Son Dəqiqə

Dünən, 15:59 - Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb

Dünən, 12:05 - Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb

25-11-2020, 13:25 - Prezident İlham Əliyev Vladimir Putinlə 10 noyabr Bəyanatını müzakirə etdi

25-11-2020, 13:00 - Pentaqon 10 noyabr Qarabağ bəyanatını alqışladı...

25-11-2020, 12:30 - "Hər şeyin məhv edildiyi Ermənistanda status məsələsini qaldırmaq rüsvayçı bir müzakirədir”

25-11-2020, 12:00 - Bağçada cəza kimi uşaqlara unitaz təmizlətdirdilər - RƏZALƏT...

25-11-2020, 11:30 - Amerikalılardan Melanya Tramp haqqında ittiham: Birinci xanım Milad tətillərinə sevinmir

25-11-2020, 11:00 - Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ

25-11-2020, 10:30 - “Brent” markalı neftin qiyməti 47 dolları keçdi

25-11-2020, 10:00 - Azərbaycan ordusu Kəlbəcərə yola düşüb

25-11-2020, 09:30 - Kəlbəcəri tərk edən ermənilər hərbi hissələri partladır - VİDEO

25-11-2020, 09:00 - "Vətən müharibəsində iştirak edən şəxslərə Qarabağda pulsuz ev verilsin"

24-11-2020, 13:02 - Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

24-11-2020, 12:00 - "Yaşasın üstümüzdəki bu namus ləkəsini yuyub-təmizləyən Azərbaycan əsgəri!"

24-11-2020, 11:30 - Ermənistan ordusunda acınacaqlı vəziyyət: Antisanitariya, elektrik və istilikdən məhrumiyyət

24-11-2020, 11:00 - İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb - FOTO

24-11-2020, 10:30 - “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”

24-11-2020, 10:00 - Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib

24-11-2020, 09:30 - İngiltərədə tətbiq olunan karantin rejimi dekabrın 2-də bitəcək

24-11-2020, 09:00 - Sergey Lavrov iordaniyalı nazirlə Qarabağı müzakirə edib

24-11-2020, 08:30 - "Ayaqlarımın topuqdan qopduğunu gördüm" - Polad Rzayev

24-11-2020, 08:00 - "Fransa Minsk qrupu çərçivəsində işğal faktını sona çatdıra bilmədiyi üçün aqressivləşib..."

23-11-2020, 15:26 - Azərbaycan həmkarlar ittifaqlarının nümayəndəsi Avropa çempionu oldu

23-11-2020, 12:02 - Əsgərlərimiz Qubadlıda futbol oynadı - Video

23-11-2020, 11:58 - İbrahim Qalın: “Türkiyə zatən Azərbaycandadır və hər zaman da olacaq”

23-11-2020, 11:50 - “Füzulinin dağıdılması erməni vandalizminin bariz nümunəsidir”

23-11-2020, 11:38 - Düşmənlə beynəlxalq hüququn ”dil”ində danışılacaq...

23-11-2020, 11:30 - "Xalqa qarşı yekəbaşlıq edən məmurları həmən yerində oturtmaq lazımdır..."

GundelikXeber
 Valyuta məzənnəsi

"Məgər Kəlbəcərin statusunu ermənilər müəyyən edir, bəs üçtərəfli bəyanat harda qaldı?"

Tarix:21-11-2020, 09:30

"Məgər Kəlbəcərin statusunu ermənilər müəyyən edir, bəs üçtərəfli bəyanat harda qaldı?"
Dadivank kilsəsinin yanında Rusiya nə məqsədlə post qoyur?


Ermənilərin Kəlbəcərin Vank kəndindəki Dadivank adlandırdıqları kilsə kompleksi artıq bütün Rusiyanın gündəminə çevrilmişdir. Məsələ o qədər şişirdilmişdir ki, artıq Prezident Putin bu məsələni Prezident İlham Əliyevlə müzakirə edib. Sanki bu kilsə Yerusəlimdəki Əl- Aksa məçidinin statusunu daşıyır. Ermənilərin hər bir tələbinə Rusiyanın bu səviyyədə həssas yanaşması suallar doğurur. Agdamda, Zəngilanda və Qubadlıda məscidlər donuz və inək tövləsinə çevrilmişdi və həmsədr olan Rusiyanın bundan yaxşı xəbəri vardı. Heç bir münasibət eşitməmişik.

Bu günə qədər 28 il ərzində 1 milyon azərbaycanlının on illər ərzində çadırlarda yaşamasına və çöllərdə qalmasına Rusiya heç bir zaman münasibət bildirmədi. Hər bir qonşu ölkənin və beynəlxalq təşkilatların 1993-2005 illərində bölgələrdə qaçqınlara yardım çadırları olduqları halda, Rusiya fövqəladə hallar nazirliyinin heç bir yardımını görmədik. İndi isə Rusiyanın bütün idarələri ermənilərin köməyinə gəlir.

Füzuli, Cəbrayıl, Agdam, Zəngilan, Qubadlı yer üzündən silinmişdi. O biri rayonların təbiətini və mülkiyyətini yandırırlar. Rusiyada bu haqda danışan yoxdur.

Digər tərəfdən, cənab Putin və ya Xarici işlər naziri Lavrov yaxşı bilir ki, ən böyük erməni kilsəsi elə Bakının mərkəzində yerləşir və ildə yanından milyonlarla adam keçir və hər kəs də ona dini məbəd olaraq normal baxır.

