Bu gün, 13:20 - "Youtube" Donald Trampın hesabının bloklanmasını uzatdı
Bu gün, 13:19 - Fərman İsmayılovun dəfn olunacağı yer açıqlanıb
Bu gün, 13:18 - Fərid Şəfiyev: “Qarabağ ermənilərinə yardım edilməsini ən çox dəstəkləyən Rusiya erməniləridir”
Bu gün, 13:17 - Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib
Bu gün, 13:10 - "Yalnız bu halda Azərbaycanla İran arasında səmimi dostluq münasibətlərindən danışmaq olar"
Bu gün, 13:09 - Samux sakinindən silah götürüldü
Bu gün, 11:19 - Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi
Bu gün, 11:15 - SON DƏQİQƏ: Fərman İsmayılovun meyiti Bakıya gətirildi
Bu gün, 08:36 - Dövlət başçısı: “Xəzərdə ən böyük donanmaya sahibik”
Dünən, 14:41 - Prezident Ramin Quluzadənin yerinə onu təyin etdi
Dünən, 13:40 - "Nə qədər sevilsəm də insanların qərəzi bitmir, hələ də məni qəbul etməyənlər var..."
Dünən, 12:43 - “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm” - Putin
Dünən, 12:42 - “Navalnını dəstəkləyirik, çünki Putinin düşmənidir”
Dünən, 12:41 - “ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər”
25-01-2021, 07:58 - "Lavrovun “status”la bağlı dedikləri də bizim üçün bir “sos” siqnalı olmalıdır"
25-01-2021, 07:57 - "“Azəriqaz”-ı SOCAR-dan ayırmağın zamanı yetişib" - Ekspertdən haqlı irad...
25-01-2021, 07:55 - "Türkiyənin hərbi bazası olsa, sabah hər hansı bir dövlət Azərbaycanı təhdid edə bilməz..."
25-01-2021, 07:54 - "Rus xalqı acından ölürsə, canı cəhənnəmə..." - Zərdüşt Əlizadə
25-01-2021, 07:36 - Düşmən daha 72 itkisini açıqladı
25-01-2021, 07:33 - Almaniya ordusu Qarabağda baş verənləri təhlil edib hökuməti xəbərdar edir - "Döyüş qabiliyyətimiz aşağı düşüb"
25-01-2021, 07:32 - Qazi və ailəsi sosial dəstəklə təmin olunur
25-01-2021, 07:31 - Portuqaliyada prezident seçkiləri keçirilir
25-01-2021, 07:28 - Yunis Hüseynov istefa verib
25-01-2021, 07:27 - Mingəçevirdə karantin qaydalarını pozan hazırlıq mərkəzi aşkar edildi
22-01-2021, 07:57 - Xankəndinin girişində Rusiya bayrağı və erməni əskisi yan-yana…-FOTO
22-01-2021, 07:55 - Bakı şəhər prokuroru tüfeyli həyat tərzi keçirən şəxslərin qeydiyyatı ilə bağlı rayon prokurorlarına tapşırıq verib
22-01-2021, 07:53 - Naxçıvan MR Media İnkişaf Agentliyi yaradılıb
22-01-2021, 07:52 - Bakıda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı açıqlanıb
Noyabrın 3-də keçirilmiş prezident seçkilərinin qalibi Cozef Robinett (Co) Bayden bütün dünyaya səslənərək Birləşmiş Ştatların ikinci dünya müharibəsindən sonra oynadığı ənənəvi missiyasını yenidən üzərinə götürəcəyinin anonsunu verdi. Bu missiya dünya düzəninə yön verməkdən ibarətdir.
İkinci dünya müharibəsinin əsas siyasi nəticələrindən biri dünyada iki fövqəldövlət, Sovet İttifaqı və Amerika Birləşmiş Ştatlarının yaranması oldu. İkinci dünya müharibəsinin sonunda kommunist ideologiyasını və sosialist sistemini Avropanın dərinliklərinə və Asiyanın ucaqlarına kimi yayan Moskva kommunist inqilabını bütün dünyaya ixrac etməklə dünya fatehliyi iddiasını daha israrla ön plana çıxardı. “Bütün ölkələrin proletarları birləşin”tezisi ilə hərəkət edən Sovet İttifaqı Moskvadan idarə olunacaq fəhlə-kəndli dövlətləri vasitəsilə dünyanın tək sahibi olmağı hədəfləyirdi.
İkinci dünya müharibəsi ərəfəsində ABŞ 1937-1938-ci illərin iqtisadi böhranın nəticələrini hələ də tam şəkildə aradan qaldıra bilməmişdi və təcridçilik siyasəti yürüdürdü. Buna görə də ikinci dünya müharibəsi başlayan zaman ABŞ 174 min nəfərlik ordusu ilə hərbi gücünə görə hətta Portuqaliyadan geri qalırdı. Ağ evin sahibi isə müharibə əleyhinə şüarlarla hakimiyyətə gələn Franklin Delano Ruzvelt idi. Sovet diktatoru Stalin 1934-cü ildə Ruzvelti kapitalist ölkələrinin liderləri arasında ən güclü fiqur adlandıraraq ABŞ prezidentini təşəbbüskar, cəsarətli və qətiyyəti şəxsiyyət kimi xarakterizə etmişdi.
