarxlarının pulu ilə hakimiyyətə Belarusun radikal müxalifətini aparırlar”.

Belarus prezidentinin açıqlamalarına Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cavab verib: “Oliqarxlar - siyasi iddiaları olan sahibkarlardır. Mənə bizim ölkəmizdə oliqarxların olduğuna, həmçinin onların Belarusda nə iləsə məşğul olduqlarına dair fakt məlum deyil”.

Mətbuat katibi həmçinin bildirib ki, Kremldə Belarusdakı prezident seçkiləri kampaniyasının gedişini böyük maraqla izləyirlər: “Bu seçkiləri ləkələyəcək nəsə görmürük”.

Qeyd edək ki, son aylarda Belarus prezidenti israrla Rusiyadan, “Qazprom”dan onlara satılan qazın qiymətinin aşağı salınmasını tələb edir. Rusiyanın qazı Avropaya Belarusdan daha ucuz satdığını deyən Lukaşenko dəfələrlə məsələ qaldırıb. Hətta prezident Vladimir Putin bu tələbə əməl olunmayacağını açıq bildirsə də, Belarus tərəfi geri çəkilmir. Bir müddət öncə “Qazprom” rəhbəri Aleksey Miller Belarusun qaza görə şirkətə 165 milyon dollar borcunun yığıldığını, onun ödənişinin təmin ediləcəyi halda yalnız gələn il üçün qazın qiymətinə yenidən baxılmasının mümkün olduğunu açıqlayıb. Belarus tərəfi isə heç bir borcunun olmadığını bəyan etməklə yanaşı, Rusiyadan hazırda alınan qazın qiymətinin aşağı salınmasını istəyib.

Belə görünür ki, Lukaşenko V.Babarikonun “Qazprom”un dəstəyi ilə seçkilərdə ona problem yarada biləcəyini hesablayaraq “Belqazprombank” rəhbərlərinin həbsini təşkil edib. Baş verənlər həmçinin Rusiyanın Belarusdakı seçkilərdə mövqeyinin heç də tam olaraq Lukaşenkodan yana olmadığından xəbər verir.
Musavat.com

Oxunub: 2

XƏBƏR LENTİ
Bu gün, 22:01 Məşhur aktrisanın ölümünə inanmayan atası göldə axtarışlara başladı – VİDEO
Bu gün, 19:03 "Eurohome” Ticarət Mərkəzində yanğının səbəbi necə ört-basdır edilir? – Azay Möhnətovun “parçala və hökm sür” siyasəti
Bu gün, 19:00 Nərimanov rayonunda yerləşən Sabirabad hoteli karantin rejiminə riayət etmir - Video
Bu gün, 18:47 “Ramil Bayramlı, 100 manatın məndədi…” - NARAZILIQ...
Bu gün, 15:54 Tovuzda​ Ali Məhkəmənin qərarı RPŞ-i əməkdaşlarının fəaliyətsizliyi ucbatından icra olunmur- ​ ŞOK İTTİHAMLAR
Bu gün, 15:46 Milli Məclis dünən axşam baş verən hadisələrlə bağlı məlumat yayıb
Bu gün, 12:17 Mahsun Kırmızıgüldən şəhid generalımızla bağlı paylaşım - FOTO
Bu gün, 12:12 “Avropa İttifaqı ABŞ-ı istismar etmək üçün yaradılıb” - Trampdan ağır ittiham
Bu gün, 12:08 General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub
Bu gün, 10:03 Gəncədə qadın sirkə turşusundan zəhərləndi
Bu gün, 09:58 Girdman çayında azyaşlını xilas edən gənc qız boğulma təhlükəsi ilə üzləşdi
Bu gün, 09:54 Göyçayda sürücü sükan arxasında öldü
Bu gün, 09:48 Minlərlə insan Bakıdakı yürüşə qatılıb - FOTO/VİDEO
Bu gün, 09:38 Uill Smitin arvadı ərinin “xeyir-duası” ilə yaşadığı eşq macərasından danışdı - FOTO
Dünən, 23:54 Azərbaycan Ordusunun şəhid olan zabiti Anar Novruzov Masallıda dəfn edilib
Dünən, 22:51 Nura Suri 200 manat cərimələndi - DİN-dən açıqlama
Dünən, 21:35 "Vəziyyət mürəkkəb olaraq qalarsa, yenə də məsafədən təhsil tətbiq edilə bilər”
Dünən, 20:18 Əmanətçilər iki qurum arasında qalıb: “Maddi və mənəvi ziyanı kim ödəyəcək? - ekspert danışır
Dünən, 20:09 Tovuzun Dondar Quşçu kəndində ev və həyətyanı sahələrə ziyan dəyib - FOTO