Son Dəqiqə

Dünən, 15:59 - Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb

Dünən, 12:05 - Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb

25-11-2020, 13:25 - Prezident İlham Əliyev Vladimir Putinlə 10 noyabr Bəyanatını müzakirə etdi

25-11-2020, 13:00 - Pentaqon 10 noyabr Qarabağ bəyanatını alqışladı...

25-11-2020, 12:30 - "Hər şeyin məhv edildiyi Ermənistanda status məsələsini qaldırmaq rüsvayçı bir müzakirədir”

25-11-2020, 12:00 - Bağçada cəza kimi uşaqlara unitaz təmizlətdirdilər - RƏZALƏT...

25-11-2020, 11:30 - Amerikalılardan Melanya Tramp haqqında ittiham: Birinci xanım Milad tətillərinə sevinmir

25-11-2020, 11:00 - Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ

25-11-2020, 10:30 - “Brent” markalı neftin qiyməti 47 dolları keçdi

25-11-2020, 10:00 - Azərbaycan ordusu Kəlbəcərə yola düşüb

25-11-2020, 09:30 - Kəlbəcəri tərk edən ermənilər hərbi hissələri partladır - VİDEO

25-11-2020, 09:00 - "Vətən müharibəsində iştirak edən şəxslərə Qarabağda pulsuz ev verilsin"

24-11-2020, 13:02 - Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

24-11-2020, 12:00 - "Yaşasın üstümüzdəki bu namus ləkəsini yuyub-təmizləyən Azərbaycan əsgəri!"

24-11-2020, 11:30 - Ermənistan ordusunda acınacaqlı vəziyyət: Antisanitariya, elektrik və istilikdən məhrumiyyət

24-11-2020, 11:00 - İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb - FOTO

24-11-2020, 10:30 - “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”

24-11-2020, 10:00 - Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib

24-11-2020, 09:30 - İngiltərədə tətbiq olunan karantin rejimi dekabrın 2-də bitəcək

24-11-2020, 09:00 - Sergey Lavrov iordaniyalı nazirlə Qarabağı müzakirə edib

24-11-2020, 08:30 - "Ayaqlarımın topuqdan qopduğunu gördüm" - Polad Rzayev

24-11-2020, 08:00 - "Fransa Minsk qrupu çərçivəsində işğal faktını sona çatdıra bilmədiyi üçün aqressivləşib..."

23-11-2020, 15:26 - Azərbaycan həmkarlar ittifaqlarının nümayəndəsi Avropa çempionu oldu

23-11-2020, 12:02 - Əsgərlərimiz Qubadlıda futbol oynadı - Video

23-11-2020, 11:58 - İbrahim Qalın: “Türkiyə zatən Azərbaycandadır və hər zaman da olacaq”

23-11-2020, 11:50 - “Füzulinin dağıdılması erməni vandalizminin bariz nümunəsidir”

23-11-2020, 11:38 - Düşmənlə beynəlxalq hüququn ”dil”ində danışılacaq...

23-11-2020, 11:30 - "Xalqa qarşı yekəbaşlıq edən məmurları həmən yerində oturtmaq lazımdır..."

GundelikXeber
 Valyuta məzənnəsi

“Əcnəbi jurnalistlərin işğaldan azad edilən rayonlara mütəmadi səfərlərinin təşkil edilməsi faydalı olar”

Tarix:20-11-2020, 11:30

“Əcnəbi jurnalistlərin işğaldan azad edilən rayonlara mütəmadi səfərlərinin təşkil edilməsi faydalı olar”
Siyavuş Novruzov: “Bu səfərlərin hamısı faktlaşdırılmalıdır”
“Dövlətimimiz humanistlik göstərib ermənilərə Kəlbəcəri tərk etmələri üçün əlavə 10 gün vaxt verdi, onlar isə...”


Döyüş meydanında məğlub olan və kapitulyasiya haqqında saziş imzlaamağa məcbur olan Ermənistan, yaxın günlərdə tərk edəcəyi Kəlbəcər və Laçında yanğın və talanalr törətməkdə, öz vəhşiliklərini davan etdirməkdədir.



