Son Dəqiqə

Bu gün, 00:14 - Ukraynada güclü yanğın - azı 5 nəfər həlak olub, itkin düşənlər var

Bu gün, 00:10 - “Parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələlərin kökünü izah edər - BNA tənqid edildi

Dünən, 23:59 - "Kəbirə Tibb Mərkəzi“Hacı Elçinin terapiya seanslarından nələr qazanır?

Dünən, 23:50 - "Milan"ın həm futbolçusu, həm məşqçisi, həm də prezidentiyəm" - İbrahimoviç

Dünən, 23:45 - “Latsio”nun futbolçusu rəqibini dişlədi – FOTO

Dünən, 22:15 - Ötən gün yol qəzalarında 6 nəfər ölüb

Dünən, 22:09 - Elnur Allahverdiyev nədən millətinin vəkili ola bilmədi... - Seçiciləri də narazıdır

Dünən, 21:57 - “Rusiyanın agentlərinə Ramiz Mehdiyev rəhbərlik edib” – Sensasion iddialar

Dünən, 21:51 - "Rayonları bağlatdıran gedib şəlalənin altında fotosessiya çəkir..." — Azər Qərib TƏBİB-i "TOPA TUTDU"

Dünən, 21:47 - Lənkəranda sabiq məktəb direktoru barəsində cinayət işi başlanıb

Dünən, 13:17 - Bakıda 8 qadın saxlanılıb - SƏBƏB - FOTO

Dünən, 13:13 - İyulun 10-da qəbul imtahanları keçiriləcək

Dünən, 13:08 - Bakıda karantin rejimini pozan kafe aşkar edilib - FOTO

Dünən, 13:05 - Azərbaycanda keçmiş bank sədri həbs edildi

Dünən, 12:58 - Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...

Dünən, 12:53 - Qubada bu vandallığı kimlər törədib? - VİDEO

Dünən, 12:50 - Səfər Mehdiyev üçün ÇƏTİN MƏRHƏLƏ... - Gömrükdə çalxalanma gözlənilir

Dünən, 10:13 - Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI

Dünən, 10:03 - "Qızlar ərə gedəndə ailə yox, öpüşüb gəzməyi düşünür"

Dünən, 09:59 - “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri İFŞA EDİLİB

7-07-2020, 23:29 -  Müğənni Safura Əlizadənin atası HƏBS EDİLDİ

7-07-2020, 23:25 - Kökəldikcə ağlını itirmək - Risk altında qadınlardır

7-07-2020, 23:20 - Futbol topuna bənzəyən nəsnə tapdı, reallığı öyrənəndə HEYRƏTƏ DÜŞDÜ

7-07-2020, 23:14 - Miqdarından artıq istifadəsi ölümə səbəb ola biləcək qidalar: su, kofe, badam...

7-07-2020, 22:47 - İdman etmədən 150 kilo arıqlayan kişi SİRRİNİ AÇDI - FOTO

7-07-2020, 22:29 - AzTV-nin baş prodüseri jurnalistləri belə təhqir etdi - FOTOFAKT

7-07-2020, 22:16 - Anormal həyat tərzi ilə gündəmə gələn varlı balaları - səbəb...

7-07-2020, 22:08 - Eldar Mahmudovun həbsinə XİN-dən keçid

GundelikXeber
 Valyuta məzənnəsi

Biznesə və vətəndaşlara növbəti yardımlar ediləcəkmi - deputatdan açıqlama

Tarix:9-06-2020, 18:00

Biznesə və vətəndaşlara növbəti yardımlar ediləcəkmi - deputatdan açıqlamaKoronavirus pandemiyası və bununla yanaşı tətbiq olunan xüsusi karantin rejimi iqtisadiyyata da mənfi təsir göstərdi. Biznes müəssisələri bağlandı, insanlar işindən və gəlirlərindən məhrum oldu. Hökumət yaranan problemlərin aradan qaldırılması üçün biznesə, fərdi sahibkarlara və vətəndaşlara yardım üçün vəsait ayırdı. Lakin sonradan karantin rejimi yumşaldıldı, iş yerləri bərpa olundu. Son günlər isə şənbə və bazar günləri ilə bağlı sərt karantin rejiminin tətbiq edilməsi təkrar olaraq yenicə nəfəs almağa çalışan özəl sektora zərbə vurdu. Çünki əksər sahələrdə biznes üçün ən gəlirli dövr məhz şənbə və bazar günləri sayılır.

