Son Dəqiqə

17-01-2022, 14:09 - DİN-dən deputatın rəis oğlunun töhmət alması xəbərinə REAKSİYA

17-01-2022, 14:07 - “Bəy hamamı”nın sahibi CƏRİMƏLƏNDİ

17-01-2022, 14:02 - Azad edilmiş ərazilərə avtobus marşrutları AÇILIR

17-01-2022, 14:00 - Sabahın hava proqnozu - Güclü külək XƏBƏRDARLIĞI

17-01-2022, 13:59 - Prokuror “İdeal”ın keçmiş sahibinə 8 il cəza istədi

17-01-2022, 12:51 - Şamaxıda uşaqları acınacaqlı vəziyyətdə qoyan qadın analıq hüququndan MƏHRUM EDİLƏCƏK

17-01-2022, 12:50 - Benzin almaq üçün saxta 100-lük verdi - TUTULDU

17-01-2022, 12:49 - Azərbaycandakı ceyranların sayı AÇIQLANDI

17-01-2022, 12:38 - Aydın Balayevin çap etdirə bilmədiyi kitabı çıxdı

17-01-2022, 12:37 - Bu sahədə çalışanların maaşı daha YÜKSƏKDİR

5-01-2022, 12:29 - Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər imtahan verəcəklər

5-01-2022, 12:20 - Prezident “Şuşa İli” ilə bağlı sərəncam İMZALADI

5-01-2022, 12:16 - Azərbaycan Cüdo Federasiyasında yeni TƏYİNAT

5-01-2022, 12:14 - Bayram günlərinin “qara statistikası” AÇIQLANDI

5-01-2022, 12:08 - Qaz və benzin qiymətləri ilə bağlı yeni qərar verildi

5-01-2022, 11:58 - Nazirlikdən un və çörəyin qiymətilə bağlı XƏBƏRDARLIQ

5-01-2022, 11:57 - Şagirdlərin elektron yerdəyişməsi davam edir

5-01-2022, 11:56 - Jurnalistlər Eynulla Fətullayevlə Zaur Rəsulzadə davaya ÇIXDILAR

22-12-2021, 19:56 - Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”

21-12-2021, 15:55 - Qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

21-12-2021, 15:27 - Bakıda qurumuş ağaclar utilizasiya edilir - FOTOLAR

21-12-2021, 15:25 - Bağçanın qaz sayğacına müdaxilə aşkarlandı - VİDEO

21-12-2021, 15:23 - 12 illik təhsil labüddür - Deputat

21-12-2021, 15:21 - Prokuror Ata Abdullayevə 9 il həbs istədi

21-12-2021, 15:20 - Şagirdləri ilə birgə döyüşən, qrup yoldaşlarıyla müharibədə qarşılaşan MÜƏLLİM

21-12-2021, 15:19 - Paşinyan Ermənistan Konstitusiyasını niyə DƏYİŞİR…

20-12-2021, 12:11 - “Universal Döyüş”çülərimiz dünya çempionatında yüksək nəticələr əldə ediblər

17-12-2021, 10:56 - Su anbarında üç aylıq körpənin meyiti tapıldı

GundelikXeber
 Valyuta məzənnəsi

ABŞ daha 8 minaaxtaran it göndərdi - FOTO

Tarix:1-12-2021, 14:45

ABŞ daha 8 minaaxtaran it göndərdi - FOTO

ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) daha 8 minaaxtaran it göndərilib.



İtləri gətirən təyyarə bu gün hava limanına enib. Bununla da Marşal İrsi İnstitutundan ANAMA-ya verilən itlərin sayı 20-yə çatıb. İtlər işğaldan azad edilən Qarabağda minatəmizləmə əməliyyatlarına qatılacaq.



Yerdə qalan 10 baş itin agentliyə təhvili 2022- 2023- cü illərdə gözlənilir.



Xatırladaq ki, bu ilin 26 avqust tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində, MLİ tərəfindən ANAMA-ya veriləcək itlərin sayı 30-dur.



