Son Dəqiqə

Bu gün, 13:20 - "Youtube" Donald Trampın hesabının bloklanmasını uzatdı

Bu gün, 13:19 - Fərman İsmayılovun dəfn olunacağı yer açıqlanıb

Bu gün, 13:18 - Fərid Şəfiyev: “Qarabağ ermənilərinə yardım edilməsini ən çox dəstəkləyən Rusiya erməniləridir”

Bu gün, 13:17 - Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib

Bu gün, 13:10 - "Yalnız bu halda Azərbaycanla İran arasında səmimi dostluq münasibətlərindən danışmaq olar"

Bu gün, 13:09 - Samux sakinindən silah götürüldü

Bu gün, 11:19 - Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi

Bu gün, 11:15 - SON DƏQİQƏ: Fərman İsmayılovun meyiti Bakıya gətirildi

Bu gün, 08:36 - Dövlət başçısı: “Xəzərdə ən böyük donanmaya sahibik”

Dünən, 14:41 - Prezident Ramin Quluzadənin yerinə onu təyin etdi

Dünən, 13:40 - "Nə qədər sevilsəm də insanların qərəzi bitmir, hələ də məni qəbul etməyənlər var..."

Dünən, 12:43 - “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm” - Putin

Dünən, 12:42 - “Navalnını dəstəkləyirik, çünki Putinin düşmənidir”

Dünən, 12:41 - “ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər”

25-01-2021, 07:58 - "Lavrovun “status”la bağlı dedikləri də bizim üçün bir “sos” siqnalı olmalıdır"

25-01-2021, 07:57 - "“Azəriqaz”-ı SOCAR-dan ayırmağın zamanı yetişib" - Ekspertdən haqlı irad...

25-01-2021, 07:55 - "Türkiyənin hərbi bazası olsa, sabah hər hansı bir dövlət Azərbaycanı təhdid edə bilməz..."

25-01-2021, 07:54 - "Rus xalqı acından ölürsə, canı cəhənnəmə..." - Zərdüşt Əlizadə

25-01-2021, 07:36 - Düşmən daha 72 itkisini açıqladı

25-01-2021, 07:33 - Almaniya ordusu Qarabağda baş verənləri təhlil edib hökuməti xəbərdar edir - "Döyüş qabiliyyətimiz aşağı düşüb"

25-01-2021, 07:32 - Qazi və ailəsi sosial dəstəklə təmin olunur

25-01-2021, 07:31 - Portuqaliyada prezident seçkiləri keçirilir

25-01-2021, 07:28 - Yunis Hüseynov istefa verib

25-01-2021, 07:27 - Mingəçevirdə karantin qaydalarını pozan hazırlıq mərkəzi aşkar edildi

22-01-2021, 07:57 - Xankəndinin girişində Rusiya bayrağı və erməni əskisi yan-yana…-FOTO

22-01-2021, 07:55 - Bakı şəhər prokuroru tüfeyli həyat tərzi keçirən şəxslərin qeydiyyatı ilə bağlı rayon prokurorlarına tapşırıq verib

22-01-2021, 07:53 - Naxçıvan MR Media İnkişaf Agentliyi yaradılıb

22-01-2021, 07:52 - Bakıda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı açıqlanıb

GundelikXeber
 Valyuta məzənnəsi

Qarabağ düşmənlərin tənəsi və tapdağı altında yetim qalmışdı...

Tarix:30-11-2020, 11:00

Qarabağ düşmənlərin tənəsi və tapdağı altında yetim qalmışdı...

Qarabağ həmişə özəl bir məkan olub. O hər birimiz üçün özəl bir qavrayış və ülvi bir hissiyyat olub. Hələ bizim ağlımıza gətirə bilmədiyimiz, amma düşmənlərin əlaltdan namərdcəsinə qəsd etməyə hazırlaşdığı vaxtlarda da Qarabağ Azərbaycanın hər yerində ən çox xatırlanan və ən çox adı çəkilən yer adı idi. Sadəcə yer adımı? - Əlbəttə yox. Qarabağ həmişə hər bir Azərbaycanlı üçün mədəniyyət beşiyi, çal-çağır ocağı, bin-bərəkət məkanı, mərdlik və mərdanəlik məskəni olub. Harada şeir-sənət məclisi qurulsaydı, harada ərlikdən-ərənlikdən söz düşsəydi, harada gözəlliklər vəsf edilsəydi orada Qarabağdan danışılardı.

O zaman səslənən Qarabağ şikəstəsi İlahidən gələn doğma səs kim ürəkləri riqqətə gətirər, hər kəs onu dinləyəndə Qarabağa getməyi, o müqəddəs diyarı görməyi arzulayardı. “Anadır arzulara hər zaman Qarabağ...” oxunanda hər bir Azərbaycanlı hamıdan gizli saxladığı ən məhrəm arzusunu ürəyində özü-özünə pıçıldayar və öz müqəddəs niyyətinə çatacağına inanardı. Qarabağ şikəstəsi oxunanda səbəbini anlamasaq da qollarımızda tüklər biz-biz olar, zəngulələrin ahənginə uyğun olaraq əzaları növbə ilə sıxılıb-açılan ürəyimiz atlanardı. Minillərin tarixində mürgüləyən yaddaşımız oyanar, gözlərimiz önündə Dədəmiz Qorqud canlanardı. Tarixi genetik yaddaşımızın bütün müqəddəsləri bu şikəstənin səs pərdələrində sıralanardı.

