Son Dəqiqə

Bu gün, 12:17 - Elmar Məmmədyarov və Elxan Azayevin "XİNstroyu" - Diplomatların binasında narazılıq böyüyür

Bu gün, 12:12 - Bu gündən 16 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

Bu gün, 10:02 - Şair Alxasov haqqında ŞOK İTTİHAMLAR - Prezidentə müraciət olundu

Bu gün, 09:57 - Oqtay Şirəliyevin nazirliyində yarım milyonluq BÜDCƏ OĞURLUĞU - Hamısını geri qaytarmalı olublar...

Bu gün, 09:49 - Saleh Məmmədovun villasının görüntüləri yayıldı - İndi də orda olduğu deyilir...

Bu gün, 09:21 - Testiniz neqativ çıxarsa, qan analizi verin - Həkimdən tövsiyə

Bu gün, 00:03 - Saleh Məmmədovun villasının görüntüləri yayıldı - İndi də orda olduğu deyilir...

Dünən, 23:58 - Hazırda Bakıdan bu ölkələrə uçmaq olar - Siyahı və qiymət

Dünən, 23:52 - Saleh Məmmədovun ASC-də qohum-əqraba hakimiyyəti: Dövlət qurumu şəxsi maraqlarla idarə olunur

Dünən, 23:47 - "Ən yaxşısı ər çörəyi yeməkdir" - Ayan

Dünən, 23:40 - Nazirmi səriştəsizdir, yoxsa kadrları?.. - NARAZILIQ...

Dünən, 23:36 - Adı “MTN işi”ndə hallanan sabiq İcra başçısı Londonda şirkət açdı - Eldar Mahmudovun yaxın adamlarından olub

Dünən, 21:23 - Qobustanın başçı sarıdan bəxti gətirmir... - İTTİHAM

Dünən, 21:20 - Xarici İşlər Nazirliyinidə DAHA BİR HƏBS - Konsulluq İdarəsinin rəisi saxlanıldı

Dünən, 20:11 - Kürdəmirli ailənin həyatı təhlükədə! - İcra başçısı isə…

Dünən, 20:07 - Azərbaycanın Özbəkistandakı səfirliyində nə baş verir? - Məmmədyarovun korrupsiya şəbəkəsinin Daşkənd uzantısı...

Dünən, 18:33 - Karantin rejimi yenidən uzadılacaq? - RƏSMİ AÇIQLAMA

Dünən, 18:28 - Pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkimlər gələcək

Dünən, 13:21 - RAMİZ MEHDİYEVİN QARA METALLURGİYA "QALASINDA" ARAŞDIRMALAR BAŞLAYIB! – Rasim Məmmədovun ələ keçirdiyi bütün zovodlar yoxlanılır

Dünən, 13:06 - Ən çox satılan avtomobillərə indi maraq yoxdur - Ekspert

Dünən, 13:02 - AZAL Kiyevdən çarter reysini yerinə yetirib - FOTO

Dünən, 11:24 - Zaqatalada oğurluq etdiyi evi yandıran şəxslər tutulub - FOTO

Dünən, 11:19 - Göygöl rayonunda taxta sexi yanıb

Dünən, 11:12 - DYP: Bakının bütün küçə və prospektləri tam nəzarətə götürülüb

Dünən, 08:11 - Karantini pozan xanım müğənni polis bölməsinə aparılıb - FOTO

Dünən, 08:07 - Azərbaycanda daha bir hakim vəfat etdi - son 1 ayda vəfat edən 4-cü hakimdir

9-07-2020, 23:32 - Zaqatalada hovuzda istirahət edən şəxslər cərimələnib - FOTO

9-07-2020, 23:28 - Bakıda saxta içki hazırlayanlar ələ keçdi - RƏSMİ

GundelikXeber
 Valyuta məzənnəsi

“Sentyabrda hakimiyyətə gəlmək” xülyası quranlar dövriyyəyə hansı şayiələri buraxır? - İLGİNC

Tarix:20-05-2020, 14:02

“Sentyabrda hakimiyyətə gəlmək” xülyası quranlar dövriyyəyə hansı şayiələri buraxır? - İLGİNCMilli Şuranın sədri Cəmil Həsənli 8 aya yaxındır ki, Amerikaya gedib. Tarixçi alimin geri qayıtmaq fikrinin olmadığı açıq görünür. Onun Milli Şuranın iclaslarına internet üzərindən qatılması bunu deməyə əsas verir. C.Həsənlinin birdəfəlik Amerikaya köçdüyü yönündə də səslənən iddialar var.

