Son Dəqiqə

Bu gün, 13:29 - “Qadınlar batalyonuna yalvarırdım ki, məni də tibb bacısı kimi cəbhəyə aparın...”

Bu gün, 13:26 - Şuşada Yuxarı Gövhər ağa məscidinin tarixi saxtalaşdırılır -

Bu gün, 13:25 - Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi davam edir

Bu gün, 13:14 - Düşmənin daha iki tankı məhv edildi - VİDEO

Bu gün, 13:10 - "Siyasi partiyaların birgə bəyanatı milli birliyimizin bariz nümunəsidir"

Bu gün, 13:09 - "Təcili tədbirlər paketi hazırlanmalı və kompleks işlər görülməlidir" - TƏKLİF

Bu gün, 13:08 - “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil” - Müdafiə Nazirliyi

Bu gün, 12:59 - “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı

Bu gün, 12:56 - Ermənilər İTV-nin maşınına atəş açdı - Avtomobil YANIR

Bu gün, 11:57 - Baş Prokurorluq ermənilərin yaraladığı sakinlə bağlı cinayət işi başladı

Dünən, 20:33 - Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”

Dünən, 20:29 - "Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır"

Dünən, 20:24 - C.Əhmədov: “İlahi, Səni itirən nəyi tapdı, Səni tapan nəyi itirdi?”

Dünən, 20:23 - Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içində

Dünən, 16:24 - Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub - RƏSMİ

Dünən, 16:16 - Ermənilərin açdığı atəş nəticəsində 2 məktəbli həlak olub - Rəsmi

26-09-2020, 14:33 - Yeni stadion kimə mane olur?

26-09-2020, 12:44 - Ağsu şəhər Mədəniyyət və İstirahət parkı abadlaşdırılır - fotolar

26-09-2020, 08:40 - Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb

26-09-2020, 08:39 - AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir

25-09-2020, 13:48 - Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM

25-09-2020, 13:20 - İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA

25-09-2020, 11:00 - Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - Başqa şirkət yox idimi?

25-09-2020, 10:30 - Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?

25-09-2020, 10:00 - İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA

25-09-2020, 09:30 - "Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ

25-09-2020, 09:00 - "Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək"

24-09-2020, 13:00 - Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”

GundelikXeber
 Valyuta məzənnəsi

TÜRKÜN 4 FƏSİL BAYRAMLARI - Nüşabə, Növrəstə, Novruz, Nübar

Tarix:18-03-2020, 13:51

TÜRKÜN 4 FƏSİL BAYRAMLARI - Nüşabə, Növrəstə, Novruz, Nübar

3-ü unudulub, birinin də yeri səhv düşüb




gundelikxeber.az Hurriyyet.org-a istinadən bildirir ki, qəzetin yazarı, “Hürriyyət” qəzetinin Türkiyə təmsilçisi Sevil Ünal Hilalqızı Türkiyədən yayınlanan Türkün Harayı (www.haray.net) radiosunun ünlü aparıcısı Fatma Çingizə müsahibə verib. “Türkün bayramları” mövzusu Türk dünyasında böyük maraq çəkib. Əməkdaşımızla olan müsahibəni təqdim edirik.

Oğuz ellərinin mənəvi dəyərlərinin təbliği üçün burdayıq




- Sevil xanım, öncə özünüzü təqdim edin, lütfən.

- Öncə proqramınızın heyətinə təşəkkür eləyirəm. Fatma xanım, siz proqramlarınızdan birində Günəşin 82 ləhçədə danışan oğulları dediniz. Radioproqramınız vasitəsilə siz 82 ləhçədə danışan Türk xalqlarını bir araya gətirib türk mənəvi birliyinə xidmət edirsiniz. Bu gözəl işiniz Türk dünyası için xeyirlərə vəsilə olsun. Sizə cansağlığı, başarılar diləyirəm.

Özümü tanıtmağa gəlincə 49 yaşındayım. Azərbaycan Neft və Sənaye Universitetinin məzunuyam. Amma neft mənbələriylə bağlı bəzi önəmli bilgilər aldığım səbəbindən məsləyim üzrə çalışmamağa qərar verdim.