Bəs görəsən, bundan sonrakı dövrdə hökumət vətəndaşlara və özəl sektora hansı dəstək mexanizmləri həyata keçirəcək?

“Yeni Müsavat”a mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov vurğuladı ki, pandemiya dövründə sağlamlıq qədər iqtisadi məsələlər də əhəmiyyət kəsb edir: “Karantin və sosial təcrid tədbirlərinin tətbiq olunduğu dövrlərdə, aprel və may aylarında vətəndaşlara birdəfəlik maliyyə yardımları həyata keçirildi, eyni zamanda biznesə, kiçik və orta sahibkarlara, fərdi sahibkarlara yardım edildi. Nəzərə alsaq ki, muzdlu işçisi olan sahibkarlara 215 milyon manat vəsait ayrılmışdı, fərdi sahibkarlar üçün isə 80 milyon manat vəsait ayrılması rəsmiləşdi. Nəticə etibarilə sahibkarlar aprel ayından etibarən müraciət edib, həmin vəsaitlərdən faydalandılar. Əslində digər ölkələrin təcrübəsi də göstərir ki, pandemiya dövründə iki məsələ çox aktual olur. Birincisi, vətəndaşların sağlamlığının qorunması, digər məsələ isə mərhələli şəkildə iqtisadiyyatın yenidən açılımı və sahibkarların dəstəklənməsi”.

Deputatın sözlərinə görə, Azərbaycanda pandemiyanın birinci dövründə vətəndaşların və biznesin birbaşa dəstəklənməsi həyata keçirilib, ikinci dövrdə isə sahibkarlara daha çox təşviqedici dəstək nümayiş etdirməyə başlanıb: “Burada söhbət ondan gedir ki, vergi güzəştləri parlament tərəfindən təsdiq olundu, dövlət başçısı tərəfindən təsdiq olundu, artıq sahibkarlar, əsasən də pandemiyanın təsir etdiyi sektorlarda çalışan sahibkarlar vergi güzəştlərindən istifadə etmək imkanlarına malikdirlər. Nəzərə alsaq ki, burada əmlak və torpaq vergisi sıfırlanıb, kirayədən vergi iki dəfə azaldılıb, eyni zamanda iri sahibkarlara vergi güzəştləri ilə yanaşı, sadələşdirilmiş vergi subyektləri üzrə də vergi güzəştləri tətbiq olundu, artıq bunlar aktivdir və sahibkarlar bu güzəştlərdən istifadə edə bilirlər”.

V.Bayramov vurğuladı ki, qadağaların biznesə vurduğu ziyanın qarşılığında, hökumət vergi xərclərini azaltmaq və güzəştli kreditlərlə özəl sektora dəstək olacaq: “Ona görə də həftəsonu karantin qaydalarının tətbiq edilməsi fonunda hökumət tərəfindən təşfiqedici paket tətbiq olunduğu üçün bu sahibkarların xərcinin xeyli dərəcədə azalmasına gətirib çıxaracaq. Bununla yanaşı, yarım milyard manatlıq güzəştli kredit portfelinin 60 faizi dövlət zəmanəti ilə veriləcək, təxminən 1 milyard manatlıq kreditlə bağlı da subsidiya mexanizmi tətbiq olunub. Bu da kredit faizlərinin 10 faizinin subsidiya edilməsi anlamına gəlir. O baxımdan təşviqedici mexanizmlər çox əhəmiyyət kəsb edir. Pandemiyadan əziyyət çəkən sektorlar üçün vergi güzəştləri ilin sonuna qədərdir. İlin sonuna qədər sahibkarların xərclərinin, vergi dərəcələrinin aşağı salınması ilə azaldılması əsas hədəf olaraq qalacaq. O baxımdan həm kiçik və orta müəssisələr, həm də fərdi sahibkarlar artıq həmin güzəştlərdən faydalana bilirlər. Bu da onların xərclərinin əhəmiyyətli hissəsinin azaldılması üçün imkan yaradacaq”.

