Son Dəqiqə

Bu gün, 14:31 - “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”

Bu gün, 14:26 - Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb

Bu gün, 14:23 - DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”

Bu gün, 12:15 - AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib

Bu gün, 11:30 - TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib

Bu gün, 11:00 - XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib

Bu gün, 10:55 - Kamaləddin Qafarov : Qarabağa qayıdış uzaqda deyildir...

Bu gün, 10:00 - Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

Bu gün, 09:30 - Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

Bu gün, 09:00 - Tanınmış bəstəkarın ailəsində ağır itki

Dünən, 13:30 - Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

Dünən, 13:00 - Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb

Dünən, 12:30 - Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı - SƏRƏNCAM

Dünən, 12:00 - Asim Xudiyev Avropa Liqasının oyununda hakim-inspektor olacaq

Dünən, 11:30 - Maksim Musayev Siyavuş Novruzov haqda NƏ DEDİ?..

Dünən, 11:00 - "Melorasiya və Su Təsərrüfatı" Dilqəm Əsgərovun oğluna 149 min maddi ziyan ödəyəcək...

Dünən, 10:30 - İraqda İŞİD rəhbərlərindən biri yaxalandı

Dünən, 10:00 - Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas edilib

Dünən, 09:30 - Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...

Dünən, 09:00 - "Niyə bəzi məmurlar rüşvət alırlar?.." - ƏSAS SƏBƏB...

19-09-2020, 15:20 - COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb

19-09-2020, 15:16 - Könül “Lider”dən getdi

19-09-2020, 14:22 - Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI

19-09-2020, 14:19 - İxtisas seçimi edən abituriyentlərin sayını açıqlandı

19-09-2020, 14:16 - SOCAR prezidenti Azərbaycanın neft hasilatına qoyulan limiti şərh etdi

19-09-2020, 11:00 - Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq

19-09-2020, 10:43 - Abşeronda azyaşlı bağlı qapı arxasında qaldı

19-09-2020, 10:00 - Abşeronda avtomobil 9 yaşlı uşağı vuraraq xəsarət yetirib

GundelikXeber
 Valyuta məzənnəsi

"Leş Tofiq" kimlərə "ultimatum" göndərib?

Tarix:6-12-2019, 20:48

"Leş Tofiq" kimlərə "ultimatum" göndərib?


"Leş" sözü dilimizdə ölmüş heyvan cəsədi mənasını daşısa da əslində bugünkü Azərbaycan reallığında leş daha geniş sahəni əhatə edir. Yəni bütün sahələrdə "leş"lər var: müxalifətdə, iqtidarda, məmurlar arasında, təhsildə, səhiyyədə, mediada və digər sferalarda. Bu gün ölkə başçısı səviyyəsində həyata keçirilən islahatlar, radikal dəyişiklər əslində "leş"lərdən azad olmaq, obrazlı desək cəmiyyəti bu "leş"lərdən, xəstə ünsürlərdən təmizləməkdir. Bu istiqamətdə cənab nazir Vilayət Eyvazov başda olmaqla Daxili İşlər Nazirliyinin sözün geniş mənasında "leş mafiyası"na qarşı həyata keçirdiyi cəsarətli əməliyyat Azərbaycanın müstəqillik tarixində ən uğurlu əməliyyatlardan biridır.Heç bir pafosa yol vermədən bunu tam məsuliyyətimlə deyirəm.

Buna görə, bir Azərbaycan vətəndaşı olaraq şəxsən öz adımdan cənab nazirə və DİN əməkdaşlarına təşəkkür edirəm. Ancaq ortaya xeyli suallar çıxır:

1. Bir gündə mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan 40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkar edilibsə, görün illər uzunu bu dəstə Azərbaycan vətəndaşlarına nə qədər xəstə heyvan cəsədi, at-eşşək əti yedirib? Söhbət 100 tonlardan gedir...

2. Axı bu boyda şəbəkədən bəzi səlahiyyət sahiblərinin necə xəbəri olmaya bilərdi ?

3.Yüz tonlarla xəstə heyvan cəsədini, at-eşşək ətini "əritmək", realizə etmək illər uzunu necə mümkün olub ?

4. Axı, 100 tonları satmaq üçün böyük bir ictimai-iaşə şəbəkəsinə, restoranlara, şadlıq evlərinə, kafelərə, dönərxanalara, uşaq bağçalarına ehtiyac vardı.

Bir daha tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, "leş mafiyası" Hacı Məmmədovun killer şəbəkəsindən qat-qat daha təhlükəli olub. Killer şəbəkəsi 5-10 nəfərin canına qəsd edibsə, "leş mafiyası" yüz minlərlə vətəndaşımızın sağlamlığını məhv edib.

Bəli, dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında rayonlardan mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətlərinin daşınmasını, emal edilməsini, satışa çıxarılmasını təşkil edib.Təəssüf ki, bugünədək murdar, xəstə ət alan restoranların və sahibkarların adları açıqlanmayıb.

Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mediaya deyib ki, “Leş Tofiq”in ifşasına görə Daxili İşlər Nazirliyinə təşəkkür edirəm: "20 ilə yaxındır ki, bu adamlar belə işlərlə məşğul idilər. Mən vaxtilə onların barəsində ölçü götürülməsi üçün dövlət orqanları qarşısında məsələ qaldırmışdım. Lakin ölçü götürən olmamışdı. Ən nəhayət, Daxili İşlər Nazirliyi çox mühüm bir əməliyyat keçirdi. ”Leş Tofiq"i saxlayıblar, indi ondan soruşmalıdırlar - 20 ildir murdar ətləri, at-eşşək ətlərini hansı şəbəkələrə satırdın? Bu çox vacib sualdır və cavabı da geniş ictimaiyyətə açıqlanmalıdır. Əks təqdirdə yeni ”leş tofiqlər" yaranacaq".

NUH.az saytı olaraq metronun Elmlər Akademiyası, Xətai və digər stansiyalar ətrafında fəaliyyət göstərən dönərxanalarda, kefelərdə, iaşə müəssisələrində apardığımız araşdırma zamanı bəlli oldu ki, “Leş Tofiq”in həbsindən sonra həmin iaşə müəssisələrində ət yeməklərinin, o cümlədən dönər və pizzanın qiymətləri xeyli qalxıb. Bir daha qeyd edirəm ki, ölkə ictimaiyyəti "leş mafiyası" ilə mübarizədə Daxili İşlər Nazirliyinin işinə dəstək verməlidir.

Sonda onu bildirək ki, NUH.az-a daxil olan məlumata görə, Leş Tofiq həbsxanadan onunla şərik olan kafe, dönərxana, restoran sahiblərinə "ultimatum" göndərib ki, mənim azad olunmağıma kömək edin, yoxsa "açacam sandığı tökəcəm leşləri". Redaksiyamıza daxil olan digər məlumata görə, Leş Tofiqin şantaj etmək istədiyi iş adamları arasında “Buyukfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Buyukfırat da var. Bunu araşdırmaq artıq bizim səlahiyyətimiz və imkanlarımız daxilində deyil. Qoy müvafiq orqanlar məsələyə aydınlıq gətirsin.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli

Oxunub: 226

XƏBƏR LENTİ
Bu gün, 14:31 “Prezident İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı bəyanatı çox güclü dəstək ifadə edir”
Bu gün, 14:26 Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb
Bu gün, 14:23 DİM: “Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb”
Bu gün, 12:15 AÇG və "Şahdəniz" istismara veriləndən indiyədək 546 mln. tona yaxın neft hasil edilib
Bu gün, 11:30 TANAP-la indiyədək 6,7 mlrd kubmetr qaz nəql edilib
Bu gün, 11:00 XİN-in həbsdə olan idarə rəisi məhkəməyə müraciət edib
Bu gün, 10:55 Kamaləddin Qafarov : Qarabağa qayıdış uzaqda deyildir...
Bu gün, 10:00 Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi
Bu gün, 09:30 Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
Bu gün, 09:00 Tanınmış bəstəkarın ailəsində ağır itki
Dünən, 13:30 Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb
Dünən, 13:00 Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb
Dünən, 12:30 Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı - SƏRƏNCAM
Dünən, 12:00 Asim Xudiyev Avropa Liqasının oyununda hakim-inspektor olacaq
Dünən, 11:30 Maksim Musayev Siyavuş Novruzov haqda NƏ DEDİ?..
Dünən, 11:00 "Melorasiya və Su Təsərrüfatı" Dilqəm Əsgərovun oğluna 149 min maddi ziyan ödəyəcək...
Dünən, 10:30 İraqda İŞİD rəhbərlərindən biri yaxalandı
Dünən, 10:00 Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas edilib
Dünən, 09:30 Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...