Necə qəzetçi oldum?! Mən təhsilə çox önəm verən bir ailədə böyüdüm. Mərhum atam mühəndis idi. Özü dəyər verdiyi elmi və bədii ədəbiyyatları oxumağı sevərdi deyə, bizə də bunu alışdırmışdı. Rəhmətlik nənəmin evi bir zamanlar zatən kitabxana olmuşdu. Mən onun bayatılarıyla böyüdüm. Ən önəmlisi dayılarım qəzetçidir. Onların mənə çox etkisi oldu. Uşaqlıqda şerlər, hekayələr yazardım.

Ama peşəkar jurnalistikanı uzun müddət çalışdığım “Yeni Müsavat” gəzetində Azərbaycanın ünlü yazarı Böyükkişi Heydərli məktəbində öyrəndim.

2010-cu ildə Azərbaycanda Türkiyə vətəndaşı Abdullah Ünalla evləndik. O da həqiqi Türkçüdür. Hətta bir zamanlar İstanbul Texniki Üniversitetini yarıda buraxıb həyatını Ülkücü hərəkatına, Türkçülüyə bağlayıb. Hazırda biz Ankarada yaşayırıq. İç Anadoludan Oğuz ellərinin mənəvi dəyərlərinin təbliği üçün burdayıq.


“Türk” kəliməsi “dürr” sözündəndir, açması…




- Sevil xanım, siz bizimlə söhbətinizdə Türkün çox çox keçmişə dayanan 4 əsas bayramı olması haqqında düşüncələr olduğunu dediniz. Bu hansı bayramlardır?

- Bəli. Türk qövmü bir zamanlar 4 mövsümü – qışı, baharı, yayı, payızı Nüşabə, Növrəstə, Novruz, Nübar olaraq kutlamasıdır. Amma bu məlumatı hansı qaynağa istinad etməmi söyləməzdən öncə cağımızda hələ də aktual olan Türk kimdir konusuna bir aydınlık gətirilməsini istərdim.

Türklük, Turançılıq ideologiyası ilə bağlı Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ziya Göyalp, Yusuf Akçuri, İsmayıl Gaspralı, Nihal Atsız kimi böyük fikir adamlarının zamanla çox xidmətləri olub. Hamısını buradan sayğıyla anırıq.

Amma çağımızda da Türklüklə bağlı Azərbaycanın böyük fikir adamlarının ilginç düşüncələri var. Yaxın keçmişimizdə Azərbaycanda tüm elimlərin cəmi olan irfanı, dünya fəlsəfəsini, teosofiyanı, bütün mənəvi dəyərləri özündə toplayan Quran və Nizami Məktəbi fəaliyyətdə olub. O məkəbin əsas simalarından biri, Yazıcı Qor imzası ilə tanınan Azərbaycanın ustat yazarı Böyükkişi Heydərli “Türk” kəliməsinin açmasını belə verib: “türk” “dürr” sözündəndir. Anlamı ən təmiz, qoşa su deməkdir. Dürr yəni duru, saf, təmiz və ikili hayati başlangıc. Yəni Türkün mayası təmizlikdən, halallıqdan yoğrulub. Bəzi yazılarında ikili dürdanə kəliməsini yazıb: Türkün bazisi, özülü ikili dürdanə üstündədir deyər. Yəni dilindən, dinindən, irqindən asılı olmadan dünyamızda insanın başlanğıcı Türklədir.

Nizamişünas bilim adamı Əkrəm Şamxalov da Nizaminin farsça şerlərində Türk –Dürr-abu kövsər suyu müqayisəsinin olduğunu yazıb.

4 mövsüm bayramından biri kutlanır, üçü unudulub



O məktəbi özlərində daşıyan və yaşadan böyük fikir adamlarından kimsə həyatda deyil. Amma o insanlardan dəyərli yazılar, düşüncələr, tövsiyələr qaldı. Bu tövsiyələri də yaymaq bizə düşər, araşdırmaq bilim insanlarına. O düşüncələrdən biri də Türk oğlunun doğayla necə iç içə olduğunu bəlli edən 4 astronomik olaydır.