Göndərilən itlərin 6-sı ANAMA-nın, qalan 2-si isə Marşal İrsi İnstitutu tərəfindən cəlb edilən donorların maliyyə dəstəyi ilə alınıb.
Öncədən göndərilən minaaxtaran itlər Agentliyin Horadiz Regional Mərkəzində öz bələdçisi ilə uyğunlaşma təlimi və Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) üzrə akkreditasiyadan keçərək, işğaldan azad edilən ərazilərdə əməliyyatlara cəlb olunublar.
Minatəmizləmə əməliyyatlarında əsasən Alman Ovçarkası və Belçika Malinua cinsindən olan itlərə üstünlük verilir. MAİ-lərlə istifadə olunan dil ingilis və holland dilləridir. İtlər 3 ayından etibarən onlar üçün ayrılmış xüsusi oyun meydançasında təlimlərə başlayır. 18 ayınadək dörd-ayaqlı köməkçilər müxtəlif növ partlayıcı qurğuların aşkar edilməsi bacarığına yiyələnir. Sonda akkreditasiyadan keçmiş MAİ və bələdçisi sahə əməliyyatlarına cəlb olunur.



MAİ-lər işə cəlb edilməzdən əvvəl bütün tibbi amillər nəzərdən keçirilir və itin sağlamlığı barədə sertifikat əldə edilir. Əməliyyatlarda iştirak edən MAİ-lər tam sağlam olmalıdır. Həmçinin, baytar nəzarəti altında itlər 6 ayından etibarən qrafik üzrə və region dəyişikliyi zamanı peyvənd olunurlar.



Əllə və mexaniki vasitələrlə təmizləmə əməliyyatları ilə birgə xüsusi təlim keçmiş minaaxtaran itlərin də ərazilərin minalardan təmizlənməsində və insan həyatının xilas edilməsində rolu əvəzsizdir. Minaaxtaran itlər təmizləmə əməliyyatlarında, texniki tədqiqatda, şübhəli sahələrin qısaldılmasında, mexaniki yolla yoxlanılmış sahələrdə aparılan keyfiyyətə nəzarət prosedurlarında istifadə olunur.



Qeyd edək ki, itlərin Azərbaycana gətirilməsi "Silkway West Airlines" şirkəti tərəfindən təmənnasız olaraq həyata keçirilib.
Oxunub: 372

XƏBƏR LENTİ
17-01-2022, 14:09 DİN-dən deputatın rəis oğlunun töhmət alması xəbərinə REAKSİYA
17-01-2022, 14:07 “Bəy hamamı”nın sahibi CƏRİMƏLƏNDİ
17-01-2022, 14:02 Azad edilmiş ərazilərə avtobus marşrutları AÇILIR
17-01-2022, 14:00 Sabahın hava proqnozu - Güclü külək XƏBƏRDARLIĞI
17-01-2022, 13:59 Prokuror “İdeal”ın keçmiş sahibinə 8 il cəza istədi
17-01-2022, 12:51 Şamaxıda uşaqları acınacaqlı vəziyyətdə qoyan qadın analıq hüququndan MƏHRUM EDİLƏCƏK
17-01-2022, 12:50 Benzin almaq üçün saxta 100-lük verdi - TUTULDU
17-01-2022, 12:49 Azərbaycandakı ceyranların sayı AÇIQLANDI
17-01-2022, 12:38 Aydın Balayevin çap etdirə bilmədiyi kitabı çıxdı
17-01-2022, 12:37 Bu sahədə çalışanların maaşı daha YÜKSƏKDİR
5-01-2022, 12:29 Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər imtahan verəcəklər
5-01-2022, 12:20 Prezident “Şuşa İli” ilə bağlı sərəncam İMZALADI
5-01-2022, 12:16 Azərbaycan Cüdo Federasiyasında yeni TƏYİNAT
5-01-2022, 12:14 Bayram günlərinin “qara statistikası” AÇIQLANDI
5-01-2022, 12:08 Qaz və benzin qiymətləri ilə bağlı yeni qərar verildi
5-01-2022, 11:58 Nazirlikdən un və çörəyin qiymətilə bağlı XƏBƏRDARLIQ
5-01-2022, 11:57 Şagirdlərin elektron yerdəyişməsi davam edir
5-01-2022, 11:56 Jurnalistlər Eynulla Fətullayevlə Zaur Rəsulzadə davaya ÇIXDILAR
22-12-2021, 19:56 Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”