Son Dəqiqə

Bu gün, 10:25 - Adil Vəliyevin mənimsədiyi milyonlar... - İTTİHAM

Bu gün, 10:17 - Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti (SİYAHI/FOTO)

Bu gün, 07:56 - Avropada "Azərbaycanın dostları" Cəmiyyətinin sədri: "Deyir sən saydığını say, gör Azərbaycan GÖMRÜYÜ nə sayır..."

Bu gün, 07:52 - Maliyyə Nazirliyidə təşviş içindədir- Növbə "Gədəbəy qruplaşması"-na və onun beyni sayılan Nadir Qarayevə çatır...İDDİA

Bu gün, 07:47 - AZAL şefi Cahangir Əskərovun Azərbaycanda və xaricdə çoxmilyonluq mülkləri aşkar olundu - FOTOFAKTLAR

Dünən, 23:34 - Düşmən hücumunun qarşısını alarkən 3 hərbçimiz şəhid olub

Dünən, 23:30 - Gələn həftənin hava proqnozu açıqlanıb

Dünən, 21:52 - Səttar Möhbalıyevin kürəkəni ABŞ-a qaçdı

Dünən, 21:50 - İki gün əvvəl Kürdə batan şəxslərin meyiti tapılıb - YENİLƏNİB

Dünən, 19:55 - İki gün əvvəl Kürdə batan şəxslərin meyiti tapılıb - YENİLƏNİB

Dünən, 19:52 - Ağsuda mal-qara oğurlayan qəssab tutulub - FOTO

Dünən, 15:45 - Biləsuvarda qızını zəncirləyən ata tutulub

Dünən, 15:38 - Arif Qasımovun işdən çıxarılmasına səbəb olan VİDEO

Dünən, 10:53 - Kürdə 3 nəfər batıb

Dünən, 10:49 - Ucarda dəhşətli qətl - əmisini baltaladı

Dünən, 10:43 - DTX “Baku Steel Company”də araşdırmalara başladı - Rasim Məmmədovun başı dərddə

Dünən, 10:34 - Neftçalada özbaşınalıq davam edir -FOTOLAR

Dünən, 00:47 - “Fairmont” ancaq müştərilərdən üzr istədi — Hovuzu bağladı

Dünən, 00:40 - Elmar Məmmədyarovun tikinti biznesi - "DİPLOMAT 2008" MTK

Dünən, 00:28 - Eldar Mahmudovun yeni milyardları… – “Zaminbank” ona necə kömək edib?

Dünən, 00:13 - Nepalda torpaq sürüşməsi: 24 nəfər ölüb, 23 nəfər itkin düşüb

11-07-2020, 21:48 - Maştağadakı tarixi hamam zibildən təmizlənir - FOTO

11-07-2020, 16:59 - Deputat Konstitusiyanı necə pozub? - İLGİNC

11-07-2020, 16:47 - "Atabank"da araşdırmalar başladı - Fazil Məmmədovun pullarını ölkədən kim çıxardıb?

11-07-2020, 16:43 - Elman Rüstəmovun 1 milyard borcu var – Baş bankirə ilin sonuna qədər vaxt verilib

11-07-2020, 16:38 - Niyazi Bayramovun geridə qoyduğu şübhəli izlər - Hüquqi araşdırma TƏLƏB EDİR

11-07-2020, 12:17 - Elmar Məmmədyarov və Elxan Azayevin "XİNstroyu" - Diplomatların binasında narazılıq böyüyür

11-07-2020, 12:12 - Bu gündən 16 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

GundelikXeber
 Valyuta məzənnəsi

YENƏ SƏHİYYƏ TENDERİ, YENƏ “ARASH”! – Səhiyyənin “tender kralı”nın sabiq spikerlə əlaqəsi varmı…?

Tarix:17-06-2020, 18:00

YENƏ SƏHİYYƏ TENDERİ, YENƏ “ARASH”! – Səhiyyənin “tender kralı”nın sabiq spikerlə əlaqəsi varmı…?
Azərbaycanda hər sahənin öz “tender kralı”nın olduğu heç kimə sirr deyil. Həmin “krallar”ın isə bu və ya digər formada hansısa məmur-oliqarxa bağlı olduğunu da bilməyən yoxdur. Həmçinin, Azərbaycanda büdcə vəsaitlərinin mənimsənilməsinə dair ən böyük şübhələrin məhz dövlət satınalmaları və tenderlərlə bağlı olduğunu da mütəxəssislər dəfələrlə səsləndiriblər. Amma nə faydası, yenə “köhnə hamam, köhnə tas…”

Hər sahənin öz “sahibi” olduğu kimi, son 10 ildən artıq müddətin nəticələri göstərir ki, tibbi ləvazimatların təchizatı, avadanlıqların satınalınması başda olmaqla, səhiyyə sisteminin də favoriti “Arash Medical Company” MMC-dir.

Qeyd edək ki, “Arash Medical Company” ləğv olunan “Araş Medikal” MMC-nin aktivləri əsasında təsis edilib. Şirkətin 2011-ci ildə yaradıldığı deyilir, amma hələ 2010-cu ilin müsabiqə reyestrlərinə əsasən, Tibb Unversiteti yeni adı ilə ondan 917 173,54 manatlıq tibbi avadanlıqlar satın alıb.