Quran və Nizami Məktəbinə görə bu 4 fəslin, 4 mövsümün gəlişini Nüşabə, Növrəstə, Novruz, Nübar ismiylə qədim Türk qövmü bir zamanlar kutlayıb. Amma çağımızda bunlardan yalnız 21 Martı bəzi Türk xalqları bayram edirlər, diğərləri unudulub. Və bununla bərabər təbiətlə bağlı önəmli tədbirlər də yaddan çıxıb. İlk bahar bayramı isə necə deyərlər, kontekstinden çıxarılıb. Bu bayramla bağlı da çox mübahisəli düşüncələr, gərəkən, gərəkməyən ayinlər də bəzən çaşqınlıq yaradır.

İlin 4 mövsümündə 4 sükun məqamı var. Sükun məqamı, yəni gecə gündüz bərbərliyi, yaxud gecənin qısalıb gündüzün uzanması və ya bunun əksi prosesidir. Quran və Nizami məktəbinə görə, ilin dördlü sükun məqamlarından birincisi qışın girdiyi andır. Qış sükun məqamına Nüşabə, ilk bahar sükun məqamına Növrəstə, yaz sükun məqamına Novruz, son bahara isə Nübar deyərlər. Ən önəmlisi isə astronomik gözləmlərdə də bu an bəlli edilər və bilgələrin tövsiyəsi ilə hər mövsümdə gərəkən işlər yapılarmış.

“Ən uzun gecə və ən uzun gündüzü qeyd edərdik”



- Bayram gəlməzdən öncə hansı hazırlıkları yapar türklər?

- Azərbaycanda bu 4 bayramdan yalnız ilk Bahar bayramı rəsmi olaraq kutlanır. Bizdə bu bayram Novruz ismiylə məşhurdu. Ama son illər Ergenekon bayramı adıyla da mediada yayınlanır. 21 dekabr Azərbaycanın bəzi bölgələrində kutlanardı. Misal üçün Naxçıvanda cillə gecəsi adıyla qeyd olunur. Ama son zamanlar 21 dekabr Türklük bayramıdır deyə sosial şəbəkələrdə çox yazılar da yayınlandı.

4 mövsümlə ilgili Qarabağda bəzi ailələrdə bayram havası yaşanırdı. Mən Qarabağdanam. Məsələn, rəhmətlik nənəm 21 iyunda plov bişirtdirərdi. “Bu gün yay girdi, bu gün ən uzun gündür” deyirdi. 22 ya 23 sentyabrda “Ay bədirləndi, payız gəldi” deyərlərdi. Anam özəl olaraq o gün üçün şirniyyat hazırlardı. 21 dekabrda “qış qapını kəsdirdi, bu gecə ən uzun gecədi” deyib nənəm saxlancında olan nar, daş armud, qovun, qarpız, ceviz, şabalıd süfrəyə düzərdi.

Amma təbii ki ən təntənəli bayram hazırlıqları 21 martda olurdu və yenə də 20, 21 mart uşaqların da, böyüklərin də çox sevdiyi bayramdır. Bu bayrama hazırlıqlar üçün öncədən evlər, həyət bacalar təmizlənir, bayram günü üçün evə öncədən ehtiyat ərzaqlar alınır. İmkanı olan ailələr də bayram qutlaması üçün yeni geyimlər, yeni əşyalar alırlar.

4-ü “Oğru Çərşəmbə”, 4-ü “Doğru Çərşəmbə”…



- Bu hazırlıqlar bayramdan neçə gün öncə başlar?

- İlk bahar bayramına hazırlıqlar Azərbaycanda 4 həftə öncədən başlar. 4 çərşəmbə, yəni ikinci gündən üçüncü günə keçən gecə sabaha qədər bayram edilərdi.

