Son Dəqiqə

Bu gün, 14:28 - Şükür, Lerikin deputatı "dil açdı" və oyandı - Amma gec və müəmmalarla...

Bu gün, 14:21 - JURNALIST MƏHBUSUN ÜZLƏŞDIYI HAQSIZLIQLAR

Bu gün, 12:40 - Sərt karantin günlərində işləməyəcək yerlərin - TAM SİYAHISI

Bu gün, 12:36 - Bu qaydaları pozanlar məsuliyyətə cəlb ediləcəklər - XƏBƏRDARLIQ

Bu gün, 12:33 - Sabahdan Bakı metrosu fəaliyyətini dayandırır - Avtobuslar da işləməyəcək

Bu gün, 12:09 - Polis karantini pozan sürücüləri necə tapacaq? - AÇIQLAMA

Bu gün, 12:05 - Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadılır

Bu gün, 11:57 - Saatlıda camaat çıxılmaz vəziyyətdə... - GİLEY

Bu gün, 11:53 - Növbəti HƏDƏF: Siraqəddin Cabbarov... - İDDİA

Bu gün, 11:49 - Beyləqanda qaçqınları eşidən yoxdur... - GİLEY

Bu gün, 11:33 - Səhiyyə Nazirliyinin sevimli şirkəti 4,8 milyard vergi borcunu dövlətə ödəyibmi? – Tükürpədici faktlar…

Dünən, 10:49 - 2 iyul Azərbaycanda Polis Günüdür

1-07-2020, 10:07 - Azərbaycanda benzin bahalaşdı

1-07-2020, 09:12 - İyulun ilk günündə hava necə olacaq? - PROQNOZ

30-06-2020, 13:22 - Deputatlar tətilə yollandılar

30-06-2020, 11:28 - “Eşşək” ləqəbli deputatın oğlu da koronavirusa yoluxdu?..-FOTO

30-06-2020, 11:17 - "Bahar enerji"də ÖZBAŞINALIQ DAVAM EDİR... - GİLEY

30-06-2020, 11:16 - AKİA fermerlərin dostudur, ya qənimi?.. - Reallıq odur ki...

30-06-2020, 11:14 - "AZAL biletləri özəl turizm şirkətlərinin əli ilə satır, biletlər "qara bazar"dadır" - NARAZILIQ...

30-06-2020, 10:27 - Prezident uşaqlara energetik içkilər satanların cəzalandırılması barədə qanunu imzaladı

30-06-2020, 09:49 - Viruslu xəstələr kanalizasiyası Kür çayı olan şəhərə aparılacaq… – KORONAVİRUSLU XƏSTƏLƏRİN SAYI DAHA DA ARTA BİLƏR

30-06-2020, 09:45 - Əbülfəs Qarayevin işlədiyi dövr YOXLANILIR - Keçmiş nazir HƏBS OLUNUR?XLANILIR - Keçmiş nazir HƏBS OLUNUR?

30-06-2020, 09:43 - “Polat Yol Yapı”-nın çəkdiyi Şəki-Qax yolu vaxtından əvvəl niyə dağılır? - İTTİHAM

30-06-2020, 09:14 - İyunun son gününün hava proqnozu

29-06-2020, 14:59 - SMS icazə ilə bağlı daha bir yenilik - Limit qoyuldu

29-06-2020, 14:53 - Prezident və birinci xanım İçərişəhərdə - Foto

29-06-2020, 14:51 - Maskaya görə cərimələr ikiqat artırıldı

29-06-2020, 12:31 - Bu gün cərimələrlə bağlı rəsmi qərar veriləcək

GundelikXeber
 Valyuta məzənnəsi

Rəfdə qalan “kupçalar”: 500 min evin taleyi necə olacaq? - AKTUAL

Tarix:5-06-2020, 09:00

Rəfdə qalan “kupçalar”: 500 min evin taleyi necə olacaq? - AKTUALStatistikaya görə, hazırda ölkədə 500 minə yaxın sənədsiz ev var.

Baxmayaraq ki, bu evlərin sənədləşdirilməsi ilə bağl Prezident İlham Əliyev Fərman imzalayıb, hələ də problem həllini tapmayıb. Sənədsiz evlərlə bağlı problem artıq uzun müddətdir ki, gündəmdədir və təəssüf ki, həll olunmur.

Hələ 2010-cu ildə “Bakı və ətraf qəsəbələrin inkişafına dair” ikinci dövlət proqramının təqdimatı keçiriləndə Prezident İlham Əliyev qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırmışdı. Ölkə başçısı sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan etmiş, müvafiq strukturlara, xüsusilə Bakı şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi.

