Son Dəqiqə

Bu gün, 13:00 - Gömrükdə yenə adı olub, rəsmi fəaliyyəti olmayan şirkətlər peyda olub - İDDİA

Bu gün, 13:00 - TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM

Bu gün, 12:30 - “İdeal Yaşam”MMC-də ideal olmayan yaşayış tərzi – Sakinlər nədən şikayət edir?

Bu gün, 12:00 - "Uninet" yenə də vətəndaşlara problem yaradır - GİLEY

Bu gün, 11:30 - “Azərxalça”nın əməkdaşları 5 aydır maaş ala bilmir - NARAZILIQ...

Bu gün, 11:00 - Maşın bazarında ucuzlaşma - Açıqlama

Bu gün, 10:30 - “İspan şərabı diplomatı”nın da adı “qara siyahı”da – Anar Məhərrəmovun paxırını öz atası açıb

Bu gün, 10:00 - Xəyanətin Arifi: Ağsaqqal ola bilməyən ağçaqqal - VİDEO

Bu gün, 09:30 - Ramiz Mehdiyev bu qurumların ləğvinin qarşısını niyə aldı? – Prezident sərəncam versə də...

Bu gün, 09:00 - Müştəri "Soliton" mağazalar şəbəkəsindən şikayətçidir - FOTO

31-07-2020, 16:35 - Azərbaycanda karantin rejimi və koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM

31-07-2020, 16:31 - TƏBİB-dən çimərliklər və rayonlara gediş-gəlişin açılması ilə bağlı AÇIQLAMA

31-07-2020, 16:29 - Fəzail Ağamalı Ramiz Mehdiyevə: "100 yaşasın, ancaq düz yaşasın! Azərbaycan dövləti ilə işi olmasın!"

31-07-2020, 16:25 - Deputatlara bayram pulu verildi - MƏBLƏĞ

31-07-2020, 16:15 - “Azərsu” ASC-yə 1 milyon manat ayrılıb

31-07-2020, 16:12 - Bakının mərkəzi küçə və yollarında dezinfeksiya işləri aparılacaq

31-07-2020, 16:05 - İsmayıllı rayonunun Sumağallı kəndində 264 yerlik məktəb tikiləcək

31-07-2020, 15:49 - Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunda körpü tikintisi üçün 15 milyon manat ayrılıb

31-07-2020, 13:26 - Heydər məscidində bayram namazı qılınıb

31-07-2020, 09:46 - Azərbaycanda Qurban bayramı qeyd olunur: Ölkədə 4 gün iş olmayacaq...

28-07-2020, 17:18 - Binəqədi Su Kanal Idarəsində Özbaşınalıq-Şikayət

28-07-2020, 17:14 - Elnur Allahverdiyevin Deputat Uğursuzluğu: Seçicilər Də “Sələmçi”Yə Etiraza Qalxdı

28-07-2020, 17:13 - Əvəz Qocayev Milyonları Necə Əldə Edib? – İLGİNC

28-07-2020, 16:53 - Bu il Azərbaycanda bayram namazı qılınmayacaq

28-07-2020, 15:24 - Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

28-07-2020, 13:21 - "Bu binaların təmir-bərpası üçün bəlkə də vaxtaşırı nə qədər pullar silinir..." - GİLEY

28-07-2020, 13:00 - Gənc yaşda nazir təyin edilənlər

28-07-2020, 12:00 - Bakıda şəxslər Polis Bölməsinin qarşısında döyülüb? - RƏSMİ AÇIQLAMA

GundelikXeber
 Valyuta məzənnəsi

3 bank qurumu arasında qalan vətəndaş: - “Az pul” iddiası problemlər yaradır

Tarix:18-06-2020, 12:30

3 bank qurumu arasında qalan vətəndaş: - “Az pul” iddiası problemlər yaradırAzərbaycanda bağlanan daha bir bankda əmanətçilərin bir hissəsi xoşagəlməz sürprizlə qarşılaşıblar.