Bu arada çərşəmbələrlə bağlı dartışılan çox düşüncələr var. Hər bilim adamı bir versiya səsləndirir. Bəzi qaynaqlarda 4 “Oğru Çərşəmbə”, 4 “Doğru Çərşəmbə”, toplamda 8 Çərşənbənin bir zamanlar kutlandığı yazılır. Bəzi mənbələrdə “Yalancı Çərşəmbə”, “Xəbərçi Çərşəmbə”, “Qara Çərşəmbə”, “İlaxır Çərşəmbə” isimləri var. Bəzi mənbələrdə 90-cı illərdə Folklor uzmanı, bilim adamı mərhum Azad Nəbiyev kitabında bu isimləri Su Çərşəmbəsi, Od Çərşəmbəsi, Yel Çərşəmbəsi və Toprak Çərşəmbəsi olaraq sıralayıb tanıtmağa başladı. Amma yenə də bu konuda folklorcu alimlərin müzakirələri davam edirsə də, təəssüf ki, bu konuya konkret bir aydınlık gətirən yoxdur.

Cəmrə havaya düşdü…



- Yel çərşəmbəsi nə deməkdir? Nədən bu günə yel çərşəmbəsi deyilir? Bu çərşəmbədə hansı işlər görülər?

- Azərbaycanın bəzi bölgələrində Birinci Çərşəmbədə “Cəmrə suya düşdü” deyilir. Cəmrə yəni sıcaqlıq. Ərəbcədən anlamı qor, atəş deməkdir. Türkiyədə də bu deyimlər var. “Cəmrə suya düştü”, “Cəmrə torpağa düşdü” deyilir. Deyilmi?

- Bəli.

- Yel çərşəmbəsi həmin “cəmrə havaya düşdü” olayıdır. Yel yəni, rüzgar, hava anlamındadır, bilirik. Bu çərşəmbə də bizlərdə məzarlıqları ziyarət edib dünyasını dəyişənlər anısına ehsanlar paylamaq və süfrəyə türlü türlü nemətlər qoymaqla kutlanır.

Qoğal Günəşə, şəkərbura Aya, paxlava ulduza bənzədilib


- Bahar bayramından öncə adaxlı qızlar və oğlanların ailələrində nə işlər görülər?

- Bizlərdə bahar bayramında nişanlı qızlara oğlan evi tərəfindən bər-bəzəkli özəl bayram kutularında ən dəyərli hədiyyə aparılır. Bayram şirniyyatları bişirilir. Əqrəbalar bir araya gəlib şənlik eləyər, sevinir, əylənirlər.

Bu arada Azərbaycan qadını bizlərdə çox məşhur olan qoğal, şəkərbura, paxlava bişirərlər. Bu bişmələri formasına görə Günəşə, Aya, ulduza bənzədir. Bu Türk qadınının nə qədər kainata bağlı olmasının sübutudur.

Çağdaş bayramlardan ən çox tacirlər yararlanır



- 4 bayramı var türkün dedik. Bu 4 bayram arasındakı fərqlər nələrdir?

- Türkün bayramı deyərkən illa ki, bu 4 doğa olayının yalnız Türklərə məxsus olduğunu demirik. Zatən bilginlərin fikirlərinə görə insanlığın başlangıcı Türklədir. Türk oğlu bir zamanlar doğadakı prosesləri incələyib dəyərləndirdiyi səbəbindən sağlam və uzun ömür yaşayıb.

Mənim düşüncəmə görə indi bayramlar həddən artıq məsrəflərə səbəb olur. Təəssüf ki, günümüzdə bayramlar daha çok tacirlərin, biznes adamlarının işinə yarayır. Bayramları bəhanə gətirib bahalıq yaradırlar.

Doğaya dəyər vermək, sevgi, şəfqət və barışı bayrama dönüştürmək



Halbuki bu kutlamaların ən önəmli özəlliyi doğaya dəyər verməklə həm də yardımlaşma, sevgi, şəfqət və barışı bayrama dönüştürməkdir.