Son olaraq, günlər öncə Milli Şuradan istefa verərək, səs-küy yaradan tanınmış yazıçı, rejissor Eldəniz Quliyev rupor.az-a müsahibəsində gedişi barədə danışarkən C.Həsənlinin məsələsinə də toxunub. O, istefasını bu cür əsaslandırıb: “Xalqın mənafeyi əsas götürülməlidir, milli-mənəvi dəyərlərə sayğı ilə yanaşmaq lazımdır, siyasi maraqlar milli və dövlət maraqlarından sonra gəlməlidir. Biz bunu istəyirik. Təəssüf ki, Milli Şurada söylədiyim kriteriyalar ciddi şəkildə pozulur, təhrif olunur. Hakimiyyət pilləkəndir, onun sonuncu pilləsinə qədəm qoymaq istəyirsən, ancaq birinci pilləsi olan milli-mənəvi dəyərlər sistemini nəzərə almırsan. Onda ikinci pilləyə atdanıb çıxacaqsan? Bu, mümkün deyil axı, yıxılacaqsan, əziləcəksən, əzalarını sındıracaqsan. Siyasət yolunda bütün pillələri aramla keçəcəksən, əks təqdirdə, həmişə pilləkənin sonuna boylana-boylana qalacaqsan”.

O qeyd edib ki, yürüdülən yanlış siyasət nəticəsində Milli Şura ilə xalq arasında böyük çat yaranıb: “Xalqın avanqardına çevrilmək yolu tutubsansa, onun dəyərləri ilə hesablaşacaqsan, milli əxlaqına hörmət edəcəksən. Məntiqlə belə olmalıdır, sən xalqın fəlsəfəsinə zidd və ziyanlı olan amal yürüdəcəksənsə, məğlubiyyətə düçarsan. Mən belə olmasını istəmirdim. Az qala canım hesabına körpü yaratmağa çalışırdım. Üzərimdən gəlib keçirdilər - təhqirləri, ittihamları qəbul etməli olurdum, düşünürdüm, bu adamları səhv yoldan çəkindirə bilərəm, gedib uçuruma düşməsinlər deyə, özümü fəda edirdim. Milli Şuranın mənə qarşı belə münasibət sərgiləməsi ikiqat ağırdır”.

Cəmil Həsənlinin əqidə mutasiyasına uğradığını deyən E.Quliyev keçmiş sədrinin ABŞ-dan, ümumiyyətlə, qayıtmayacağına da eyham vurub: “Böyük bir siyasi təşkilatı pultla idarə etməzlər. Bu mənzərə eksentrik görünür. Gərək gedəndə vəzifəsini kiməsə tapşırardı. Bizə hər gün təzyiq edirlər, polislər məni iki dəfə saxlayıb, cərimə olunmuşam, rəhbər ABŞ-da oturub öz kefindədir. Cəmil Həsənli ABŞ-a hansısa proqram xətti ilə gedib, bir kitabı da çıxıb. Artıq ritorikası da dəyişib, iqtidara qarşı sərt, radikal çıxışlar edir. Burada olanda çəkinirdi. Cəmil Həsənli çox güman ABŞ-dan qayıtmayacaq”.

Milli Şura sədrinin gedişi ilə bağlı iddialardan biri də odur ki, AXCP lideri Əli Kərimli bunda maraqlı olub. Bu ehtimal belə əsaslandırılır ki, Kərimli özünü müxalifətin “şəriksiz lideri” kimi göstərmək üçün tarixçi professoru Amerikaya yola salıb.

Milli Şura ətrafında gedən müzakirələr sırasında qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin “sentyabrda hakimiyyətə gəlməyə hazırlaşdığı" yönündə dediyi fikirlər də yer alıb. O, bu fikirləri qurumun yayılan son rüsvayçı videolarının birində səsləndirib. Bu cür fikirlərin ortaya atılmasında C.Həsənlinin payının olduğu istisna edilmir. Onun Amerikaya gedişindən sonra Kərimli və ətrafının guya Amerikanın payızda Azərbaycanla bağlı planlar qurduğu, bunun üçün Həsənlinin danışıqların içərisində yer aldığı barədə cəfəng fikirlər dövriyə buraxdıqları qeyd olunur.

