Son Dəqiqə

Bu gün, 12:11 - Rusiya XİN başçısı ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün, 12:10 - Sabahın hava proqnozu açıqlanıb

Bu gün, 12:09 - Polis Şirvanda reyd keçirib

Bu gün, 12:08 - Ronaldu özünə yeni avtomobil sifariş etdi

Bu gün, 12:07 - Lavrov Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Bu gün, 12:06 - Kazanda məktəbdə atışma zamanı ölənlərin sayı 9-a çatdı – YENİLƏNİB

Bu gün, 12:04 - Lavrov Bakıdakı “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksini ziyarət edib

Bu gün, 12:03 - Ceyhun Bayramov və Lavrov arasında görüş başlayıb

Dünən, 09:44 - Prezident İlham Əliyev Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə paylaşım edib - FOTO

Dünən, 09:40 - “Qarabağ” darmadağınla birgünlük əldən verdiyi liderliyi geri aldı - VİDEO

Dünən, 09:36 - Güclü külək Balakən və Zaqatala rayonlarında fəsadlar törədib - FOTO

Dünən, 09:35 - Nadir Qafarzadə Azərbaycandan gedir: Başqa ölkəyə köçəcək

Dünən, 09:30 - Daha bir para-taekvondoçumuz Tokio Paralimpiya Oyunlarında iştirak üçün lisenziya qazandı - YENİLƏNİB

Dünən, 09:28 - Bakıdan Zaqatalaya gedən mikroavtobus qəzaya uğrayıb

Dünən, 09:27 - “Formula 1”: İspaniya Qran-Prisinin qalibi bəlli oldu

Dünən, 09:26 - Bakıda alzhaymer xəstəsi olan yaşlı kişi itkin düşüb – FOTO

Dünən, 09:25 - Masallıda iki idman zalında karantin qaydalarının pozulduğu aşkarlandı

Dünən, 09:24 - Dmitri Kramarenkonun qızı Bakıda ikinci medalını qazandı – YENİLƏNİB

8-05-2021, 14:52 - Baba Vəziroğlu koronavirusa yoluxdu

8-05-2021, 14:50 - AHİK rəhbərliyi Fəxri xiyabana gedərək Ulu Öndərin xatirəsini yad ediblər - FOTOLAR

8-05-2021, 14:47 - Əli Əsədov vacib iclas keçirdi - FOTO

8-05-2021, 12:56 - Faşizm üzərində qələbə gününüz mübarək, Surxay müəllim!

8-05-2021, 12:25 - Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: Rusiya sülhməramlıları XANKƏNDİDƏ...

8-05-2021, 12:11 - Operativ Qərargahın BU QADAĞASI sabahdan qüvvəyə minir

8-05-2021, 12:00 - “Rövnəq Abdullayev və onun dəstəsi yola salınacaq” – Ekspert

8-05-2021, 10:42 - Dövlət Vergi Xidmətində 2 yeni baş idarə yaradıldı

8-05-2021, 10:39 - Məşhur aparıcıya YENİ VƏZİFƏ verildi

8-05-2021, 10:35 - Bu yay çimərliklərə icazə verilə bilər - AÇIQLAMA

GundelikXeber
 Valyuta məzənnəsi

Mir Cəlal Paşayevin anadan olmasından 113 il ötür

Tarix:26-04-2021, 10:36

Mir Cəlal Paşayevin anadan olmasından 113 il ötürBu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 113 il keçir.

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, "Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, "Naxələf", "Bostan oğrusu", "Qüdrət nümayişi", "İstifadə", "Dəzgah qızı", "Heyrət" hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları çap olunub. O zaman, 1935-ci ildə “Dirilən adam” romanı ilə Mir Cəlal Paşayev akademik Məmməd Arifin yazdığı kimi “diqqətli bir realist yazıçı olduğunu göstərib”.

Yazıçının qələminə altı roman məxsusdur. Onların arasında “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz harayadır” keçmişdən, “Açıq kitab”, “Yaşıdlarım” və “Yeni şəhər” isə müasir həyatdan bəhs edir.

Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri" əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb.

Görkəmli Azərbaycan yazıçısı, alimi, pedaqoqu Mir Cəlal Paşayevin əsərləri bir çox xarici dillərə tərcümə edilib, onun əsərləri müxtəlif ölkələrin oxucularında sonsuz maraq doğurub.

Oxunub: 20

XƏBƏR LENTİ
Bu gün, 12:11 Rusiya XİN başçısı ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bu gün, 12:10 Sabahın hava proqnozu açıqlanıb
Bu gün, 12:09 Polis Şirvanda reyd keçirib
Bu gün, 12:08 Ronaldu özünə yeni avtomobil sifariş etdi
Bu gün, 12:07 Lavrov Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Bu gün, 12:06 Kazanda məktəbdə atışma zamanı ölənlərin sayı 9-a çatdı – YENİLƏNİB
Bu gün, 12:04 Lavrov Bakıdakı “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksini ziyarət edib
Bu gün, 12:03 Ceyhun Bayramov və Lavrov arasında görüş başlayıb
Dünən, 09:44 Prezident İlham Əliyev Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə paylaşım edib - FOTO
Dünən, 09:40 “Qarabağ” darmadağınla birgünlük əldən verdiyi liderliyi geri aldı - VİDEO
Dünən, 09:36 Güclü külək Balakən və Zaqatala rayonlarında fəsadlar törədib - FOTO
Dünən, 09:35 Nadir Qafarzadə Azərbaycandan gedir: Başqa ölkəyə köçəcək
Dünən, 09:30 Daha bir para-taekvondoçumuz Tokio Paralimpiya Oyunlarında iştirak üçün lisenziya qazandı - YENİLƏNİB
Dünən, 09:28 Bakıdan Zaqatalaya gedən mikroavtobus qəzaya uğrayıb
Dünən, 09:27 “Formula 1”: İspaniya Qran-Prisinin qalibi bəlli oldu
Dünən, 09:26 Bakıda alzhaymer xəstəsi olan yaşlı kişi itkin düşüb – FOTO
Dünən, 09:25 Masallıda iki idman zalında karantin qaydalarının pozulduğu aşkarlandı
Dünən, 09:24 Dmitri Kramarenkonun qızı Bakıda ikinci medalını qazandı – YENİLƏNİB
8-05-2021, 14:52 Baba Vəziroğlu koronavirusa yoluxdu