Ümumilikdə isə “Araş Medikal” MMC və “Arash Medical Company” təkcə həmin yarandığı il xüsusilə Səhiyyə Nazirliyi və digər qurumlardan 13 398 507,06 manat dəyərində 46 tender qazanıb. Təkcə bir ildə İnnovasiya və Təchizat Mərkəzinin xəttilə 7 399 455,98 manatlıq tender “udub”. Azərbaycan Tibb Universiteti də 2010-cu ildə “Arash Medikal Production LTD” adlı şirkətdən 8 099 515,79 manatlıq Tədris-Terapevtik Klinikasının inventarlarını satın alıb.

“Araş Medical Company MMC” son 9 il ərzində əksəriyyəti Səhiyyə Nazirliyindən olmaqla ümumi dəyəri 250 milyon manatdan yuxarı dövlət satınalması əldə edib. Bu, olduqca böyük məbləğdir və ona görə də bu qədər tenderin bir şirkətə verilməsi təsadüfi sayılmır. Belə ki, sözügedən şirkətin sabiq spiker Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədova məxsus olduğu bildirilir və qeyd olunur ki, bu şirkətin səhiyyə sisteminin “favorit”inə çevrilməsində Oqtay Əsədovla Səhiyyə naziri Oqtay Şirəliyevin münasibətlərinin xüsusi rolu var. Hələlik mətbuatda bu iddianı təkzib edən məlumat dərc olunmayıb.

Maraqlıdır ki, Oqtay Əsədov artıq xeyli vaxtdır vəzifəsilə vidalaşsa da, sözügedən şirkətin səhiyyə tenderlərilə bağlı işləri yenə öz qaydasında gedir. Belə ki, son məlumata görə, “Analitik Ekspertiza Mərkəzi”nin avadanlıqların satın alınması üçün elan etdiyi tenderin qalibi “Arash Medical Company” olub. Qurum laboratoriya avadanlığının satın alınması üçün “Arash Medical Company” MMC ilə 290 min 68 manat məbləğində müqavilə bağlayıb. Əlbəttə ki, bu məbləğ şirkətin indiyə qədər qazandığı satınalmalarla müqayisədə çox kiçikdir.

Təbii ki, normal, azad rəqabət şəraitində və məmur oliqarxiyasından uzaq bir mühitdə hansısa şirkətin çoxlu sayda tender qazanmasına adi hal kimi baxıla bilər. Ancaq Azərbaycan reallıqları və yuxarıda sadalanan şərtlərin heç birinin ölkədə olmaması belə satınalmalarla bağlı ciddi şübhələrin yaranmasına əsas verir. Bu şübhələri Mədəniyyət Nazirliyində aparılan həbslər və nazirliklə tender müqavilələri bağlayan şirkət rəhbərlərinin “otkatlar”la bağlı istintaqa verdikləri ifadələri daha da gücləndirir…

Bir daha xatırladaq ki, mətbuatda dərc edilən rəsmi statistik göstəricilərə görə, son 9 ildə sözügedən şirkət 250 milyon manatdan artıq dəyərdə tenderin qalibi olub…
“AzPolitika.info”

Oxunub: 3

XƏBƏR LENTİ
Bu gün, 10:25 Adil Vəliyevin mənimsədiyi milyonlar... - İTTİHAM
Bu gün, 10:17 Prezidentin işdən çıxardığı icra başçısının var-dövləti (SİYAHI/FOTO)
Bu gün, 07:56 Avropada "Azərbaycanın dostları" Cəmiyyətinin sədri: "Deyir sən saydığını say, gör Azərbaycan GÖMRÜYÜ nə sayır..."
Bu gün, 07:52 Maliyyə Nazirliyidə təşviş içindədir- Növbə "Gədəbəy qruplaşması"-na və onun beyni sayılan Nadir Qarayevə çatır...İDDİA
Bu gün, 07:47 AZAL şefi Cahangir Əskərovun Azərbaycanda və xaricdə çoxmilyonluq mülkləri aşkar olundu - FOTOFAKTLAR
Dünən, 23:34 Düşmən hücumunun qarşısını alarkən 3 hərbçimiz şəhid olub
Dünən, 23:30 Gələn həftənin hava proqnozu açıqlanıb
Dünən, 21:52 Səttar Möhbalıyevin kürəkəni ABŞ-a qaçdı
Dünən, 21:50 İki gün əvvəl Kürdə batan şəxslərin meyiti tapılıb - YENİLƏNİB
Dünən, 19:55 İki gün əvvəl Kürdə batan şəxslərin meyiti tapılıb - YENİLƏNİB
Dünən, 19:52 Ağsuda mal-qara oğurlayan qəssab tutulub - FOTO
Dünən, 15:45 Biləsuvarda qızını zəncirləyən ata tutulub
Dünən, 15:38 Arif Qasımovun işdən çıxarılmasına səbəb olan VİDEO
Dünən, 10:53 Kürdə 3 nəfər batıb
Dünən, 10:49 Ucarda dəhşətli qətl - əmisini baltaladı
Dünən, 10:43 DTX “Baku Steel Company”də araşdırmalara başladı - Rasim Məmmədovun başı dərddə
Dünən, 10:34 Neftçalada özbaşınalıq davam edir -FOTOLAR
Dünən, 00:47 “Fairmont” ancaq müştərilərdən üzr istədi — Hovuzu bağladı
Dünən, 00:40 Elmar Məmmədyarovun tikinti biznesi - "DİPLOMAT 2008" MTK