Dadivank monastırına gələndə isə bu kilsə yüz illərdir Vəng adlanan azərbaycanlı kəndinin içindədir və hələ sovet dönəmində dini məbədlərin,kilsə və məcidlərin qadağan edildiyi və ya məhdudiyyət qoyulduğu bir dövrdə Vəngdə yaşayan azərbaycanlı – müsəlmən əhalisinin qorumasında qalmışdır. Ermənilərdən fərqli olaraq onun içində qoyun və inək saxlamamışlar. Vəng 55 evli kənd idi, kənddə və onun ətrafında heç bir zaman ermənilər yaşamamışdır. Hər kəs bunu bilir.

Əksinə, kəndin sakini Babaşov Yusif bu kilsənin qoruqçusu olmuş və kilsənin təmizlik işlərinə və qorunmasına məsul olmuşdur. Onun evi də kilsənin 10 m solunda yerləşirdi. İndi onun da evini ermənilər yandırdılar və uşaqları onu televiziya ilə seyr etmişdir. Bu iki mərtəbəli yanan ev Bağırov Yaqub və Bağırova Fazilə ailəsinin evidir. Ermənilər sadəcə evin şiferini kiremitle evez edib orada yaşayıblar. İndi isə ordan qaçanda onların da evini yandırıblar. Yaxınlıqda televiziyalarda Malasov Yelmar Abdulla oğlunun evinin yandığı görünür. O tərəfdə Bağırov Qasım Mirsəyyad oğlunun evinin yandığı görünür. Bu da Həmzə kişinin evidir. Bütün bunların hamısı Rusiya sülh məramlılarının gözü önündə baş verir. Bəs onlar niyə müdaxilə etmir?

Kənddəki qrupun komandirinin dediyinə görə onlar Hovanes ata-nın (keşişin) xeyir duası ilə burada post qurublar və kilsəni qoruyurlar. Orada azərbaycanlı yoxdursa kilsəni o zaman kimdən qoruyurlar? Bir də ki, həmən Hovanesin əli avtomatlı şəkli artıq bütün dünyanın saytlarında din adamı kimi yox, din adamı libasına bürünən, ancaq insan öldürən erməni millətçisi kimi yayılmışdır.

Rusiya müdafiə nazirinin sözçüsü Konaşenkonun sözünə görə isə, oradakı postu yerli əhalinin xahişi ilə qurublar. Yerli əhali kimdir? Onlar qanunsuz məskunlaşan və Vənglilərin evini zəbt edən cinayətkarlardır. İndi də evləri yandırıb oradan qaçırlar. O zaman Konaşenko hansı yerli əhalini nəzərdə tutur?. Məgər, Kəlbəcərin ərazisinin statusunu ermənilər müəyyən edir? Bəs, üçtərəfli bəyanat harda qaldı?

Sabah Vənglilər kəndlərində gələndə kəndlərinə girmək üçün bu postdan icazə alacaqlar? Kəndlilər indidən bu haqda narazı və qəmgindirlər. O zaman kim kilsəni qorumaq istəyirsə, getsin kəndin girişində yox, kilsənin qapısında bir tank qoysun. Axı bizim kilsə ilə nə işimiz var- Vənglilər belə deyir. Kilsə də kəndimizin bir parçasıdır.

Elxan Mehdiyev
Siyasi ekspert

Oxunub: 20

XƏBƏR LENTİ
Dünən, 15:59 Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb
Dünən, 12:05 Nigeriyada QİÇS-dən 45 min nəfər ölüb
25-11-2020, 13:25 Prezident İlham Əliyev Vladimir Putinlə 10 noyabr Bəyanatını müzakirə etdi
25-11-2020, 13:00 Pentaqon 10 noyabr Qarabağ bəyanatını alqışladı...
25-11-2020, 12:30 "Hər şeyin məhv edildiyi Ermənistanda status məsələsini qaldırmaq rüsvayçı bir müzakirədir”
25-11-2020, 12:00 Bağçada cəza kimi uşaqlara unitaz təmizlətdirdilər - RƏZALƏT...
25-11-2020, 11:30 Amerikalılardan Melanya Tramp haqqında ittiham: Birinci xanım Milad tətillərinə sevinmir
25-11-2020, 11:00 Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ
25-11-2020, 10:30 “Brent” markalı neftin qiyməti 47 dolları keçdi
25-11-2020, 10:00 Azərbaycan ordusu Kəlbəcərə yola düşüb
25-11-2020, 09:30 Kəlbəcəri tərk edən ermənilər hərbi hissələri partladır - VİDEO
25-11-2020, 09:00 "Vətən müharibəsində iştirak edən şəxslərə Qarabağda pulsuz ev verilsin"
24-11-2020, 13:02 Teymur Rəcəbov Levon Aronyana qalib gəlib
24-11-2020, 12:00 "Yaşasın üstümüzdəki bu namus ləkəsini yuyub-təmizləyən Azərbaycan əsgəri!"
24-11-2020, 11:30 Ermənistan ordusunda acınacaqlı vəziyyət: Antisanitariya, elektrik və istilikdən məhrumiyyət
24-11-2020, 11:00 İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb - FOTO
24-11-2020, 10:30 “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”
24-11-2020, 10:00 Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib
24-11-2020, 09:30 İngiltərədə tətbiq olunan karantin rejimi dekabrın 2-də bitəcək