Ruzvelt 1940-cı ildə Almaniyanın Fransaya hücumundan sonra Konqresə dünyanın ən güclü hərbi-sənaye kompleksinin yaradılması layihəsini təqdim etdi. Bu layihənin qəbulu və həyata keçirilməsi nəticəsində artıq 1943-cü ildə ABŞ-ın hərbi sənayesi 1939-cu illə müqayisədə 2.5 dəfə daha çox məhsul istehsal edirdi.
İkinci dünya müharibəsi ərəfsində ciddi hərbi gücə malik olmayan ABŞ ordusu hərbin bitdiyi gün dünyada nüvə silahına malik yeganə ordu idi. Bu ordunun ən böyük gücü isə hərbi dəniz donanması idi. Soyuq müharibə illərində bu donanma ABŞ-ın dünya liderliyini təmin edəcək əsas amillərdən birinə çeviləcəkdi.
İkinci dünya müharibəsindən fövqəldövlət olaraq çıxan ABŞ-ın dünya liderliyinə gedən yolu dünya ticarətinə və ticarət yollarına nəzarət üzərində qurulmuşdu. Bəşəriyyətin bütün tarixi boyu yaratdığı ən mükkəməl münasibət mexanizmi olan ticarətin fəhlə sinifinin birliyi üzərində qurulan ideologiyaya qalib gələcəyini isə proqnozlaşdırmaq olardı. ABŞ-ın qarşısında isə yalnız ticarətə və ticarət yollarına nəzarət etmək vəzifəsi dayanırdı. Bu vəzifəni təmin etməklə ABŞ iki sistem arasında mübarizənin taleyini həll etdi.
İkinci dünya müharibəsinin siyasi nəticələrindən biri də ABŞ dollarının qızılı əvəz edərək dünyanın yığım valyutasına çevrilməsi idi. Ən güclü hərbi donanma və dünyanın yığım valyutasına malik olmaq ABŞ-a dünya ticarətini və ticarət yollarını nəzarət almaq imkanı verdi. Bu üstünlük isə iki fövqəldövlətin dünya liderliyi uğrunda mübarizəsinin ABŞ-ın qələbəsi ilə nəticələnməsi, sosialist sisteminin dağılması və bir qütblü dünya düzənin yaranması ilə sona çatdı.
Burada Zbiqnev Bjezinskinin ideyalarının çox böyük rol oynadığını qeyd etməsək ədalətsizlik olar. Kommunizmi yaymaqla Sovet İttifaqının geniş çoğrafiyaları nəzarət altına almaq siyasətinin qarşısının alınması, ABŞ-ın dünya liderliyinin məhz Avrasiya üzərindəki təsir imkanından asılı olacağı ilə bağlı düşüncəsini Vaşinqtonun xarici siyasətinin təməl prinsipinə çevirən “Davakar” ləqəbli Zbiqnev Bjezinskinin ideyaları Birləşmiş Ştatların soyuq müharibədən qalib çıxmasında önəmli rol oynayıb. Trampın hakimiyyət illəri istisna olmaqla Bjezinskinin ideyaları son 45 ildə Vaşinqtonun xarici siyasətinin əsas istiqamətlərini müəyyən edib.
Sovet İttifaqının dağılmasından sonra Rusiya dünyanın ikinci ən böyük hərbi gücü olaraq qalsa da, Moskvanın yeni cəlbedici ideya ilə çıxış edə bilməməsi, eləcə də cəlbedici iqtisadi tərəfdaş olmaması Kremlə yeni iki qütblü dünya düzəni yaratmağa imkan vermədi.
Sovet İttifaqının dağılmasından ötən 25 il birqütblü dünya düzəni şəraitində keçdi. Donald Trampın hakimiyyətə gəlişindən sonra Vaşinqtonun təcridçilik siyasətinə qayıtması birqütblü dünya düzənin zədələdi. ABŞ-ın mükkəməl dövlət mexanizmi Donald Trampın təcridçilik siysətinin təsirlərini azaltsa da, qarşısını tamamilə ala bilmədi. Bu xüsusilə xarici siyasətdə öz təsirlərini göstərdi. Trampın ticarət müharibələri ABŞ-ın dünya liderliyini təmin edən ticarət əlaqələrini zədələdi. Ticarət əlaqələrinin zədələnməi öz təsirini siyasi, iqtisadi və hərbi əlaəqlərdə də göstərdi. Buna görə də, ABŞ-ın yeni prezidenti Co Bayden Amerikanın missiyasını davam etdirəcəyini rəsmən açıqlamaq zərurəti hiss edərək, “Əcnəbi liderlərə səslənirəm, Amerika qayıdır. Biz oyuna qayıdırıq” bəyanatını yaydı.
( I yazı)
P.S. Co Baydenin ABŞ-ın öz tarixi missiyasını hansı komanda ilə və necə həyata keçirəcəyi, bunun dünya düzənində, xüsusilə ölkəmizin yerləşdiyi bölgədə hansı təsirlər doğuracağı ilə bağlı məqamlara növbəti yazıda aydınlıq gətirməyə çalışacağam.
Xəqani Cəfərli, politoloq