Son Dəqiqə

Dünən, 10:47 - Superliqada turun mərkəzi oyununda “Fənərbağça” “Trabzonspor”a qalib gəldi

Dünən, 10:45 - Haqqında film çəkilən məşhur mafiyanın başçısı öldü

Dünən, 10:30 - Çexiyanın baş naziri və ailəsi ölümlə hədələnib

Dünən, 10:28 - Aİ Prezidenti Gürcüstanda səfərdədir

Dünən, 10:17 - Bu vaxta qədər maska taxmaq məcburi olacaq - TARİX AÇIQLANDI

Dünən, 10:16 - Koronavirusla bağlı son STATİSTİKA

Dünən, 10:14 - "Nəşnl İnterest": "Rusiya yeganə ölkədir ki, ABŞ-ı məhv edə bilər"

Dünən, 10:13 - Ermənistanı şaiyə bürüdü: “Onik Qasparyanı zərərsizləşdirmək üçün Türkiyədən xüsusi qrup gəlib....”

Dünən, 10:11 - Bakıda iki fəhlə köhnə şkafdan 25 banderol DOLLAR TAPDI - "Elə bildik ermənidən qalıb..."

Dünən, 10:10 - Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla səfər edə biləcək

26-02-2021, 10:27 - İrəvanda parlament binası qarşısında barrikadalar quruldu

26-02-2021, 10:24 - Hərbçilərin maaşlarına əlavələr ediləcək

26-02-2021, 10:22 - “Xocalı soyqırımının təkrar olunmaması üçün, Dağlıq Qarabağa “səpilən” hər növ toxumun kökü kəsilməlidir”

26-02-2021, 10:20 - "Qlobal dəyişikliklərin ölkəmizə təsirinə qarşı adekvat tədbirlər görülməlidir" - 4 TƏKLİF...

26-02-2021, 10:15 - Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edib

26-02-2021, 10:06 - Ruhları əbədi rahatlığa qovuşan qaradağlı, xocalı, ağdabanlılarım...

26-02-2021, 10:05 - Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının BƏYANATI

26-02-2021, 10:03 - ABŞ İran hərbi obyektlərinə zərbə endirdi

26-02-2021, 09:58 - "Xocalı soyqırımı kimi faciələr unudula bilməz" - Mehriban Əliyeva

26-02-2021, 09:43 - Xocalı soyqırımından 29 il ötür

25-02-2021, 15:21 - Kamaləddin Qafarov: “Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir”

25-02-2021, 10:45 - Rusiyada iyirmi yaşlı yazıçı aclıqdan öldü

25-02-2021, 10:43 - Xaçmazda evlərə və mağazalara qənim kəsilən dəstə ələ keçdi - FOTO

25-02-2021, 10:41 - Yollarda son vəziyyət necədir? - RƏSMİ

25-02-2021, 10:40 - Ölkədə qarlı hava şəraiti ilə bağlı baş verən yol-nəqliyyat hadisələrinin sayı AÇIQLANDI

25-02-2021, 10:39 - Bakıda buz bağlayan yollar - SİYAHI

25-02-2021, 10:37 - Azərbaycan neftinin bu günə olan qiyməti

25-02-2021, 10:35 - Hikmət Hacıyev: “Türkiyə xalqının yanımızda olması və diplomatik dəstək bizi ruhlandırdı”

GundelikXeber
 Valyuta məzənnəsi

Ermənilərə yol vermək yox, yol göstərmək lazımdır...

Tarix:21-01-2021, 14:50

Ermənilərə yol vermək yox, yol göstərmək lazımdır...

Ermənilərin Kəlbəcərdən həyasızcasına yol istəməsi, Lavrovun “Dəli Kür”dəki Molla Sadığın törəyindən olmasının nəticəsidir.

Erməni xalqının tarixboyu azərbaycanlılara qarşı düz yolda olmamalarının bütün dünya fərqindədir. Bu yol nə 60 nə də 500 kilometrlə qurtaran da deyil. Bu yolun uzunluğu ən azı iki əsrə bərabərdir.

Əlbəttə, hazırda ermənilərin Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində ara-sıra ürəkbulandırıcı hərəkətlər etməsi gözləniləndir. Ancaq Azərbaycan cəmiyyəti bu baş verənlərə rəsmi Bakıdan dərhal reaksiya verilməsini də axı gözləyir.

