Son Dəqiqə

Dünən, 13:09 - Kamaləddin Qafarov:”Azərbaycan xalqı yeni zəfər tarixi yazdı!”

Dünən, 10:59 - Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA

Dünən, 10:56 - "Ermənilər ola bilsin ki, Azərbaycan Dəmir Yumruğu ilə sındırılmış dişlərini bu dəfə başqa ölkələrin üstünə qıcasın"

Dünən, 10:55 - Lalə Məmmədova koronavirusa verilişdə yoluxduğunu açıqladı

Dünən, 10:53 - Qaxda polislər qanvermə aksiyasına qoşulublar - FOTO

Dünən, 10:52 - Sami Yusufdan Laçınla bağlı paylaşım - FOTO

Dünən, 10:51 - "İndi Azərbaycan həqiqətən də Cənubi Qafqazın lider dövlətidir"

Dünən, 10:50 - “Milli-mənəvi dəyərlər Qarabağ mədəniyyəti konteksində” adlı tədbir keçirilib

Dünən, 10:49 - Əsgərini canı bahasına xilas edən komandir - VİDEO

Dünən, 10:48 - BDU bayrağı təhqir edən tələbə ilə bağlı qərar verdi

Dünən, 10:47 - Qələbəmizin Laçın zirvəsi...

1-12-2020, 15:01 - Azərbaycan yardım kimi Gürcüstana 100 ton maye tibbi oksigen göndərib

1-12-2020, 14:59 - "2 koronavirus peyvəndi yeni ildən əvvəl paylanılacaq" ABŞ Səhiyyə naziri

1-12-2020, 14:58 - “Hələ də doğma yurdumun işğaldan azad olunacağına inana bilmirəm...”

1-12-2020, 14:36 - Gürcüstanda 3 bal gücündə zəlzələ baş verdi

1-12-2020, 10:41 - Bu gün Laçın 28 illik işğaldan qurtulur

30-11-2020, 12:00 - Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpası davam etdirilir - FOTOLAR

30-11-2020, 11:30 - BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb

30-11-2020, 11:00 - Qarabağ düşmənlərin tənəsi və tapdağı altında yetim qalmışdı...

30-11-2020, 10:30 - Ağcabədidə müalicə aldıqları ünvanı tərk edən ümumilikdə 11 COVID-19 xəstəsi müəyyən edildi

30-11-2020, 10:23 - Həftənin ilk iş gününün havası: Yağış, külək, şaxta, qar...

30-11-2020, 10:00 - Onlar AQTA-nın İctimai Şuraya seçkilərini qeyri-legitim hesab edir... - İDDİA

30-11-2020, 09:30 - Co Bayden: “Əcnəbi liderlərə səslənirəm, Amerika qayıdır, biz oyuna qayıdırıq”

30-11-2020, 09:05 - Müdafiə Nazirliyi Ağdamın Şahbulaq kəndindən videogörüntülər yaydı - VİDEO

30-11-2020, 09:00 - DÇ-2002-nin ilk qolunun müəllifi vəfat etdi

30-11-2020, 08:56 - Gürcüstanda bir gündə 4 mindən çox yoluxma qeydə alındı

28-11-2020, 11:30 - Ahmet Davutoğlu koronavirusa yoluxub

28-11-2020, 11:00 - TBMM-in siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarını qınadı

GundelikXeber
 Valyuta məzənnəsi

Əziz Prezidentimiz! Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib

Tarix:29-10-2020, 13:09

Əziz Prezidentimiz! Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevə Bakı Slavyan Universiteti kollektivinin müraciəti

Möhtərəm, əziz cənab Prezidentimiz!

Cənab Ali Baş Komandan!

Azərbaycan Silahlı Qüvvələrinin uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları bütün xalqımız kimi, BSU-nun kollektivini də ürəkdən, qəlbdən sevindirir. Sizin Azərbaycan Konstitusiyasına, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası üçün qəbul etdiyiniz qətiyyətli qərarları, atdığınız cəsarətli addımları, hər kəlməsi can məlhəmi olan xalqa müraciətlərinizi, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin müxbirlərinə verdiyiniz heyrətamiz ağıllı, təkzibedilməz məntiqli müsahibələrinizi, universitetimizin kollektivi yekdilliklə dəstəkləyir. Ürəkdən gələn hər fikriniz, hər kəlməniz qəlbimizdən tikanlar çıxarır, bizi səfərbər edir. Sizin dünyanı mat qoyan müdrik siyasətiniz siyasət aləmini ram edir. Siz müstəqil Azərbaycan dövlətinin yeni və parlaq inkişafının memarı, xalqımızın əziz milli lideri, qalib Ordumuzun düşmən gözü çıxardan rəşadətli sərkərdəsisiniz. Siz bu gün ruhu Qarabağ göylərində pərvaz edən unudulmaz ulu öndər Heydər Əliyevin zəkalı, dühalı şagirdisiniz. Bu gün Sizin möhtəşəm siyasətiniz o böyük şəxsiyyətin ən ülvi arzusunu həyata keçirir.

Şanlı vətənpərvər oğullarımızın xidmət etdiyi müzəffər Azərbaycan Ordusunun öz missiyasını igidliklə həyata keçirməsi, işğaldan azad olunmuş ərazilərdə müqəddəs üçrəngli, məğrur bayrağımızın zirvələrdə dalğalanması böyük ruh yüksəkliyi ilə tam qələbəyə, arzularımızda yaşayan gələcəyə dərin inam, ümid, güvənc yaradır.Hər gün cəbhədən aldığımız qələbə xəbərləri bizə qol-qanad verir.

Möhtərəm Ali Baş Komandan!