Moderator.az olaraq millət vəkili Siyavuş Novruzovla söhbətimizdə, bu və digər məsələləri müzakirə etməyə çalışdıq.



-Siyavuş müəllim, bir neçə gün bundan öncə əcnəbi jurnalistlərin Füzuli rayonuna səfəri təşkil edildi. Məqsəd onların ermənilər tərəfindən törədilən vəhşilikləri bilavasitə müşahidə etməsinə şərait yaratmaq idi. Sizcə əcnəbi jurnalistlərin işğaldan azad edilən digər rayonlara da mütəmadi səfərlərinin təşkili erməni barbarlığının dünya miqyasında ifşası baxımından nə dərəcədə faydalı ola bilər?



-Hesab edirəm ki, bu, çox vacib amillərdən biridir. Bəzi Avropa dövlətləri bəzi məsələlərə yenə də özünəxas ədalətsiz şəkildə münasibət bəsləyirlər. Onlar Azərbaycanın haqq işini müdafiə etmək əvəzinə, təcavüzkar Ermənistanın maraqlarını müdafiə edirlər. Biz bütün bunlara baxmayaraq Erənistanın son 30 ilə yaxın müddətdə törətdiyi bütün cinayətləri dünya ictimaiyyətinə çatdırmalıyıq.



Bildiyiniz kimi, cənab prezident ermənilərin dəyişdirdiyi, təhrif etdiyi yer adlarının dəyişdirilməsi, torpaqlarımızın, abidələrimizin tarixi adlarının onlara qaytarılması istiqamətində davamlı addımlar atır. Artıq bir çox toponimin adı dəyişdirilib. Dağlıq Qarabağın işğal edilmiş ərazilərində və Qərbi Azərbaycanda 700-dən artıq yerin adı ermənilər tərəfindən dəyişdirilib. Bura müxtəlif tarixi abidələr, kəndlər, qəsəbələr, şəhərlər və s. daxildir. Bunun 300-ü isə Dağlıq Qarabağ ərazisindədir. Alban kilsələrinin sökülüb aparılması, özününküləşdirilməsi prosesi müşahidə edilir. Hansı ki, bu kilsələr yəqin ki, Ermənistanın müxtəlif yerlərində quraşdırılacaq və ictimaiyyətə erməni kilsələri kimi təqdim ediləcək. Ermənistan Azərbaycan torpaqlarında çoxlu sayda məscid və məqbərə də dağıdıb. Xarici jurnalistlərə təqdim edilən bu vəhşiliklər erməni vandalizminin göstəricisidir.



-Işğaldan azad edilən rayonlara səfər edən xarici media nümayəndələrinin, eləcə də diplomatların bu səfərlərinin faktlaşdırılmasına ehtiyac varmı?



-Təbii. Biz şahid olduq ki, dinc sakinlərə qarşı nəinki Dağlıq Qarabağ ərazisində, eyni zamanda Azərbaycanın digər şəhərlərində - Gəncə, Bərdə və s. şəhərlərdə ermənilər tərəfindən terror aktları həyata keçirildi. Mülki insanlara qarşı qadağan edilmiş raketlər tətbiq olundu. Nəticədə xeyli insan həlak oldu və yaralandı. Mənzillərə, ictimai-sosial obyektlərə böyük ziyan dəydi. Tərtərdə, Goranboyda, Naftalanda da biz bunlara şahid olduq. Hesab edirəm ki, dağıdılan şəhər və kəndlərimiz yenidən tikilib bərpa edilənə qədər, ermənilərin törətdiyi vəhşiliklər tam şəkildə faktlaşdırılmalıdır. Xarici jurnalistlərin faktlaşdırma prosesində yaxından iştirakı təmin olunmalıdır. Baxın, Xocalı soyqırımı ilə bağlı bir çox şahidlər mövcuddur. Onlar yaşadıqları faciəni danışır, bunu ən xırda detalına kimi təsvir edirlər. Lakin bununla belə, bu da bir həqiqətdir ki, biz o zaman medianın imkanlarından lazımi səviyyədə istifadə edə bilmədik.