Qarabağımızı namərdlər bizdən hiylə və məkrlə aldılar. Düşmənlər Dədə Qorqudun qopuzunu, Şeyx Nizaminin müdrikliyini, Nəsiminin İnsanlıq hayqırtısını, Füzulinin əfqanı göylərə ucalan eşqini əsir etdilər. Bülbülü susdurdular, Xan əminin ruhunu küsdürdülər. Çal-çağır bitdi, xalq yetim qaldı. Düz 30 il. Qarabağdan söz düşəndə daha üzlər gülmürdü, “düşmənlər eşidər” deyə dərindən ah çəkməyə də cürət etmirdik. Mərdlikdən- mədəniyyətdən, tarixdən-ərənlikdən danışanda gözlərimizi bir-birimizdən yayındırır, bir-birimizin üzünə baxmaqdan utanırdıq. Şüurumuz da, hissiyyatımız da kütləşmişdi. Daha Qarabağ şikəstəsi də əvvəlki tək ruhumuzu atlandıra bilmirdi.

Qarabağ da yetim qalmışdı. Düşmənlərin tənəsi və tapdağı altında. Yad kəslərin yad səsləri Qarabağı lal-kar etmişdi, o artıq çal-çağır yeri deyildi. Dağların başına çökmüş duman düz 30 ildi ki, çəkilmək bilmir, Qarabağ artıq çiçəklənmir, xarı bülbül isə yad nəfəsdən gizlənirdi. Çaylar lal sükutla axır, torpaqlar da bar verməyə can atmırdılar. Min illərlə daş üstünə daş qoyularaq tikilən Qarabağ ilbəil, günbəgün sökülürdü. Yiyəsiz Qarabağ düşmənin işgəncəsi altında inildəyə-inildəyə dağılıb tökülürdü.

Nəhayət, 30 illik ayrılıq qədim Oğuz elini bir meydana topladı, hər küçədən, hər evdən bir cəngavər çıxdı, el bir oldu. Qarabağ itkisinin ağırlığından dizi çökmüş xalq özündə təpər tapıb ayağa qalxdı və düşmən üzərinə yeridi. Qarabağ əsirlikdən xilas oldu və öz xalqının ağuşuna sığındı. Ürəyimiz Şuşaya Qələbə bayrağımız sancıldı. Şuşa məscidindən səmaya azan səsləri ucaldı, Şuşa qalasından, Ağdamdan, Füzulidən, Kəlbəcərdən Qarabağ şikəstəsi havalandı. Qarabağ azad oldu -milyonların ürəyində sərasər 30 il səslənən ən müqəddəs arzu gerçəyə çevrildi.

Bu gün yenə bütün arzularımızın anası Qarabağdır. Hamının bir arzusu var: Qarabağı murdar düşmənin ayaq izlərindən təmizləmək, onu geyindirib-keçindirmək, onu bəzəyib Azərbaycanın və dünyanın ən gözəl bəzəyinə çevirmək.

Arzularımız çin olsun!

Cavanşir Feyziyev

30 noyabr 2020

Oxunub: 46

XƏBƏR LENTİ
Bu gün, 13:20 "Youtube" Donald Trampın hesabının bloklanmasını uzatdı
Bu gün, 13:19 Fərman İsmayılovun dəfn olunacağı yer açıqlanıb
Bu gün, 13:18 Fərid Şəfiyev: “Qarabağ ermənilərinə yardım edilməsini ən çox dəstəkləyən Rusiya erməniləridir”
Bu gün, 13:17 Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib
Bu gün, 13:10 "Yalnız bu halda Azərbaycanla İran arasında səmimi dostluq münasibətlərindən danışmaq olar"
Bu gün, 13:09 Samux sakinindən silah götürüldü
Bu gün, 11:19 Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi
Bu gün, 11:15 SON DƏQİQƏ: Fərman İsmayılovun meyiti Bakıya gətirildi
Bu gün, 08:36 Dövlət başçısı: “Xəzərdə ən böyük donanmaya sahibik”
Dünən, 14:41 Prezident Ramin Quluzadənin yerinə onu təyin etdi
Dünən, 13:40 "Nə qədər sevilsəm də insanların qərəzi bitmir, hələ də məni qəbul etməyənlər var..."
Dünən, 12:43 “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm” - Putin
Dünən, 12:42 “Navalnını dəstəkləyirik, çünki Putinin düşmənidir”
Dünən, 12:41 “ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər”
25-01-2021, 07:58 "Lavrovun “status”la bağlı dedikləri də bizim üçün bir “sos” siqnalı olmalıdır"
25-01-2021, 07:57 "“Azəriqaz”-ı SOCAR-dan ayırmağın zamanı yetişib" - Ekspertdən haqlı irad...
25-01-2021, 07:55 "Türkiyənin hərbi bazası olsa, sabah hər hansı bir dövlət Azərbaycanı təhdid edə bilməz..."
25-01-2021, 07:54 "Rus xalqı acından ölürsə, canı cəhənnəmə..." - Zərdüşt Əlizadə
25-01-2021, 07:36 Düşmən daha 72 itkisini açıqladı