Qeyd edək ki, bizneslə bağlı uzunmüddətli güzəşt və təşviq tədbirləri həyata keçirilsə də, vətəndaşlara verilən birdəfəlik ödəmələr iyunda verilməyəcək. İyun ayında 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur. Yalnız ötən dövrdəki proseslə bağlı şikayət ərizələrinə baxılır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib. O bildirib ki, karantin rejiminin yumşaldılması, əmək bazarının canlanması insanlara yenidən öz iş yerlərinə dönməyə imkan verir: “İnsanlar artıq öz gəlirlərini formalaşdırır və qazanclarını əldə edirlər. Vətəndaşlar göndərilən imtina cavablarından haqlı və haqsız narazılıqlarını bildirə bilərlər. Ərizələrə baxılma müddəti var, 1 ay müddətində cavab verilir. Biz bunu daha operativ həyata keçiririk”.

F.Talıbov həmçinin qeyd edib ki, may ayında 3 mindən çox vətəndaş əmək müqaviləsi bağlayıb: “Əmək müqaviləsi bağlayarkən həmin şəxslərin işsiz statusu ləğv edilir və 190 manatı almır. Vətəndaş 190 manat almaqdansa, daha çox işləmək marağındadır”.

Oxunub: 5

XƏBƏR LENTİ
Bu gün, 00:14 Ukraynada güclü yanğın - azı 5 nəfər həlak olub, itkin düşənlər var
Bu gün, 00:10 “Parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələlərin kökünü izah edər - BNA tənqid edildi
Dünən, 23:59 "Kəbirə Tibb Mərkəzi“Hacı Elçinin terapiya seanslarından nələr qazanır?
Dünən, 23:50 "Milan"ın həm futbolçusu, həm məşqçisi, həm də prezidentiyəm" - İbrahimoviç
Dünən, 23:45 “Latsio”nun futbolçusu rəqibini dişlədi – FOTO
Dünən, 22:15 Ötən gün yol qəzalarında 6 nəfər ölüb
Dünən, 22:09 Elnur Allahverdiyev nədən millətinin vəkili ola bilmədi... - Seçiciləri də narazıdır
Dünən, 21:57 “Rusiyanın agentlərinə Ramiz Mehdiyev rəhbərlik edib” – Sensasion iddialar
Dünən, 21:51 "Rayonları bağlatdıran gedib şəlalənin altında fotosessiya çəkir..." — Azər Qərib TƏBİB-i "TOPA TUTDU"
Dünən, 21:47 Lənkəranda sabiq məktəb direktoru barəsində cinayət işi başlanıb
Dünən, 13:17 Bakıda 8 qadın saxlanılıb - SƏBƏB - FOTO
Dünən, 13:13 İyulun 10-da qəbul imtahanları keçiriləcək
Dünən, 13:08 Bakıda karantin rejimini pozan kafe aşkar edilib - FOTO
Dünən, 13:05 Azərbaycanda keçmiş bank sədri həbs edildi
Dünən, 12:58 Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...
Dünən, 12:53 Qubada bu vandallığı kimlər törədib? - VİDEO
Dünən, 12:50 Səfər Mehdiyev üçün ÇƏTİN MƏRHƏLƏ... - Gömrükdə çalxalanma gözlənilir
Dünən, 10:13 Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI
Dünən, 10:03 "Qızlar ərə gedəndə ailə yox, öpüşüb gəzməyi düşünür"