2015-ci ildə isə ölkə başçısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmanda açıq şəkildə göstərilir ki, hansı hallarda sənədsiz evlər dövlət reystrinə alınmalıdır. Müəyyən edilib ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Göründüyü kimi, Fərman problemin həlli olunması üçün kifayətdir. Sənəddə hər şey açıq göstərilir. Amma hələ də sənədsiz evlər problemi gündəmdədir və insanların əksəriyyəti bu məsələdən şikayətçidir. Problemin həll olunmaması isə birbaşa olaraq yerli icra hakimiyyətlərinin səhlənkarlığı ilə bağlıdır. Nəzərə alsaq ki, Prezident fərmanından sonra Bakı şəhər İcra Hakimiyyətində də xüsusi komissiya yaradılıb, deməli 5 il müddətində bu problem öz həllini tapmalı idi. Amma hələ də sənədsiz evlərlərlə bağlı problemin olduğu kimi qalması diqqətləri yerli icra orqanlarına yönəldir.

Problem nədədir? Fərman var, qanunvericilik sənədləşmə işinin reallaşması üçün uyğundur, bəs niyə hələ də bu evlər sənədləşdirilmir?

Bu məsələ vaxtaşırı gündəmə gəlsə də, müsbət nəticə almaq mümkün olmayıb. Bir müddət əvvəl isə bələdiyyə nümayəndələri sənədsiz yaşayış evlərinə yaxınlaşaraq müəyyən sənədlər tələb edirdilər. Sənədlərlə yanaşı bələdiyyə nümayəndələrinin vətəndaşlarda dövlət rüsumunu da tələb etməsi əhali arasında narazılıq yaradırdı. Narazılığa səbəb isə “kupça”ların verilməsinin bələdiyyələrin səlahiyyətində olmaması idi. Bələdiyyələrin bu məsələyə aktiv qoşulmasının səbəbi isə mənzillərin icbari sığortasına keçid idi. Belə ki, 1 yanvar 2020-ci il tarixindən ölkə miqyasında mərhələli şəkildə icbari sığortaya keçidin başlanması isə “kupça”sız evlər problemini yenidən gündəmə gətirdi. Buna görə də bələdiyyə üzvləri hərəkətə keçərək sənədsiz evlərin qeydiyyata alınması üçün müvafiq sənədlər toplamaq məqsədilə müəyyən məkanlarda yerləşən sənədsiz evlərə gedib. Bələdiyyələrin topladığı bu sənədlər- yaşayış sahəsi bələdiyyədə qeydiyyatda olan şəxsin şəxsiyyət vəsiqəsinin surəti, vergi ödəyicisi olduğunu sübut edən sənədlər, ev üzərində hər hansı problemin olmadığını təsdiq edən sənəd və torpaq sahəsinin sənədi ərazi üzrə İcra Hakimiyyətinə göndərilir. Yəni bütün hallarda sənədləşmə işini yerli icra hakimiyyəti aparmalıdır. Amma reallıq göz qabağındadır. Prezidentin 2015-ci ildə imzaladığı fərman 5 ildir ki, icra hakimiyyətləri tərəfindən icra olunmur.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, icra hakimiyyətləri maddi maraqlarını qorumaq üçün sənədləşmə prosesini həll etmir:

“Əslində, bu problem çoxdan həll olunmalı idi. İnsanlar neçə ildir ki, bu problemin həllini gözləyirlər. Yerli icra hakimiyyətlərinin bu məsələdə təbii ki, marağı var. Çünki belə bir amnistiya elan olunarsa, sənədləşdirilmə küləviləşərsə, onların maddi maraqlarına zərbə olacaq. Onlar sənədləşdirmə işində özlərinin maddi marağını gözləməyə, qorumağa çalışır.Ona görə sərəncamların icra olunması, bu problemin həlli belə demək mümkündürsə, uzun illərdir ki, sabotaja uğrayır. Əslində, mülkiyyətlə bağlı dünya praktikasında belə bir var ki, hər hansı bir vətəndaş kommunal xərcləri ödəyirsə, uzun müddət orada yaşayırsa, onun hüquqe bərpa olunmalıdır. Yəni həmin mülkiyyət sənədləşdirilməlidir. Azərbaycanda bəzi məlumatlara görə, 500 minə yaxın sənədsiz ev var. Bu, kifayət qədər böyük rəqəmdir. Bu problemin həlli üçün addımların atılmasının vaxtı çoxdan keçib. Bu, həm sosial, həm iqtisadi, həm də siyasi məsələdir. İnsanlar seçkilərdə də iştirak edə bilmirlər. Çünki bir yerdə qeydiyyatdadırlar, başqa bir yerdə yaşayırlar. Çünki evlərini sənədləşdirib qeydiyyata düşə bilmirlər”.