Nə isə, ilk baxışda nə qədər təəccüblü görünsə də, əslində bu günlərdə ermənilərin etiraz aksiyası keçirməklə, toplanıb Azərbaycana aid yük maşınlarının yolunu kəsərək Kəlbəcərdən həyasızcasına əlavə yol istəməsi, görünür Lavrovun “Dəli Kür”dəki Molla Sadığın törəyindən olmasının nəticəsidir. Kim bilir, bəlkə o dövrlərdə sonradan “lavrovlaşmış” Rusiya XİN başçısının atası Kələntərovun anasını və ya nənəsini Tiflisdən Qazağa Molla Sadığın yanına “dua yazdırmağa” gətiriblər. Doğrudur bu fikir nə qədər ironik səslənsə də, ancaq Dağlıq Qarabağla bağlı Lavrovun bir neçə gün öncə mətbuat konfransında Azərbaycana qarşı söylədiyi qərəzli fikirlərini, fevralın 1-dən 12-dək Qars vilayətində Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin “Qış-2021” birgə hərbi təlimləri ərəfəsində sanki, ermənilərə əlaltından “işinizdə olun” deməsi kimi qiymətləndirmək etmək olar. Digər tərəfdən isə onsuz da Azərbaycan cəmiyyəti çox yaxşı bilir ki, həm Lavrovun həm ermənilərin, həm də “bicmərəmlıların” Dağlıq Qarabağdakı davranışları bir-birindən heç nə ilə fərqlənmir.

Baxın, yolkəsən ermənilər bildirir ki, güya, azərbaycanlılar bu yoldan keçərkən onlara qıcıqverici jestlər edirlər, bu da onların “çestinə” toxunur. Ancaq şikayəti qəbul edən sülhməramlıdan çox “bicməramlı”lıq edən “nəçənnik” isə Qarabağı “Artsax” adlandırmaqla nəinki azərbaycanlıları qıcıqlandırdığını, hətta Azərbaycan respublikasının hüquqi ərazisinin rəsmi adını qeyri-qanuni dəyişdirmiş, separatçılara açıq dəstək verdiyinin nədənsə heç fərqində olmur.

Əslində “bicməramlılar”ın nəzarətində olan Azərbaycan ərazisində çox hadisələr baş verir və buna dərhal rəsmi Bakı reaksiya vermədikcə ermənilərin ayağı yer alır. Cəmiyyətin narahatlığını aradan qaldırmaq üçün isə son vaxtlar mediada fəallaşan “Əsrimizin Siyavuşu”nun bildirdiyi fikirlər kifayət etmir. Xalq 44 günlük Vətən müharibəsi günlərində olduğu kimi mütəmadi olaraq, daha çox inandığı ciddi rəsmi şəxslərdən xəbər və ya onların baş verənlərə dərhal münasibət bildirmələrini gözləyir.

Bu arada, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənovun ermənilərin Kəlbəcərdən Vardenisə (Basarkeçər) yol istəməsi ilə bağlı Rusiya mediasına açıqlamasında ifadə etdiyi, “Bu addım gələcəkdə Qarabağdakı erməni və azərbaycanlı icmalarının dinc yanaşı yaşamasına kömək edəcək”, - deməsinə gəlincə, bu, hələ çox tezdir. Çünki tarixən azərbaycanlıların ermənilərə humanistlik edib əvəzində vəhşilik gördüyünü hər kəs yaxşı bilir. Odur ki, indiki halda Azərbaycan torpağında şərtlər irəli sürən ermənilərə yol vermək, dəlinin əlinə qılınc vermək olar. Əksinə, şərtlə danışanları Azərbaycan dövlətinin qanunlarına riayət etməyə çağırmaq və hətta bunu ciddi şəkildə tələb etmək lazımdır.

Əlbəttə, humanitar cəmiyyətə rəhbərlik edən hörmətli Əvəz müəllimlə o zaman razılaşmaq olar ki, Qarabağ erməniləri xunta rejimindən imtina edib və ya onu devirib Xankəndindən qovar, Azərbaycan vətəndaşlığını qəbul edib, azərbaycanlılarla bərabər hüquqda yaşayaraq, istədiyi xarici ölkəyə - Ermənistana, Türkiyəyə istəsələr lap Mozambikə də gedib-gələ bilərlər. Məgər Gürcüstan azərbaycanlıları Azərbaycana gömrük, sərhəd xidmətindən qanuni qaydada keçərək gəlib gedə bilmirlərmi?

Şübhəsiz ki, ermənin irəvanlısına da lənət, qarabağlısına da. Ancaq erməni girovluğundan yenicə azad edilmiş Dilqəm və Şahbazı, eləcə də, hələ bu konflikt yeni başlayanda Xankəndindən qovulmuş şahidləri dinləyəndə adam inanmaq istəyir ki, Qarabağ erməniləri İrəvan ermənilərinə baxanda qismən üzüyoladırlar. Şahidlərin sözlərinə görə Qarabağ erməniləri qorxudularaq, İrəvan ermənilərinin girovuna çevriliblər. Onlar bu separatçılardan azad olmaq istəsələr də, ancaq qorxularından istəklərini dilə gətirə bilmirlər. Şübhəsiz ki, əvvəl-axır nə vaxtsa barış olmalıdır.

Bu üzdən də Əvəz müəllimin qeyd etdiyi birgə yaşayışı təmin etmək üçün, ilk növbədə Şuşada separatçılarla deyil, məhz yerli Qarabağ ermənilərinin baş bilənləri və ya varsa ziyalıları ilə Azərbaycan tərəfindən olan ziyalıların, həm də rəsmilərin görüşü təşkil olunmalıdır. Bu görüşlərdə onları Azərbaycanın qanunları çərçivəsində yaşamalarının daha səmərəli olduğuna inandırmaq, xunta rejimindən canlarını qurtarmaq, onu devirmək üçün yollar göstərmək, hətta şirnikləndirərək müəyyən vəzifələr də söz vermək lazımdır. Doğrudur, bu görüşlər ilk dəfə “bicməramlıların” iştirakı ilə həyata keçirilsə də, amma növbəti görüşləri öz aralarında, üçüncü tərəf olmadan sərbəst şəkildə etmək daha məqsədə uyğun olar. Bütün lazımi təklifləri də məhz ikitərəfli görüşlərdə vermək lazımdır. Çünki hər kəs yaxşı bilir ki, Rusiya tərəfi özünü nə qədər sülməramlı kimi gözə dürtsə də, həqiqətdə onun məramı bu iki xalq arasında heç də sülh yaratmaq deyil. Məlumdur ki, birgəyaşayışın və ya barışın təmin olunması Rusiyanın Dağlıq Qarabağda “missiyasının” başa çatması deməkdir ki, bu da ona heç də sərfəli deyil.

Odur ki, ermənilərə indiki halda Laçınla yanaşı Kəlbəcərdən də əlavə yol vermək yox, yol göstərmək lazımdır...


Mübariz Azərbaycanlı, müstəqil jurnalist

Oxunub: 29

XƏBƏR LENTİ
Dünən, 10:47 Superliqada turun mərkəzi oyununda “Fənərbağça” “Trabzonspor”a qalib gəldi
Dünən, 10:45 Haqqında film çəkilən məşhur mafiyanın başçısı öldü
Dünən, 10:30 Çexiyanın baş naziri və ailəsi ölümlə hədələnib
Dünən, 10:28 Aİ Prezidenti Gürcüstanda səfərdədir
Dünən, 10:17 Bu vaxta qədər maska taxmaq məcburi olacaq - TARİX AÇIQLANDI
Dünən, 10:16 Koronavirusla bağlı son STATİSTİKA
Dünən, 10:14 "Nəşnl İnterest": "Rusiya yeganə ölkədir ki, ABŞ-ı məhv edə bilər"
Dünən, 10:13 Ermənistanı şaiyə bürüdü: “Onik Qasparyanı zərərsizləşdirmək üçün Türkiyədən xüsusi qrup gəlib....”
Dünən, 10:11 Bakıda iki fəhlə köhnə şkafdan 25 banderol DOLLAR TAPDI - "Elə bildik ermənidən qalıb..."
Dünən, 10:10 Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla səfər edə biləcək
26-02-2021, 10:27 İrəvanda parlament binası qarşısında barrikadalar quruldu
26-02-2021, 10:24 Hərbçilərin maaşlarına əlavələr ediləcək
26-02-2021, 10:22 “Xocalı soyqırımının təkrar olunmaması üçün, Dağlıq Qarabağa “səpilən” hər növ toxumun kökü kəsilməlidir”
26-02-2021, 10:20 "Qlobal dəyişikliklərin ölkəmizə təsirinə qarşı adekvat tədbirlər görülməlidir" - 4 TƏKLİF...
26-02-2021, 10:15 Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edib
26-02-2021, 10:06 Ruhları əbədi rahatlığa qovuşan qaradağlı, xocalı, ağdabanlılarım...
26-02-2021, 10:05 Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının BƏYANATI
26-02-2021, 10:03 ABŞ İran hərbi obyektlərinə zərbə endirdi
26-02-2021, 09:58 "Xocalı soyqırımı kimi faciələr unudula bilməz" - Mehriban Əliyeva