Erməni vəhşiliklərinin sadəcə xarici media nümayəndələri tərəfindən deyil, eyni zamanda Respublika Prokurorluğu, Ombudsman Aparatı və s. tərəfindən faktlaşdırılması zəruridir və faktlaşdırılır. Eyni zamanda faktlaşdırılan bu məsələlər müxtəlif qurumlara göndərilir. Xarici səfirlərin, hərbi atteşələrinin də bu prosesdə iştirakını faydalı hesab edirəm. Onların iştirakının özü də faktlaşdırılmalıdır. Faktlaşdırılmalıdır ki, sabah kimsə ora getmədiyini, heç nə görmədiyini iddia edə bilməsin.



-Siyavuş müəllim, Azərbaycan tərəfi Kəlbəcərin boşaldılması üçün ermənilərə əlavə 10 gün də vaxt verdi. Sizcə dövlətimizin bu humanizmindən istifadə edən ermənilərin Kəlbəcərdə yanğın və talanları davam etdirməsi bir daha bu yoplumun vəhşi və barbar təbiətindən xəbər vermirmi?



-Ermənilər Ağdam, Laçın və Kəlbəcərdə evləri, meşələri yadırır, böyük dağıntılar törədirlər. Hətta ev heyvanlarına kimi öldürür, hər yeri minalayırlar və s. Biz bütün bunların şahidiyik. Sühməramlı qüvvələr də bunu görür. Azərbaycan dövləti humanistlik göstərərək ermənilərə Kəlbəcərdən çıxmağa 10 gün əlavə vaxt verdi. Ermənilər isə bu müddət ərzində Kəlbəcəri tərk etməklə yanaşı, orada vandallıqla məşğul olmağı da yaddan çıxarmadılar. Təbii ki, bütün bu vəhşiliklər dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu yaxınlarda BBC kanalının bu yöndə hazırladığı reportaj dünyada böyük səs-küy yaratdı. Bütün dünya bir daha gördü ki, ermənilər necə bir millətdir, necə böyük vəhşiliklər törədirlər.



Türkiyə, Rusiya jurnalsitləri ilə yanaşı, ABŞ, Avropa, Şərq ölklərinin məşhur telekanallarının, KİV-lərinin bu yöndə hazırlayacağı verilişlər, araşdırmalar erməni vəhşiliyinin ifşası baxımıdnan çox mühüm əhəmiyyətə malikdir”.

Oxunub: 18

XƏBƏR LENTİ
Dünən, 15:59 Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb
Dünən, 12:05 Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb
25-11-2020, 13:25 Prezident İlham Əliyev Vladimir Putinlə 10 noyabr Bəyanatını müzakirə etdi
25-11-2020, 13:00 Pentaqon 10 noyabr Qarabağ bəyanatını alqışladı...
25-11-2020, 12:30 "Hər şeyin məhv edildiyi Ermənistanda status məsələsini qaldırmaq rüsvayçı bir müzakirədir”
25-11-2020, 12:00 Bağçada cəza kimi uşaqlara unitaz təmizlətdirdilər - RƏZALƏT...
25-11-2020, 11:30 Amerikalılardan Melanya Tramp haqqında ittiham: Birinci xanım Milad tətillərinə sevinmir
25-11-2020, 11:00 Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ
25-11-2020, 10:30 “Brent” markalı neftin qiyməti 47 dolları keçdi
25-11-2020, 10:00 Azərbaycan ordusu Kəlbəcərə yola düşüb
25-11-2020, 09:30 Kəlbəcəri tərk edən ermənilər hərbi hissələri partladır - VİDEO
25-11-2020, 09:00 "Vətən müharibəsində iştirak edən şəxslərə Qarabağda pulsuz ev verilsin"
24-11-2020, 13:02 Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
24-11-2020, 12:00 "Yaşasın üstümüzdəki bu namus ləkəsini yuyub-təmizləyən Azərbaycan əsgəri!"
24-11-2020, 11:30 Ermənistan ordusunda acınacaqlı vəziyyət: Antisanitariya, elektrik və istilikdən məhrumiyyət
24-11-2020, 11:00 İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb - FOTO
24-11-2020, 10:30 “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”
24-11-2020, 10:00 Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib
24-11-2020, 09:30 İngiltərədə tətbiq olunan karantin rejimi dekabrın 2-də bitəcək