Ekspert vurğulayıb ki, qeyri-qanuni tikinti anlayışı doğru deyil:

“Bəzən deyirlər ki, bunlar qeyri-qanuni tikililərdir. Qeyri-qanuni tikinti o zaman olar ki, icra strukturları buna imkan verməsin. Əgər müəyyən rüşvət müqabilində göz yumublarsa və ev tikilibsə, insanlar orada yaşayıb kommunal xərcləri ödəyirlərsə, onların “kupça” (çıxarış-müəll.) almaq hüquqi var. Bu məsələ də birdəfəlik həllini tapmalıdır. Əmlak amnistisiyası elan edilməli və bütün bu kateqoriyaya aid olan insaların sənədləşmə işi həll olunmalıdır ki, bu problem ölkənin üzərindən birdəfəlik götürülsün”.

Bələdiyyələrin bu məsələdəki roluna gəlincə isə, Natiq Cəfərli bildirib ki, onlar icra hakimiyyətlərinin “beşinci təkəri” rolunu oynayırlar:

“Bələdiyyələrin bu məsələdə rolunun harada başlayıb, harada bitməsini artıq məlum deyil. Çünki onların icra hakimiyyətlərinin “beşinci təkər”inə çevrildiyini görürük. Əmlak vergisi ilə bağlı bələdiyyələrə müəyyən dərəcədə hüquq verilib. Amma o hüququn necə yerinə yetirilməsi bəlli deyil. Ona görə də bələdiyyələr müəyyən imkan düşən kimi vergiləri toplamaqla bağlı addımlar atırlar. Bu da əslində, müəyyən narazılığa səbəb olur. Çünki burada ciddi qanun tənzimlənməsinə, bələdiyyələrlə icra hakimiyyətlərinin səlahiyyətlərinin bölünməsinə, sərhədlərin dəqiq bilinməsinə ehtiyac var. Əgər belə bir qanun qəbul olunacaqsa, bələdiyyələr daha da güclənəcək və hər zaman bunun tərəfdarı olmuşam. Amma hazırda bələdiyyələr yarımçıq qurumdur və icra hakimiyyətlərinin “beşinci təkərinə” çevrilib”.

Oxunub: 2

XƏBƏR LENTİ
Bu gün, 14:28 Şükür, Lerikin deputatı "dil açdı" və oyandı - Amma gec və müəmmalarla...
Bu gün, 14:21 JURNALIST MƏHBUSUN ÜZLƏŞDIYI HAQSIZLIQLAR
Bu gün, 12:40 Sərt karantin günlərində işləməyəcək yerlərin - TAM SİYAHISI
Bu gün, 12:36 Bu qaydaları pozanlar məsuliyyətə cəlb ediləcəklər - XƏBƏRDARLIQ
Bu gün, 12:33 Sabahdan Bakı metrosu fəaliyyətini dayandırır - Avtobuslar da işləməyəcək
Bu gün, 12:09 Polis karantini pozan sürücüləri necə tapacaq? - AÇIQLAMA
Bu gün, 12:05 Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadılır
Bu gün, 11:57 Saatlıda camaat çıxılmaz vəziyyətdə... - GİLEY
Bu gün, 11:53 Növbəti HƏDƏF: Siraqəddin Cabbarov... - İDDİA
Bu gün, 11:49 Beyləqanda qaçqınları eşidən yoxdur... - GİLEY
Bu gün, 11:33 Səhiyyə Nazirliyinin sevimli şirkəti 4,8 milyard vergi borcunu dövlətə ödəyibmi? – Tükürpədici faktlar…
Dünən, 10:49 2 iyul Azərbaycanda Polis Günüdür
1-07-2020, 10:07 Azərbaycanda benzin bahalaşdı
1-07-2020, 09:12 İyulun ilk günündə hava necə olacaq? - PROQNOZ
30-06-2020, 13:22 Deputatlar tətilə yollandılar
30-06-2020, 11:28 “Eşşək” ləqəbli deputatın oğlu da koronavirusa yoluxdu?..-FOTO
30-06-2020, 11:17 "Bahar enerji"də ÖZBAŞINALIQ DAVAM EDİR... - GİLEY
30-06-2020, 11:16 AKİA fermerlərin dostudur, ya qənimi?.. - Reallıq odur ki...
30-06-2020, 11:14 "AZAL biletləri özəl turizm şirkətlərinin əli ilə satır, biletlər "qara bazar"dadır" - NARAZILIQ...