İndi insanların pozitiv enerjiyə ehtiyacları günbəgün artır. Çünki çevrəmizdə internetdə, sosyal ağlarda, televizyonlarda şiddət, qavga, vurdulu-qırdılı olaylara daha çox yer ayırırlar. Toplumda da hər gün bu olaylar müzakirə olunur. Həm də bu səbəbdən insanlar gərgindir, aqressivdir sinirlidir. İnsanların sevinməyə, sevilməyə, şənlənməyə çox ehtiyacı var. Bu baxımdan bayram etmək əlbəttə önəmlidir. Amma bu Türk insanın yönünü doğaya çevirməsi ilə mümkündür. Mənasını dərk etmədiyimiz ayinləri icra etməmiz şərt deyil. Bu ayinlər nədən icra olunur, faydaları nələrdir. Bütün bunları bilgələr, həqiqi bilim adamları araşdırıb, öyrənib topluma anlatmalıdır. Ama elmi dərəcə almaq, şan şöhrət üçün qalın qalın kitablara saçma sapan şeyler yazmaqla bu iş olmaz. Oxuyursan zamanına, gözlərinə yazıq.

Bu gün çox gənclər hər bir işin mənasını, fəlsəfəsini anlayaraq icra etmək istəyirlər. Və nə yaxşı ki, bu belədir. Bu günün gəncləri modern bayram sorağındadırlar.

Torpaq da, su da, hava da, Günəş də canlıdır



O 4 mövsüm bayramında ətraf mühiti təmizləmək, hər mühitə uyumlu ağaç əkmək, təbiəti qoruyan kampanyalar başlatmaq, organik məhsul becərən kəndliyə dəstək vermək daha gözəl omazdımı? Çünkü biz təbiətə nə qədər dəyər versək, təbiət də, yəni torpaq da, su da, hava da, Günəş də bizə o qədər pozitiv enerji verir. Çünkü bu 4 unsur canlıdır.

İsgəndəriyə, Bağdad kitabxanalarında Türklərlə bağlı qiymətli bilgilər yandırıldımı?

Bu bayramların fərqinə gəlincə, təbii ki, fərq var. Bir zamanlar hər mövsümün əlbəttə fərqli ayinləri olub. Amma günümüzə çok az bilgi ulaşıb. Biz bilirikmi İsgəndəriyə və ya Bağdad kitabxanalarında Türklərlə bağlı nə qədər qiymətli bilgilər yandırıldı? Bilmirik. Yaxud Almaniyanin Drezden Müzeyində Türklərin ən böyük dəyəri olan “Kitabi Dədə Qorqud” nədən Türklərdən gizlədilir? Bütün bunları inələmək bilim insanlarına düşər.

Nüşabə-dirilik suyu, Növrəstə-yeni bitən, Novruz- Günəş işığı, Nübar-yeni bar



- Nüşabə bayramı dediniz. Bu bayramın özəlliyi nədir?

- Nüşabə adının anlamı dirilik suyu, hayat suyu deməkdir. Bengü su haqqında Türkiyədə çox əfsanələr var. Bu suyu içən ölümsüzlük qazanır, filan. Yəni Nüşabə də eyni anlamdadır. Əlbətdə əfsanələr də heçdən yaranmır. Bu bilgiləri arxivlərdən üzə çxarmaq folklor uzmanlarının işidir. Əslində Nüşabə, Növrəstə, Novruz ve Nübar haqqında bilgilər bizə də yenidir. Burada mənə danışma fürsəti verdiyiniz için Sizlərə çox təşəkkür eləyirəm və buradan bütün Türk dünyasına səslənirəm. 4 fəsildə qeyd olunan Nüşabə, Növrəstə, Novruz və Nübar haqqında duyduğunuz bir bilgi varsa, lütfen, paylaşın.

Bahar bayramının Cılgayak, Əkin, İlkyaz, Ulus Günü, Təzə il adları



- Novruz və Növrəstə aynı bayrammıdır, yoxsa ayrıdır? Növrəstə və Novruz isimlərinin anlamı nədir?

- Başda söylədim, bilginlərimiz İlk baharın gəlişini Növrəstə, yayın gəlişini Novruz olaraq yazıblar. Növrəstə isminin anlamı “yeni bitən” deməkdir. Növrəstə bahara yaraşan bir isimdir. Təsəvürrə güllük, gülüstanliq gəlir. Növrəstə Azərbaycanda yaygın qadın ismidir.