Hazırda BSU-nun 70-ə yaxın məzunu Azərbaycan Silahlı Qüvvələrinin sırasında qəhrəmancasına rəzil düşmənlə vuruşur. Onların sırasında təəssüf ki, yaralananlar, şəhid olanlar da var. Bakı Slavyan Universitetinin kollektivi işğalçı və təcavüzkar Ermənistan üzərində qələbə naminə Azərbaycan Ordusuna bacardığı qədər dəstək verir, həmçinin informasiya müharibəsində və Azərbaycanın mətbuatında fəal mövqe tutur. Bütün Slavyan ölkələrinə onların öz dillərində Azərbaycan həqiqətlərini, düşmənin rəzil, qaniçən xislətini əks etdirən məktublar ünvanlayır.

Əziz Prezidentimiz!

Siz öz müdrik siyasətinizlə Azərbaycanın müasir tarixinin şanlı və parlaq səhifələrini yazırsınız. Xalqımız Sizi çox sevir, dəstəkləyir, gözünün işığı, ümidlərinin zirvəsi, əziz milli liderini sinəsində ürəyi bilir. Yer üzündə tayı-

bərabəri olmayan siyasətçi, xalqı tərəfindən ülvi məhəbbətlə sevilən Prezident və cəsur sərkərdə kimi unikal fəaliyyətinizi yüksək dəyərləndirir. Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib. Qürur və iftixarla deyirik ki, Azərbaycan öz tarixində heç bir zaman belə monolit birliyə, səfərbərliyə nail olmayıb. Azərbaycan tarixinin heç bir dönəmində, bu ölkənin heç bir başçısı bu qədər səmimi, möhtəşəm, qarşısıalınmaz məhəbbətlə sevilməyib. Bu, görünməmiş məhəbbət, Azərbaycan cəmiyyətində sarsılmaz siyasi həmrəylik, milli birlik və düşmən üzərində qələbənin təmin edilməsi üçün bir iksir kimi mühüm əhəmiyyət kəsb edir. Bu gün düşmən hansı yolla isə əldə etdiyi silahı başımıza yağış kimi yağdırsa da, hər birimizin gözləri önündə Ana Vətənimizi cənnətə çevirən qüdrətli rəhbərimizin, xalqın əziz, hünərvər oğlunun Azərbaycanımızın üzüyünün qiymətli gövhəri kimi qədir-qiymətini bildiyimiz Qarabağı cənnət kimi gözəlləşdirəcəyinə şübhəmiz yoxdur! Biz elə indidən Qarabağın gözəlliyini, şöhrətini seyr etmək üçün dünyanın hər guşəsindən axıb gələn insanların üzündəki heyrəti görürük. Biz həmin quruculuqda öz əziz, möhtərəm Prezidentimizə dayaq olmağa hazırıq!

Yaşasın xalqımızı gələcək nəsillərin qınağından xilas edən, qəlbimizin ülvi arzularını reallaşdıran, möhtəşəm siyasəti ilə Ana Vətənimiz Azərbaycanı bütün dünyada məğrur və yenilməz hörmətə çatdırmış Vətən oğlu!

Yaşasın Azərbaycan Ordusunun önündə şücaətli əsgər kimi silahı-qətiyyəti, taktikası, cəsarəti, uzaqgörənliyi, hörməti, zəkası, dühası ilə qalib gələn Ali Baş Komandanımız!

Böyük Tanrı nəzərini, sevgisini, dayağını Sizdən əsirgəməsin!

Qarabağı düşməndən xilas edən oğul Azərbaycanın ürəyidir!

Qarabağ Azərbaycandır!

Buna heç kimin şübhəsi yoxdur!

Dərin hörmət və ehtiramla

BSU-nun kollektivi adından rektor: professor Nurlana Əliyeva

Oxunub: 26

XƏBƏR LENTİ
Dünən, 13:09 Kamaləddin Qafarov:”Azərbaycan xalqı yeni zəfər tarixi yazdı!”
Dünən, 10:59 Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA
Dünən, 10:56 "Ermənilər ola bilsin ki, Azərbaycan Dəmir Yumruğu ilə sındırılmış dişlərini bu dəfə başqa ölkələrin üstünə qıcasın"
Dünən, 10:55 Lalə Məmmədova koronavirusa verilişdə yoluxduğunu açıqladı
Dünən, 10:53 Qaxda polislər qanvermə aksiyasına qoşulublar - FOTO
Dünən, 10:52 Sami Yusufdan Laçınla bağlı paylaşım - FOTO
Dünən, 10:51 "İndi Azərbaycan həqiqətən də Cənubi Qafqazın lider dövlətidir"
Dünən, 10:50 “Milli-mənəvi dəyərlər Qarabağ mədəniyyəti konteksində” adlı tədbir keçirilib
Dünən, 10:49 Əsgərini canı bahasına xilas edən komandir - VİDEO
Dünən, 10:48 BDU bayrağı təhqir edən tələbə ilə bağlı qərar verdi
Dünən, 10:47 Qələbəmizin Laçın zirvəsi...
1-12-2020, 15:01 Azərbaycan yardım kimi Gürcüstana 100 ton maye tibbi oksigen göndərib
1-12-2020, 14:59 "2 koronavirus peyvəndi yeni ildən əvvəl paylanılacaq" ABŞ Səhiyyə naziri
1-12-2020, 14:58 “Hələ də doğma yurdumun işğaldan azad olunacağına inana bilmirəm...”
1-12-2020, 14:36 Gürcüstanda 3 bal gücündə zəlzələ baş verdi
1-12-2020, 10:41 Bu gün Laçın 28 illik işğaldan qurtulur
30-11-2020, 12:00 Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpası davam etdirilir - FOTOLAR
30-11-2020, 11:30 BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb
30-11-2020, 11:00 Qarabağ düşmənlərin tənəsi və tapdağı altında yetim qalmışdı...