Son Dəqiqə

Bu gün, 13:20 - "Youtube" Donald Trampın hesabının bloklanmasını uzatdı

Bu gün, 13:19 - Fərman İsmayılovun dəfn olunacağı yer açıqlanıb

Bu gün, 13:18 - Fərid Şəfiyev: “Qarabağ ermənilərinə yardım edilməsini ən çox dəstəkləyən Rusiya erməniləridir”

Bu gün, 13:17 - Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib

Bu gün, 13:10 - "Yalnız bu halda Azərbaycanla İran arasında səmimi dostluq münasibətlərindən danışmaq olar"

Bu gün, 13:09 - Samux sakinindən silah götürüldü

Bu gün, 11:19 - Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi

Bu gün, 11:15 - SON DƏQİQƏ: Fərman İsmayılovun meyiti Bakıya gətirildi

Bu gün, 08:36 - Dövlət başçısı: “Xəzərdə ən böyük donanmaya sahibik”

Dünən, 14:41 - Prezident Ramin Quluzadənin yerinə onu təyin etdi

Dünən, 13:40 - "Nə qədər sevilsəm də insanların qərəzi bitmir, hələ də məni qəbul etməyənlər var..."

Dünən, 12:43 - “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm” - Putin

Dünən, 12:42 - “Navalnını dəstəkləyirik, çünki Putinin düşmənidir”

Dünən, 12:41 - “ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər”

25-01-2021, 07:58 - "Lavrovun “status”la bağlı dedikləri də bizim üçün bir “sos” siqnalı olmalıdır"

25-01-2021, 07:57 - "“Azəriqaz”-ı SOCAR-dan ayırmağın zamanı yetişib" - Ekspertdən haqlı irad...

25-01-2021, 07:55 - "Türkiyənin hərbi bazası olsa, sabah hər hansı bir dövlət Azərbaycanı təhdid edə bilməz..."

25-01-2021, 07:54 - "Rus xalqı acından ölürsə, canı cəhənnəmə..." - Zərdüşt Əlizadə

25-01-2021, 07:36 - Düşmən daha 72 itkisini açıqladı

25-01-2021, 07:33 - Almaniya ordusu Qarabağda baş verənləri təhlil edib hökuməti xəbərdar edir - "Döyüş qabiliyyətimiz aşağı düşüb"

25-01-2021, 07:32 - Qazi və ailəsi sosial dəstəklə təmin olunur

25-01-2021, 07:31 - Portuqaliyada prezident seçkiləri keçirilir

25-01-2021, 07:28 - Yunis Hüseynov istefa verib

25-01-2021, 07:27 - Mingəçevirdə karantin qaydalarını pozan hazırlıq mərkəzi aşkar edildi

22-01-2021, 07:57 - Xankəndinin girişində Rusiya bayrağı və erməni əskisi yan-yana…-FOTO

22-01-2021, 07:55 - Bakı şəhər prokuroru tüfeyli həyat tərzi keçirən şəxslərin qeydiyyatı ilə bağlı rayon prokurorlarına tapşırıq verib

22-01-2021, 07:53 - Naxçıvan MR Media İnkişaf Agentliyi yaradılıb

22-01-2021, 07:52 - Bakıda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı açıqlanıb

GundelikXeber
 Valyuta məzənnəsi

"Ermənilər ola bilsin ki, Azərbaycan Dəmir Yumruğu ilə sındırılmış dişlərini bu dəfə başqa ölkələrin üstünə qıcasın"

Tarix:2-12-2020, 10:56

"Ermənilər ola bilsin ki, Azərbaycan Dəmir Yumruğu ilə sındırılmış dişlərini bu dəfə başqa ölkələrin üstünə qıcasın"

MM-nın Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva cənab Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edilən qədim və gözəl Laçınımızdan yazdı.

Ermənistanın məğlubiyyətinin “Yol xəritəsi”

“Əziz həmvətənlər.
Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.” – Bu unudulmaz sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa bugünkü müraciətindəndir. Laçından məcburi köçkün düşmüş həmvətənlərimizin, bütün dünya azərbaycanlılarının gözü aydın olsun! Düşmənin Laçından çıxmasını təmin edən hərbi gerçəkliyi, əsasları yaratmış Şanlı Ordumuza, Ordumuzun Müzəffər Ali Baş Komandanına çox minnətdarıq!
Əlbəttə, hər hansı yaşayış məntəqəmizin, hətta bir boz dağımızın, susuz dərəmizin, şoran torpağımızın da düşmən tapdağından azad olunması bizimçün qiymətlidir – Vətənin torpağının hər qarışı bizimdir və onun uğrunda ölümü gözümüzə almışıq. Bu sözün sadəcə bir quru şüar yaxud bəlağət olmadığını dəfələrlə göstərmişik, 44 günlük müharibədə isə fövqəladə şəkildə bir daha sübut etmişik. Bununla belə, heç kəsə sirr deyil ki, Laçınımız Qarabağ müharibəsində kilid bölgəmiz idi. Laçın olmazsa olmazlığını, önəmini – həqiqi kilid bölgə rolunu cənab Prezidentin Xalqa Müraciətindəki bu sözlər çox dəqiq ifadə etməkdədir: “bildirməliyəm ki, uzun illər ərzində - 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox.