FED.az xəbər verir ki, AMB-nin qərarı ilə lisenziyası ləğv olunan və müflis elan edilən «NBC Bank»ın bir sıra əmanətçilərinə bildirilib ki, onların əmanətləri sığortalanmayıb. Səbəbi odur ki, onlar banka əmanət qoyduğu müddətdə artıq «NBC Bank»a əmanət qəbul etmək qadağan edilibmiş.

Əmanətçilərə indi məlum olub ki, 2020-ci il yanvarın 27-dən etibarən Mərkəzi Bank «NBC Bank»ı əmanət qəbul etməyi qadağan edib, amma bank bu qadağaya baxmayaraq əmanət qəbul etməkdə davam edib. Nəticədə həmin tarixdən sonra banka pul yatıran 100-dən çox əmanətçi indi əmanətini ala bilmir.

Əmanətçilər bildirir ki, azı 100 nəfər banka məhz bu tarixdən sonra əmanət yatırıb.

Bankın əmanətçisi İlqar İmanov bildirib: «Mən aprelin 1-də banka 30 min manat yerləşdirmişdim, amma indi banka gedirəm, mənə deyirlər ki, həmin vaxt bankın əmanət götürmək hüququ olmayıb və qaytarıla bilməyəcək. Məndən başqa da banka həmin vaxtlarda, məsələn, mart ayında 12 min manat, 20 min manat və sair məbləğdə əmanət yatıranlar var. Onlar da pullarını ala bilmirlər. Biz haradan bilə bilərik ki, banka əmanət yatırmaq qadağan edilib, bankın özü bunu bildirməyibsə, biz necə bilək? İstəyirik ki, Mərkəzi Bank və fond məsələyə aydınlıq gətirsin və pulumuz qaytarılsın».

Məlumdur ki, Azərbaycanda bağlanan banklara qoyulan əmanətlərin qaytarılması ilə bağlı problemin yaranması ilk dəfə deyil ki, baş verir. Ölkəmizdə Əmanətlərin Sığortalanması Fondu fəaliyyət göstərsə və əmanətlərin tam sığortalanması haqqında qanun qüvvədə olsa da, müxtəlif səbəblərdən bu cür vəziyyət yaranır.

Bu durumun məsuliyyəti kimin üzərinə düşür? Əmanət qəbul etmək qadağası olan müvafiq bankın, banka bu qadağanı qoyan Mərkəzi Bankın, vətəndaşa əmanəti qaytarmaqdan imtina edən Əmanətlərin Sığortalanması Fondunun, yoxsa banka pul qoyan vətəndaşın? Əmanəti batmaq üzrə olanlar nə etməlidirlər?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu cür problemləri yaranan başqa bank əmanətçilərindən ona da müraciətlər olunub:

“Vətəndaşlar Mərkəzi Bankın hər hansı qərarına görə əziyyət çəkməməlidirlər. Onlar məhkəməyə müraciət edərək, öz haqlarını qoruya bilərlər. Mənim əvvəlki illərdə bağlanan bankların məhkəmə prosesləri ilə bağlı kifayət qədər təcrübəm var”.

Bəs, bu məsələdə NBS Bank-ın üzərinə məsuliyyət düşmürmü?

Hüquqşünas deyir ki, məsuliyyətin hansı qurumun üzərinə düşməsi Mərkəzi Bankın qərarının qanuni olub-olmamasından asılıdır:

“Əgər Mərkəzi Bank qanuni göstəriş veribsə və bank həmin göstərişi pozubsa, burada bankın məsuliyyətindən söhbət gedə bilər. Amma artıq onsuz da bank yoxdur. Bu baxımdan da əmanətçilər də iddialarını Fonda ünvanlanmalıdırlar. Bizim insanlar bəzən gözləyirlər, hansısa qurumlara məktub yazırlar, amma bu, onlara qarşı qanunsuz əməldir və məhkəməyə müraciət etməlidirlər”.

Ümumiyyətlə, əmanətçilərlə bağlı bu cür hallar niyə baş verir?

