Son Dəqiqə

14-01-2021, 13:23 - Qadın pilotlar 17 saatlıq fasiləsiz uçuşla rekord qırdılar...

14-01-2021, 13:22 - Vaqondakı sərnişin hər kəsin gözü qarşısında baxın nə etdi - AĞLASIĞMAZ...+ FOTO

14-01-2021, 13:19 - Moskva görüşü Azərbaycana nə qazandırdı? - “Putin də eyham vurdu, amma...”

14-01-2021, 13:14 - "Prezident bilirdi ki, Paşinyan status məsələsinə toxuna bilər, odur ki, onu qabaqladı"

14-01-2021, 13:03 - ABŞ hökuməti “Brent” markalı neftin qiymətinə dair proqnozunu yenilədi

14-01-2021, 12:58 - Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi Çin peyvəndinə "hə" dedi...

14-01-2021, 12:57 - Nümayəndələr Palatası Trampın impiçmenti məsələsini müzakirə edir

14-01-2021, 11:26 - Əməkdar artist koronavirusdan vəfat etdi

14-01-2021, 11:25 - Daha bir şəhidimiz sabah torpağa tapşırılacaq- FOTOLAR

14-01-2021, 11:24 - Məmnun olmadıqları bələdiyyə sədrini ağaca bağladılar - FOTO

13-01-2021, 08:56 - Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdü

13-01-2021, 08:56 - İpoteka kreditləri üçün limitlərin aktivləşdirilməsi tarixi açıqlandı

13-01-2021, 08:54 - MN: Vətən müharibəsindən qayıdanların qəbulu və müraciətlərinə baxılması davam edir

13-01-2021, 08:53 - İsrailli ekspert: "Moskvada vacib sənəd imzalanıb və bu, böyük nailiyyətdir"

13-01-2021, 08:52 - Ağzıgünə qalan səsyazma studiyaları...

13-01-2021, 08:51 - Azərbaycanda koronavirusa daha 519 yoluxma faktı qeydə alınıb

13-01-2021, 08:49 - Vətən müharibəsində 10 medal alan əkiz qardaşlar

13-01-2021, 08:48 - ADU-da imtahanlar uğurla davam edir

13-01-2021, 08:47 - Nazirlik rəsmisi: “İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb”

13-01-2021, 08:46 - Pakistan XİN Azərbaycan tərəfi ilə müzakirə edəcəyi mövzuları açıqlayıb

12-01-2021, 12:00 - Bakıda zavodda partlayış olub, ölən var

12-01-2021, 11:46 - Məhkəmə Qeyts, Soros və Rokfelleri “COVİD-19”-u yaratmaqda ittiham etdi...

12-01-2021, 11:39 - İran Hərbi Dəniz Qüvvələri raket və artilleriya birləşmələrinin təlimlərini keçirəcək

12-01-2021, 11:38 - Koronavirusla bağlı son STATİSTİKA

12-01-2021, 11:37 - ABŞ ştatlarında və Vaşinqtonda silahlı aksiyalar baş verə bilər

12-01-2021, 11:00 - Bakıda karantini pozan kafe sahibi 4 min manat cərimələndi

12-01-2021, 10:30 - Qənirə Paşayeva qəhrəman şəhidimiz Elşad Qurbanovun ailəsi ilə görüşüb

12-01-2021, 10:00 - Qazaxıstanın hakim partiyası parlament seçkilərində qalib gəldi

GundelikXeber
 Valyuta məzənnəsi

Düşmənlə beynəlxalq hüququn ”dil”ində danışılacaq...

Tarix:23-11-2020, 11:38

Düşmənlə beynəlxalq hüququn ”dil”ində danışılacaq...“Ermənistandan Azərbaycana təzminat ödənilməsini tələb edəcəyik”


“Baş Prokurorluğun əməliyyat-istintaq tədbirləri, xüsusi xidmət orqanlarının əlində olan faktlar ümumiləşdirilir”

27 sentyabrdan başlayan ikinci Qarabağ müharibəsi noyabrın 10-da Ermənistanın kapitulyasiya sənədinin imzalaması ilə başa çatdı. Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmən məğlub edildi. 30 ilə yaxındır ki, düşmən tapdağı altında qalan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri, o cümlədən 300-dən çox yaşayış məntəqəsi və strateji yüksəkliklər şanlı ordumuz tərəfindən azad edildi. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin arasında imzalanmış bəyanat əsasında noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldı. Sənədə əsasən, 15 noyabrda Kəlbəcər rayonu – sonradan 10 gün vaxt verildi, 20 noyabrda Ağdam rayonu, 1 dekabrda Laçın rayonu qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır, qaytarılır da. Hazırda proses davam edir.

Amma ruh və mayaları təxribat, terror, vandalizmlə yoğrulan ermənilər tərk etdikləri ərazilərimizi xarabalığa döndərib. Qarabağda daşı daş üstdə qoymayıb. Hətta indi evləri tərk edən ermənilər mənzillərə od qoyur, mal-qaranı gülləbaran edir, ağacları kəsir, meşələri yandırır. Bütün bunlar isə bir toplum olaraq onların vəhşi obrazını aydın şəkildə dünyanın gözü qarşısına sərir. Ötən 30 il müddətində təbii sərvətlərimiz talanıb, mədəniyyət abidələri, yaşayış massivləri dağıdılıb. Meşələr yandırıldığına görə həmin ərzilərin flora və faunası məhv edilib. Bir sözlə, düşmən işğalla kifayətlənməyib, o daş, torpaq, divar, ağac və heyvanlara da divan tutub.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə bu məsələ ilə bağlı danışarkən Ermənistanın təzminat ödəməli olduğunu bildirib:

“İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”.

Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında Hüquq üzrə fəlsəfə doktoru, Hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, bu sahədə ən böyük uğurumuz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü bərpa etməyimizdir:

"Azərbaycan nəinki diplomatik və hərbi meydanda nailiyyətlər əldə edib,, həmçinin ideoloji cəhətdən də çox böyük uğurlar qazanıb. Ölkə prezidentinin 30-a yaxın dünyanın aparıcı və nüfuzlu KİV-lərinə verdiyi müsahibələr Ermənistanın ideoloji sahədə əldə etdiyi bütün uğurları alt-üst etdi. Bu üç sahədə qazanılan uğurların ardından geri qalan ərazilərimiz də Azərbaycana qaytarılır. Ağdamdan sonra Kəlbəcər və Laçın rayonları azad olunur.

Torpaqlarımız işğaldan azad olunandan sonra xoşagəlməz mənzələrlə qarşılaşdıq. Düşmən həmin yerləri işğal etməklə kifayəltənməyib, oranı tamamilə dağıdıb.

Bu halda onları iki istiqamətdə cəzalandırmaq məsələsi gündəmə gəlir. Birincisi, təzminat məsələsidir ki, bu beynəlxalq hüquq normaları ilə tənzimlənir. İşğalçı dövlət zəbt etdiyi əraziləri dağıtdığı zaman müəyyən məbləğdə vəsait ödəməlidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin noyabrın 9-da verdiyi sərəncama əsasən 27 sentyabrdan müharibə bitənə qədər Ermənistan tərəfindən mülki əhaliyə, sahibkarlıq subyektlərinə, dövlət infrastrukturlarına dəyən zərərlərin hesablanması ilə bağlı xüsusi dövlət komissiyası yaradılıb ki, artıq bu istiqamətdə iş görülür.

Digər tərəfdən Azərbaycan ərazilərinin işğal edildikdən sonra burada baş verən talanların, vəhşiliklərin qiymətləndirilməsi barədə dünyanın aparıcı beynəlxalq qurumları və təşkilatları ilə danışıqlar başlayıb.

Həmin təşkilatların da dəvət edilməsi ilə Ermənistanın Azərbaycana vurduğu zərərlər hesablanacaq. Eyni zamanda 30 il müddətində sahibkarlıq fəaliyyəti ilə əldə oluna biləcək gəlirlərdən məhrum etmək də bura daxil edilməklə qiymətləndirilmə aparılacaq. Bundan sonra biz beynəlxalq hüquqa uyğun olaraq Ermənistan dövlətindən Azərbaycana təzminat ödənilməsini tələb edəcəyik”.

Ç.Qənizadə diqqətə çatdırıb ki, müharibə cinayətlərini törətdiklərinə, mülki əhaliyə qarşı məhvetmə əməliyyatınıı apardıqlarına görə Ermənistanın indiki və keçmiş siyasi və hərbi hakimiyyəti məsuliyyət daşıyır:

“Həmin adamların beynəlxalq cinayət məhkəməsində cəzalandırılması istiqamətində bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunun apardığı əməliyyat-istintaq tədbirləri, xüsusi xidmət orqanlarının əlində olan kifayət qədər faktlar, materiallar ümumiləşdirilir. Onların cinayət məsuliyyətinə cəlb olunması üçün gələcəkdə belə bir cinayət məhkəməsinin qurulmasına çalışacağıq".

Oxunub: 38

XƏBƏR LENTİ
14-01-2021, 13:23 Qadın pilotlar 17 saatlıq fasiləsiz uçuşla rekord qırdılar...
14-01-2021, 13:22 Vaqondakı sərnişin hər kəsin gözü qarşısında baxın nə etdi - AĞLASIĞMAZ...+ FOTO
14-01-2021, 13:19 Moskva görüşü Azərbaycana nə qazandırdı? - “Putin də eyham vurdu, amma...”
14-01-2021, 13:14 "Prezident bilirdi ki, Paşinyan status məsələsinə toxuna bilər, odur ki, onu qabaqladı"
14-01-2021, 13:03 ABŞ hökuməti “Brent” markalı neftin qiymətinə dair proqnozunu yenilədi
14-01-2021, 12:58 Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi Çin peyvəndinə "hə" dedi...
14-01-2021, 12:57 Nümayəndələr Palatası Trampın impiçmenti məsələsini müzakirə edir
14-01-2021, 11:26 Əməkdar artist koronavirusdan vəfat etdi
14-01-2021, 11:25 Daha bir şəhidimiz sabah torpağa tapşırılacaq- FOTOLAR
14-01-2021, 11:24 Məmnun olmadıqları bələdiyyə sədrini ağaca bağladılar - FOTO
13-01-2021, 08:56 Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdü
13-01-2021, 08:56 İpoteka kreditləri üçün limitlərin aktivləşdirilməsi tarixi açıqlandı
13-01-2021, 08:54 MN: Vətən müharibəsindən qayıdanların qəbulu və müraciətlərinə baxılması davam edir
13-01-2021, 08:53 İsrailli ekspert: "Moskvada vacib sənəd imzalanıb və bu, böyük nailiyyətdir"
13-01-2021, 08:52 Ağzıgünə qalan səsyazma studiyaları...
13-01-2021, 08:51 Azərbaycanda koronavirusa daha 519 yoluxma faktı qeydə alınıb
13-01-2021, 08:49 Vətən müharibəsində 10 medal alan əkiz qardaşlar
13-01-2021, 08:48 ADU-da imtahanlar uğurla davam edir
13-01-2021, 08:47 Nazirlik rəsmisi: “İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb”