Son Dəqiqə

10-06-2021, 10:55 - Kamaləddin Qafarov: “Yeni reallıqlar Türkiyə və Azərbaycanın əməkdaşlıq perspektivlərini daha da genişləndirib”

8-06-2021, 11:56 - AHİK mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı 78 beynəlxalq təşkilata müraciət edib

7-06-2021, 20:50 - Azərbaycan Türkiyə arasındakı iqtisadi münasibətlər coğrafiyasını genişləndirir

5-06-2021, 10:28 - AHİK İcraiyyə Komitəsi bəyanat yayıb

31-05-2021, 15:04 - Aqiyə Naxçıvanlı: Dövlətimizin başçısının Ağdama səfəri ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin yeni mərhələsinə start verildi

31-05-2021, 11:15 - Qardaşlıq bağlılığımızı daha da sıx edən əməkdaşlıq

28-05-2021, 10:14 - Azərbaycanda Respublika Günü qeyd edilir

25-05-2021, 11:37 - Polis əməliyyat keçirdi - Silahlı şəxs tutuldu (FOTO)

25-05-2021, 11:00 - Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO

25-05-2021, 10:46 - Göygöldə karantin qaydaları pozulur, polis fəaliyyətsizdir-FAKT

24-05-2021, 14:46 - Daha bir direktora cinayət işi AÇILDI

24-05-2021, 14:45 - “Bunun nəticələri 44 günlük müharibədən daha dəhşətli olacaq” - Əli Mənsimli

24-05-2021, 14:42 - Putin Lukaşenko ilə Soçidə görüşəcək

24-05-2021, 14:37 - Səttar Möhbalıyev: “Azərbaycan Cənubi Qafqazda transmilli enerji və logistik layihələrin uğurla həyata keçirilməsini təmin edə biləcək əsas regional oyunçudur”

24-05-2021, 14:35 - Son sutkada neçə nəfər peyvənd olunub?

24-05-2021, 14:33 - İtaliyada funikulyor qəzası baş verib, ölənlər var

24-05-2021, 14:32 - Moskva aeroportunda bomba həyəcanı

21-05-2021, 12:00 - İlham Əliyev: “İranla sərhədimizi tam bərpa etdik”

21-05-2021, 11:30 - Həsən Ruhani: "İrana qarşı sanksiyalar ləğv ediləcək"

21-05-2021, 11:00 - AZAL hüquq-mühafizə orqanlarına müraciət edib

21-05-2021, 10:30 - İlham Əliyev: "İsrail və Azərbaycan diasporları münasibətlərimizin inkişafına mühüm töhfələr verirlər"

21-05-2021, 10:00 - Qənirə Paşayeva Xalq şairi Sabir Rüstəmxanlını yubileyi münasibəti ilə təbrik edib

21-05-2021, 09:30 - Dövlət başçısı: "Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir"

21-05-2021, 09:00 - “Rusiya ondan nəsə qoparmaq istəyənlərin “dişlərini qıracaq”” - Putin

21-05-2021, 08:30 - “Bu, asan olmayacaq” - Prezident

21-05-2021, 08:00 - Səməd Səmədovun bacısı və baldızı koronavirusdan vəfat edib

20-05-2021, 14:59 - Qurban Qurbanov: “Hər zaman uğur əldə etmək olmur”

20-05-2021, 14:47 - Azərbaycan paralimpiyaçısı Avropa çempionu oldu

GundelikXeber
 Valyuta məzənnəsi

Yoxsulluğun ləğvinə ayrılan milyonlar: Necə xərclənəcək?

Tarix:12-12-2019, 10:32

Yoxsulluğun ləğvinə ayrılan milyonlar: Necə xərclənəcək?


Dünya İqtisadi Forumunun (DİF) hesabatına görə, 2019-cu il üçün Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir.

DİF-nin Azərbaycanda işsizliyin 5 faiz olması barədə məlumatı Prezident İlham Əliyevin ilin əvvəlində Nazirlər Kabinetinin ilin yekunlarına dair iclasında dediklərilə üst-üstə düşür. İşsizlik səviyyəsini daha da aşağı endirmək üçün Azərbaycan hökuməti Dünya Bankı ilə növbəti layihəyə başlayacaq.

Belə ki, Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında məşğulluğun dəstəklənməsi layihəsinin həyata keçirilməsi üçün 100 milyon dollar məbləğində kreditin ayrılmasına dair danışıqlar son mərhələdədir.

Məlumat üçün bildirək ki, DB məşğulluğun dəstəklənməsi layihəsinin reallaşdırılmasına 100 milyon dollar ayırmağı planlaşdırır. DB-nin Direktorlar Şurası bu layihə üçün kreditin ayrılmasını 2020-ci ilin birinci rübündə təsdiqləyəcəyi planlaşdırılır. Layihə Azərbaycan əhalisinin iş axtaran həssas qrupları: gənclər, qadınlar, məcburi köçkünlər, əlillər və təhsil səviyyəsi aşağı olan insanlar arasında məşğulluqla bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəldilib. Maraqlıdır, bu vəsait məşğulluq proqramını həyata keçirən qurumların fəaliyyətindəki problemlərin aradan qaldırılmasına necə yardım edəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu da öncədə ayrılan vəsaitlər kimi, dövlət qurumları arasında bölüşdürülüb sadəcə formal layihənin həyata keçirilməsinə sərf olunacaqsa, ciddi bir effekti olmayacaq:

“Dəfələrlə açıqlamalarımız olub ki, məşğulluqla bağlı xüsusi dövlət proqramı qəbul olunmalıdır. Bununla bağlı müəyyən işlər görülüb, amma bugünə qədər konkret zaman və hədəflər açıqlanmayıb. Hədəflərə çatmaq üçün də addımların yol xəritəsi olmalıdır. Ayrılan 100 milyon dollar isə kifayət qədər böyük məbləğdir. Bu məbləğ kiçik və orta sahibkarlığın inkişafına, əsasən də regionlarda “hom hotel”lərin yaradılması, müəyyən aqrar layihələrin təşkilinə sərf olunsa, təbii ki, effekt verə bilər. Amma çox təəssüf ki, bugünə qədər bu tipli layihələrin həyata keçirilməsindən sonra hökumət tərəfindən ortalığa bir hesabat qoyulmayıb ki, ayrılan vəait hesabına nə qədər iş yeri yaradılıb, nə qədər əlavə dəyər olub, nə qədər məhsul istehsal olunub, bu layihənin payı ixracatda nə qədər olub, daxili bazarda bu tipli layihələrin həyata keçirilməsi ilə nə qədər vəsait əldə olunub.

Hökumətin bu məsələ ilə bağlı detallı hesabatı yoxdur. Ona görə də düşünürəm ki, bu çox vacib layihədir. Ciddi şəkildə düşünlülməli və vəsaiti məşğulluğun inkişafına, yeni iş yerlərinin yaradılmasına sərf etmək mümkündür. Sadəcə olaraq, buna doğru-dürüst yanaşmağa ehtiyac var. Bu məsələ elmi şəkildə, yol xəritəsi, addımları, zamanlaması, hədəfləri bəlli olan bir layihə kimi getməlidir. Dünya Bankı da ən azından bunu nəzərə almalıdır. Çünki Azərbaycan hökumətindən danışıqlar zamanı vəsaitin hər qəpiyinin hara xərclənəcəyi göstərilməlidir. Yoxsa bu da bundan öncəki layihələr kimi qapalı qalacaqsa, bunun da ciddi effekt verəcəyi sual doğurur”.

N.Cəfərli qeyd edib ki, özünüməşğulluğun əsas sahələrindən biri də turizmdir: “Azərbaycan turizmi inkişaf etdirmək istəyirsə, bu məsələyə də baxa bilər. Bundan öncə səhv bir yanaşma oldu ki, əvvəldən elitar turizm anlayışını ortaya qoydular. 4-5 ulduzlu hotellərin tikilməsi və istifadəyə verilməsi önə çəkildi, prioritet elan olundu. Bu isə müasir turist profilinə uyğun deyil. Müasir turist daha ucuz, səliqəli evlərdə və ya hostellərdə qalmağa üstünlük verir. Bakıda barmaqla sayılacaq qədər hostellər, “Home hotel”lər var. Amma təkcə Tbilisidə 700-dən çox hostelin, “Home hotel”in olduğu ilə bağlı statistik məlumat var. Özünüməşğulluğun belə bir vacib sahəsinin inkişaf etdirilməsi üçün Bakıda kifayət qədər şərait var. “Home hotel”lərin açılması bir ailərinin gəlir əldə etməsinə çıxış imkanı vermək üçün çox maraqlı və effektli üsuldur. Dünyanın bir çox turizmi inkişaf etdirən ölkələrində bu özünü doğruldan bir yanaşmadır. Bakı şəhərində də bu yolla müəyyən iş yerlərinin yaradılması üçün potensial var”

Oxunub: 251

XƏBƏR LENTİ
10-06-2021, 10:55 Kamaləddin Qafarov: “Yeni reallıqlar Türkiyə və Azərbaycanın əməkdaşlıq perspektivlərini daha da genişləndirib”
8-06-2021, 11:56 AHİK mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı 78 beynəlxalq təşkilata müraciət edib
7-06-2021, 20:50 Azərbaycan Türkiyə arasındakı iqtisadi münasibətlər coğrafiyasını genişləndirir
5-06-2021, 10:28 AHİK İcraiyyə Komitəsi bəyanat yayıb
31-05-2021, 15:04 Aqiyə Naxçıvanlı: Dövlətimizin başçısının Ağdama səfəri ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin yeni mərhələsinə start verildi
31-05-2021, 11:15 Qardaşlıq bağlılığımızı daha da sıx edən əməkdaşlıq
28-05-2021, 10:14 Azərbaycanda Respublika Günü qeyd edilir
25-05-2021, 11:37 Polis əməliyyat keçirdi - Silahlı şəxs tutuldu (FOTO)
25-05-2021, 11:00 Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
25-05-2021, 10:46 Göygöldə karantin qaydaları pozulur, polis fəaliyyətsizdir-FAKT
24-05-2021, 14:46 Daha bir direktora cinayət işi AÇILDI
24-05-2021, 14:45 “Bunun nəticələri 44 günlük müharibədən daha dəhşətli olacaq” - Əli Mənsimli
24-05-2021, 14:42 Putin Lukaşenko ilə Soçidə görüşəcək
24-05-2021, 14:37 Səttar Möhbalıyev: “Azərbaycan Cənubi Qafqazda transmilli enerji və logistik layihələrin uğurla həyata keçirilməsini təmin edə biləcək əsas regional oyunçudur”
24-05-2021, 14:35 Son sutkada neçə nəfər peyvənd olunub?
24-05-2021, 14:33 İtaliyada funikulyor qəzası baş verib, ölənlər var
24-05-2021, 14:32 Moskva aeroportunda bomba həyəcanı
21-05-2021, 12:00 İlham Əliyev: “İranla sərhədimizi tam bərpa etdik”
21-05-2021, 11:30 Həsən Ruhani: "İrana qarşı sanksiyalar ləğv ediləcək"