Əkrəm Həsənov bildirir ki, bu cür vəziyyətin yaranmasının bir sıra səbəbləri olur:

“Səbəblərdən biri Fondun işçilərinin hüquqi savadsızlığıdır, mən bununla bağlı yaranan problemin şahidi də olmuşam. Digər səbəb isə Fond rəhbərliyinin öz şəxsi mənafeləri naminə bunu etməsidir. Yəni Fond rəhbərliyi ölkə rəhbərliyi, ona nəzarət edən qurumlar qarşısında hesabat verəndə bildirsin ki, məndən az pul çıxıb. Bir növ öz maliyyə göstəriciləri ilə bağlı daha yüksək hesabatlar versin. Doğrudur, dövlət onlara demir ki, bunu vətəndaşın haqqını pozaraq elə, amma edirlər. Bunu həm də ona görə edirlər ki, əgər 1000 vətəndaşa qarşı bunu edəcəklərsə, onlardan məsələn 100 nəfərnin məhkəməyə müraciət edəcəyini bilirlər. Çünkı vətəndaşların ya qanunlardan başı çıxmır, ya da vəkil tutmaq üçün pulu olmur. Amma şəxsən mən dəfələrlə məhkəmələrdə əmanətçilərin pulunun verilməməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunu udmuşam. İki gün əvvəl 2 il iş apardıqdan sonra Ali Məhkəmədə “Bank Standart”ın əmanətçisinin 70 min dollarının qaytarılması ilə bağlı prosesi udmuşam. Həmin pulu onlardan alacağam. Bu cür proseslər həm də vaxt istəyir. Fondun rəhbəri üçün də vacibdir ki, o işlədiyi dövrdə məlumat versin ki, qurumdan az pul çıxıb. Bu, əlbəttə ki, ədalətsizlikdir”.

Oxunub: 7

XƏBƏR LENTİ
Bu gün, 13:00 Gömrükdə yenə adı olub, rəsmi fəaliyyəti olmayan şirkətlər peyda olub - İDDİA
Bu gün, 13:00 TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM
Bu gün, 12:30 “İdeal Yaşam”MMC-də ideal olmayan yaşayış tərzi – Sakinlər nədən şikayət edir?
Bu gün, 12:00 "Uninet" yenə də vətəndaşlara problem yaradır - GİLEY
Bu gün, 11:30 “Azərxalça”nın əməkdaşları 5 aydır maaş ala bilmir - NARAZILIQ...
Bu gün, 11:00 Maşın bazarında ucuzlaşma - Açıqlama
Bu gün, 10:30 “İspan şərabı diplomatı”nın da adı “qara siyahı”da – Anar Məhərrəmovun paxırını öz atası açıb
Bu gün, 10:00 Xəyanətin Arifi: Ağsaqqal ola bilməyən ağçaqqal - VİDEO
Bu gün, 09:30 Ramiz Mehdiyev bu qurumların ləğvinin qarşısını niyə aldı? – Prezident sərəncam versə də...
Bu gün, 09:00 Müştəri "Soliton" mağazalar şəbəkəsindən şikayətçidir - FOTO
31-07-2020, 16:35 Azərbaycanda karantin rejimi və koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM
31-07-2020, 16:31 TƏBİB-dən çimərliklər və rayonlara gediş-gəlişin açılması ilə bağlı AÇIQLAMA
31-07-2020, 16:29 Fəzail Ağamalı Ramiz Mehdiyevə: "100 yaşasın, ancaq düz yaşasın! Azərbaycan dövləti ilə işi olmasın!"
31-07-2020, 16:25 Deputatlara bayram pulu verildi - MƏBLƏĞ
31-07-2020, 16:15 “Azərsu” ASC-yə 1 milyon manat ayrılıb
31-07-2020, 16:12 Bakının mərkəzi küçə və yollarında dezinfeksiya işləri aparılacaq
31-07-2020, 16:05 İsmayıllı rayonunun Sumağallı kəndində 264 yerlik məktəb tikiləcək
31-07-2020, 15:49 Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunda körpü tikintisi üçün 15 milyon manat ayrılıb
31-07-2020, 13:26 Heydər məscidində bayram namazı qılınıb