...Orada minlərlə insan yaşayırdı və bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı. Yəni, Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır”. Bəli, Laçında Azərbaycan bayrağının qaldırılması, Azərbaycan Himninin oxunması, Silahlı Qüvvələrimizin Laçına daxil olması maksimalist erməni cəmiyyətinə çox böyük zərbədir! Öz haqsız iddialarından məst olan, öz işğalçılıq siyasətinin əbədi sürəcəyinə arxayın düşən Ermənistan hərbi-siyasi rəhbərliyi və belə aldanışlara uyan erməni ictimai fikri də ağır yenilginin nəticələrini öz üzərində getdikcə daha gerçək şəkildə hiss edəcək. Son günə, son saatadək “bəlkə də qaytardılar” xülyasına qapılmış işğalçılar illa da kiminləsə dava vəziyyətinə vərdişkar olduğu üçün böyük ehtimal, bugündən Ermənistanda daxili çəkişmələr daha da güclənəcək. Qarabağ ermənisi, yerli erməni və s. kimi ayrımçılıqlar sövq-təbii dərinləşəcək. Uğursuz dövlət, əsilsiz iddialar, aldadılmış cəmiyyət və acı sonluq: MƏĞLUBİYYƏT! – Budur, Ermənistanın aqibətinin “Yol xəritəsi”. Budur, uzun illər bizə məğlubiyyətlə barışmağı “diqtə edən” Ermənistanın reallığı. 30 ilə yaxın “qalib” ədası ilə lovğalanan, özünü üstün tərəf kimi təqdim etməyə cəhd edən Ermənistanın qarşısıalınmaz çöküşü, artıq an məsələsidir. Laçında bugün oxunan Azərbaycan Dövlət Himni Ermənistanın tarixi çöküşünü rəmzləşdirən musiqi kimi də qəbul edilə bilər.

Laçının azad edilməsi Ermənistanın saxta təbliğat maşınının olan-qalan hissəslərini də sıradan çıxardı. İşğalçılıq presedenti sıfırlandı.