Azərbaycanda 21 iyundan başlayan mövsüm yaz değil yay olaraq tanınır. Bizdə ilk bahara yaz, son bahara da payız deyili. Yəni məntiqlə yanaşarsaq bir zamanlar insan oğlunun 21 İyunda qeyd etdiyi Novruzu yanlış olaraq 21 marta sürüşmüş olduğunu təxmin etmək olar. Novruz isminin anlamı “Günəş ışığı” deməkdir, farsça “Yeni gün” anlamıyla bir əlaqəsi yox. Farsca “Yeni gün” “Ruzıno”dur. Bu arada Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovbu mövzunu daha yaxşı bilir. Həsən Həsənov Zərdüştlüyü araşdıran Meri Boysa istinadla söyləyir ki, Zərdüştlərdə 6 bayram var, amma o bayramlar arasında Novruz ismi yoxdur.

Mən bir az araşdırdım Güney Azərbaycan və Quzey Azərbaycan Türkləri İlk Bahar bayramına Novruz ismiylə qeyd edirlər. Altay Türkləri Cılgayak bayramı, Başgurd Türkləri Əkin Bayramı, Gagavuzlar İlkyaz, Qazax Türkləri Ulus Günü, Türkmənlər Təzə il adlariyla bayram eləyirlər.

- Nübar bayramı nədir, nə deməkdir?

- “Nübar”ın anlamı “yeni bar” deməkdir, yani ilk çıxan səbzə, meyvə. Diğər 3 bayram kimi Türklər bu bayramda da rituallarla Tanrını anarmışlar.

“Nartuğan”, “Qızılgünəş”, “Dolunay” nədən unudulub?


- Bu bayramların başqa isimləri varmı?

- Var. Türklər 21 dekabrı Nartuğan, Nardoğan bayramı olarak kutlarmışlar. “Nar” “Günəş”, “tuğan” da “doğuran qadın” anlamındadır. Ama bu isimdə bayram populyar deyil, unudulub. Nar Azərbaycanda bəzən Günəşə bənzədilir və bizdə əsas simvollardan biridir nar. Məsələn, 21 dekabrda Naxçıvanda mütləq süfrədə nar kəsilərmiş. Və bir də 21 dekabr İsəvilikdə “Novıy qod”, “Yolka ağacı” bayramı kimi kutlanır.

İlk bahar bayramıyla bağlı zatən yuxarıda sadaladım.



21 iyunla bağlı bəzi mənbələrdə Türk Dünyasının “Qızıl Gün”, “Qızıl Gunəş” bayramı olaraq bayram olunmasına rast gəldim. Türklərin ümumiyyətlə, Günəşə tapınması haqqında çox məlumatlar var. Türk kültürünə görə, yayın gəlişini müjdələyən bu gün eyni zamanda insan enerjisinin ən yüksık səviyəyə çıxığı gündür. Ama bu bayram da təəssüf ki, yaygın deyil.

Təbiətin dördüncü sükun anı Nübarın başqa adla bayram edilməsinə gəlincə bəzi qaynaqlarda 23 sentyabrı bəzi Türkdillli xalqlar “Tengriçi Ay”, “Dolunay Bayramı” adıyla kutlamalarına rast gəldik.

Türkoloq Yusuf Özqara da Türkün 4 mövsüm bayramı olduğunu təsdiqlədi



Yeri gəlmişkən, türkoloq alim Yusif Özqara da sizin proqramlardan birində Türkün 4 mövsüm bayramı olduğunu, bunlardan 3-nün unudulub, yalnız birinin bayram olaraq qeyd olunduğunu təsdiqləmişdi. Sayın türkoloq alimimizlə bu mövzunu bir daha müzakirə edəcəyik.

Bir zamanlar insanlar bu 4 doğa hadisəsəni dərk edərək təbiətə münasib olmuşlar. Təəssüf ki, çağımızda əksərimiz doğaya arxa çevirib.