Azadlıq Partiyasının sədri Əhməd Oruc “Yeni Müsavat”a açıqlamasında məsələlərə bu cür münasibət sərgilədi: “Öncəliklə onu deyim ki, Cəmil bəy Amerikaya getdikdən sonra ritorikasında xeyli sərtləşib. Ona görə ölkəyə qayıtmağa bir qədər tərəddüd edir. Burada istifadə etmədiyi sərt ritorika ilə siyasi proseslərə münasibətini bildirir. Açığı deyim ki, Milli Şuranı maliyyələşdirən bir dairə var. Həmin dairə də cinsi azlıqların müdafiəsini həyata keçirir. Bu qurum onların tezislərini cəmiyyətə təqdim etməyə çalışır. Milli Şurada son baş verənlər və nəticədə cinsi azlıqlara görə iki nəfərin istefa verməsi çox şeyi göstərir. Bu qurumun fəxri sədri Rusiyada, hüquqi sədri Amerikada, amma real sədri Əli Kərimli Azərbaycandadır. Milli Şura o qədər də böyük qurum deyil. Azərbaycan cəmiyyətində populyar olmayan qrup tərəfindən maliyyələşdirilir. Vaxtilə Rusiyanın maraqlarını təmin etmək üçün yaratdığı birlikdir. Milli Şura Rusiya və Amerikanın istəklərini yerinə yetirməyə hazır olduğunu daim nümayiş etdirib. Həmsədrlərin o ölkələrdə olması çox şeyin etirafıdır”.

Partiya sədri Milli Şuranın payız barədə xülyalarından da danışdı: “Etiraf edək ki, iqtidar dayanıqsızdır. Amma istənilən kataklizmdən hakimiyyət dəyişikliyi baş verə bilər. Bu heç kimə sirr deyil. Amma indiki dönəmdə koronavirus bəlasının olduğu, dünya iqtisadiyyatında ciddi problemlərin yaşandığı, münasibətlərdə çatların baş verdiyi bir dövrdə Azərbaycanda nəyinsə ola biləcəyinə inanmıram. Şəxsən Amerikanın belə bir niyyətdə olduğuna da inanmıram. Hakimiyyət dəyişikliyi üçün qeyd etdiyiniz qurumun heç bir resursu yoxdur. Payızda nəyinsə olacağına inanmaq bir xəyaldır. Bunun bir məntiqi əsasını da görmürəm”.
“Yeni Müsavat”

Oxunub: 6

XƏBƏR LENTİ
Bu gün, 12:17 Elmar Məmmədyarov və Elxan Azayevin "XİNstroyu" - Diplomatların binasında narazılıq böyüyür
Bu gün, 12:12 Bu gündən 16 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Bu gün, 10:02 Şair Alxasov haqqında ŞOK İTTİHAMLAR - Prezidentə müraciət olundu
Bu gün, 09:57 Oqtay Şirəliyevin nazirliyində yarım milyonluq BÜDCƏ OĞURLUĞU - Hamısını geri qaytarmalı olublar...
Bu gün, 09:49 Saleh Məmmədovun villasının görüntüləri yayıldı - İndi də orda olduğu deyilir...
Bu gün, 09:21 Testiniz neqativ çıxarsa, qan analizi verin - Həkimdən tövsiyə
Bu gün, 00:03 Saleh Məmmədovun villasının görüntüləri yayıldı - İndi də orda olduğu deyilir...
Dünən, 23:58 Hazırda Bakıdan bu ölkələrə uçmaq olar - Siyahı və qiymət
Dünən, 23:52 Saleh Məmmədovun ASC-də qohum-əqraba hakimiyyəti: Dövlət qurumu şəxsi maraqlarla idarə olunur
Dünən, 23:47 "Ən yaxşısı ər çörəyi yeməkdir" - Ayan
Dünən, 23:40 Nazirmi səriştəsizdir, yoxsa kadrları?.. - NARAZILIQ...
Dünən, 23:36 Adı “MTN işi”ndə hallanan sabiq İcra başçısı Londonda şirkət açdı - Eldar Mahmudovun yaxın adamlarından olub
Dünən, 21:23 Qobustanın başçı sarıdan bəxti gətirmir... - İTTİHAM
Dünən, 21:20 Xarici İşlər Nazirliyinidə DAHA BİR HƏBS - Konsulluq İdarəsinin rəisi saxlanıldı
Dünən, 20:11 Kürdəmirli ailənin həyatı təhlükədə! - İcra başçısı isə…
Dünən, 20:07 Azərbaycanın Özbəkistandakı səfirliyində nə baş verir? - Məmmədyarovun korrupsiya şəbəkəsinin Daşkənd uzantısı...
Dünən, 18:33 Karantin rejimi yenidən uzadılacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 18:28 Pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkimlər gələcək
Dünən, 13:21 RAMİZ MEHDİYEVİN QARA METALLURGİYA "QALASINDA" ARAŞDIRMALAR BAŞLAYIB! – Rasim Məmmədovun ələ keçirdiyi bütün zovodlar yoxlanılır