44 günlük müharibədə iştirak etmiş, hazırda tərxis olunmuş erməni əsgərlərinin sosial şəbəkələrdə yayılmış video-etiraflarından da görürük ki Azərbaycan Respublikasına qarşı yenidən hücum etməyə əsgər tapmaq uğursuz dövlət üçün mümkünsüz dərəcəli bir işdir. Ermənistan generallarının özlərinin etiraflarından da görünür ki işğalçı silahlı qüvvələrin 80 fazi sıradan çıxarılıb. Bu şəxsi heyət baxımından da, texnika baxımından da, psixoloji durum baxımından da təkzib olunmaz bir gerçəklikdir. Müzəffər Ali Baş Komandanımızın bugün Xalqa Müraciətində gətirilmiş faktlar, səslənən rəqmələr işğalçılığın Ermənistana neçəyə başa gəldiyini çox açıq şəkildə göstərir.
Ermənilər ola bilsin ki, Azərbaycan Dəmir Yumruğu ilə sındırılmış dişlərini bu dəfə başqa ölkələrin üstünə qıcasın. Bayaq da vurğuladığımız kimi, bu uğursuz dövlət, saxta maksimazlizmin girovu olan xəstə cəmiyyət öz “mən”ini illa da bir düşmən bulub, ona qarşı alçaqlıqlar etməklə “təsdiq edir”.
Dövlət başçısının Xalqa Müraciətində ən önəmli məqamlardan biri Azərbaycan xalqının qürurlu, xeyirxah, dövlətcanlı, vətəncanlı xalq olması ilə bağlı ürəkdən gələn sözlərlə bağlıdır. Bu sözlər Azərbaycançılığın fəlsəfəsini, ideoloji-siyasi zənginliyini çox dəqiq ifadə edir. Xalqımızın haqqında dövlət başçısının bugünkü sözləri bizi həm duyğulandırır, həm də qürurlandırır! Ümummili liderin kəlama çevrilmiş sözləri ilə desək, “Mən həmişə fəxr etmişəm, bugün də fəxr edirəm ki, MƏN AZƏRBAYCANLIYAM”! – “Yaralanmış və ağır vəziyyətdə olan əsgərlərimiz hospitallarda, xəstəxanalarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə. Şəhidlərimizin ruhu şad olsun, valideynləri onları dəfn edərkən deyirdilər ki, Vətən sağ olsun. Deyirdilər ki, ancaq irəli, ancaq irəli. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mülki vətəndaşlar - 94 mülki vətəndaş həlak olub, 400-dən çox mülki vətəndaş vəhşi düşmən tərəfindən yaralanıb. Evi dağılmış insanlar o dağıntılardan çıxarkən deyirdilər ki, ancaq irəli. Bilirsiniz, bunu hər kəs bilməlidir və biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq”.
Silahlı Qüvvələrimizin Laçına daxil olması, Laçında Azərbaycan bayrağının qaldırılması, Laçında Himnimizin oxunması bir dönəmin başa çatması, yeni bir dönəmin başlanmasının parlaq işarətidir. Artıq Ermənistanla dövlət sərhədlərimiz boyu dağımız-dərəmiz, düzümüz-düzəngahımız ordumuzun nəzarəti altındadır. Bundan sonrakı dönəmdə güclü və qalib tərəf olaraq Ermənistana qarşı sözün bütün mənalarında yüksəkdən danışacağıq. Qondarma rejimə dövlət statusu qazandırmaq istəyən Ermənistan artıq öz başının çarəsinə baxmalıdır; hərçənd özünü dolandırmaqçün resurslardan kasaddır. – İşğal altındakı torpaqlardan illər uzunu daşıdığı, götürdüyü taxıl, üzüm, digər məhsullar, qiymətli sərvətlər – mineral sular, qızıl və s. Ermənistan iqtisadiyyatında iştirak etmir artıq; nəinki iştirak etmir, üstəlik, Ermənistanı ağır təzminatlar gözləyir. Xarici borcu dövlət büdcəsindən çox olan kasıb və məğlub bir ölkə özü özünü tarixin zibilliyinə yuvarlanmağın eşiyinə gətirib çıxarıb. Prezidentimizin məşhur sözləri ilə ifadə etsək, endirməlidir o bayrağı dirəkdən. O bayraq bəlkə hansısa muzeydə tarixin bir dönəmində mövcud kimi görükmüş “dövlət”in bayrağı olaraq öz eksponat taleyini yaşayacaq…
Qarabağ bizimdir! Qarabağ – Azərbaycandır!
DÖVLƏTİMİZ VAR OLSUN!

Oxunub: 27

XƏBƏR LENTİ
Bu gün, 13:20 "Youtube" Donald Trampın hesabının bloklanmasını uzatdı
Bu gün, 13:19 Fərman İsmayılovun dəfn olunacağı yer açıqlanıb
Bu gün, 13:18 Fərid Şəfiyev: “Qarabağ ermənilərinə yardım edilməsini ən çox dəstəkləyən Rusiya erməniləridir”
Bu gün, 13:17 Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib
Bu gün, 13:10 "Yalnız bu halda Azərbaycanla İran arasında səmimi dostluq münasibətlərindən danışmaq olar"
Bu gün, 13:09 Samux sakinindən silah götürüldü
Bu gün, 11:19 Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi
Bu gün, 11:15 SON DƏQİQƏ: Fərman İsmayılovun meyiti Bakıya gətirildi
Bu gün, 08:36 Dövlət başçısı: “Xəzərdə ən böyük donanmaya sahibik”
Dünən, 14:41 Prezident Ramin Quluzadənin yerinə onu təyin etdi
Dünən, 13:40 "Nə qədər sevilsəm də insanların qərəzi bitmir, hələ də məni qəbul etməyənlər var..."
Dünən, 12:43 “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm” - Putin
Dünən, 12:42 “Navalnını dəstəkləyirik, çünki Putinin düşmənidir”
Dünən, 12:41 “ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər”
25-01-2021, 07:58 "Lavrovun “status”la bağlı dedikləri də bizim üçün bir “sos” siqnalı olmalıdır"
25-01-2021, 07:57 "“Azəriqaz”-ı SOCAR-dan ayırmağın zamanı yetişib" - Ekspertdən haqlı irad...
25-01-2021, 07:55 "Türkiyənin hərbi bazası olsa, sabah hər hansı bir dövlət Azərbaycanı təhdid edə bilməz..."
25-01-2021, 07:54 "Rus xalqı acından ölürsə, canı cəhənnəmə..." - Zərdüşt Əlizadə
25-01-2021, 07:36 Düşmən daha 72 itkisini açıqladı