Terror təşkilatları hər il Novruz qana bulamağa cəhd edirlər



Əksər gənclər bu bayramın modernləşməsinin, reform olunmasının tərəfdarıdır. Baharın gəlişi şərəfinə tonqal çatıb ətrafı yaxıb-yandırmaq, təbiətə və insanlara zərər vermək çağımızla səsləşmir. Mən xatırlayıram Bakının əsas simvolu olan tarixi abidəmiz Qız Qalasının başında tonqal qalanması səbəbindən bir zamanlar o cür dəyərli abidə zərər görmüşdü. Hər il Novruz tonqalından atılarkən nə qədər uşaq yanıq yarası alır.

Həm də məntiqini, mənasını anlamadan rituallar icra edildikdə Türkü sevməyənlər bundan pis məqsədlər üçün istifadə eləyir. Məsələn, terror təşkilatları Türkiyədə Novruzu qana bulamağa cəhd etmirlərmi? Onların əlinə bu fürsəti verməmək üçün bu bayramın modernləşməsinə ehtiyac var.

Göbəkli təpədə daş yaddaşı, pozitiv düşüncələrdə ruh yaddaşı



- Son olaraq nə demək istərdiniz?

- Baxın Türkiyədə Göbəkli Təpənin kəşf edilməsiylə alimlər dünya tarixinin yenidən yazılması fikrini irəli sürüblər. Demək tarixin daş yaddaşı çok sirləri aça bilər. Amma Türk oğlunun ruh yaddaşı da var. Ne kadar bilgilər, məlumatlar Drezden Müzeyində, Qərbin diğər kitabxanalarında gizli saxlansa da bir şəkildə pozitiv enerji daşıyıcılarının ruh yaddaşı bu dəyərli bilgiləri açacaq. Çünkü Türkün mayası halallıqdan yoğrulub. Burdan bizi dinləyən Türk gəncləri arasında əlbətdə ki, belə aydınlar yetişəcək və geçmişimizdə olan dəyərləri gələcəyə daşımaq gücündə olacaq. Türk dünyasına haqqı olana qovuşmasını dilərik. Bayramınız mübarək! (https://www.youtube.com/watch?v=mFpzE-H27l4&feature=emb_err_watch_on_yt)

[video=https://www.youtube.com/watch?v=mFpzE-H27l4&feature=emb_err_watch_on_yt]

Hurriyyet.org
Oxunub: 46

XƏBƏR LENTİ
Bu gün, 13:29 “Qadınlar batalyonuna yalvarırdım ki, məni də tibb bacısı kimi cəbhəyə aparın...”
Bu gün, 13:26 Şuşada Yuxarı Gövhər ağa məscidinin tarixi saxtalaşdırılır -
Bu gün, 13:25 Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi davam edir
Bu gün, 13:14 Düşmənin daha iki tankı məhv edildi - VİDEO
Bu gün, 13:10 "Siyasi partiyaların birgə bəyanatı milli birliyimizin bariz nümunəsidir"
Bu gün, 13:09 "Təcili tədbirlər paketi hazırlanmalı və kompleks işlər görülməlidir" - TƏKLİF
Bu gün, 13:08 “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil” - Müdafiə Nazirliyi
Bu gün, 12:59 “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - Vaqif Dərgahlı
Bu gün, 12:56 Ermənilər İTV-nin maşınına atəş açdı - Avtomobil YANIR
Bu gün, 11:57 Baş Prokurorluq ermənilərin yaraladığı sakinlə bağlı cinayət işi başladı
Dünən, 20:33 Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”
Dünən, 20:29 "Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır"
Dünən, 20:24 C.Əhmədov: “İlahi, Səni itirən nəyi tapdı, Səni tapan nəyi itirdi?”
Dünən, 20:23 Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içində
Dünən, 16:24 Düşmənin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub - RƏSMİ
Dünən, 16:16 Ermənilərin açdığı atəş nəticəsində 2 məktəbli həlak olub - Rəsmi
26-09-2020, 14:33 Yeni stadion kimə mane olur?
26-09-2020, 12:44 Ağsu şəhər Mədəniyyət və İstirahət parkı abadlaşdırılır - fotolar
26-09-2020, 08:40 Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb