Son Dəqiqə

17-01-2022, 14:09 - DİN-dən deputatın rəis oğlunun töhmət alması xəbərinə REAKSİYA

17-01-2022, 14:07 - “Bəy hamamı”nın sahibi CƏRİMƏLƏNDİ

17-01-2022, 14:02 - Azad edilmiş ərazilərə avtobus marşrutları AÇILIR

17-01-2022, 14:00 - Sabahın hava proqnozu - Güclü külək XƏBƏRDARLIĞI

17-01-2022, 13:59 - Prokuror “İdeal”ın keçmiş sahibinə 8 il cəza istədi

17-01-2022, 12:51 - Şamaxıda uşaqları acınacaqlı vəziyyətdə qoyan qadın analıq hüququndan MƏHRUM EDİLƏCƏK

17-01-2022, 12:50 - Benzin almaq üçün saxta 100-lük verdi - TUTULDU

17-01-2022, 12:49 - Azərbaycandakı ceyranların sayı AÇIQLANDI

17-01-2022, 12:38 - Aydın Balayevin çap etdirə bilmədiyi kitabı çıxdı

17-01-2022, 12:37 - Bu sahədə çalışanların maaşı daha YÜKSƏKDİR

5-01-2022, 12:29 - Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər imtahan verəcəklər

5-01-2022, 12:20 - Prezident “Şuşa İli” ilə bağlı sərəncam İMZALADI

5-01-2022, 12:16 - Azərbaycan Cüdo Federasiyasında yeni TƏYİNAT

5-01-2022, 12:14 - Bayram günlərinin “qara statistikası” AÇIQLANDI

5-01-2022, 12:08 - Qaz və benzin qiymətləri ilə bağlı yeni qərar verildi

5-01-2022, 11:58 - Nazirlikdən un və çörəyin qiymətilə bağlı XƏBƏRDARLIQ

5-01-2022, 11:57 - Şagirdlərin elektron yerdəyişməsi davam edir

5-01-2022, 11:56 - Jurnalistlər Eynulla Fətullayevlə Zaur Rəsulzadə davaya ÇIXDILAR

22-12-2021, 19:56 - Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”

21-12-2021, 15:55 - Qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

21-12-2021, 15:27 - Bakıda qurumuş ağaclar utilizasiya edilir - FOTOLAR

21-12-2021, 15:25 - Bağçanın qaz sayğacına müdaxilə aşkarlandı - VİDEO

21-12-2021, 15:23 - 12 illik təhsil labüddür - Deputat

21-12-2021, 15:21 - Prokuror Ata Abdullayevə 9 il həbs istədi

21-12-2021, 15:20 - Şagirdləri ilə birgə döyüşən, qrup yoldaşlarıyla müharibədə qarşılaşan MÜƏLLİM

21-12-2021, 15:19 - Paşinyan Ermənistan Konstitusiyasını niyə DƏYİŞİR…

20-12-2021, 12:11 - “Universal Döyüş”çülərimiz dünya çempionatında yüksək nəticələr əldə ediblər

17-12-2021, 10:56 - Su anbarında üç aylıq körpənin meyiti tapıldı

GundelikXeber
 Valyuta məzənnəsi

Ölkədə medianın inkişafına xidmət edən önəmli təşəbbüs

Tarix:14-12-2021, 15:31

Ölkədə medianın inkişafına xidmət edən önəmli təşəbbüs


Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir.
Respublikamızda ölkə başçımızın rəhbərliyi ilə bütün sahələrdə islahatlar aparılır. Bu islahatların aparıldığı istiqamətlərdən biri də mətbuat sahəsidir. Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir.

“Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. Qanun layihəsinin mahiyyəti və həssaslığı nəzərə alınmaqla, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılmış, 800-yə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunmuşdur. “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcəkdir. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcəkdir. Qanun sosial şəbəkələrin və blogerlərin fəaliyyətini tənzimləmir. Həmçinin, “vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu Qanunun təsir dairəsinə daxil deyil. İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.

Media haqqında qanun Azərbaycanda təkcə çap mətbuatı deyil, elektron medianın, eyni zamanda, internet televiziyaların tənzimlənməsində mühüm rol oynayacaq. Qanun layihəsi jurnalistlərin statusu, ümumiyyətlə, redaksiyaların statusu və bir çox digər məsələləri özündə əks etdirir. Həmçinin, hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və sair halların hamısı detallı şəkildə layihədə əksini tapıb.

Hazırda məlumatların sistemləşdirilməsi, müvafiq yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulmuşdur. Media Reyestrinin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılmasıdır. Media Reyestrinin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəkdir. Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcəkdir.

Qanun layihəsində nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli media məhsulunun istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır.


İlahə Ağalarova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Oxunub: 370

XƏBƏR LENTİ
17-01-2022, 14:09 DİN-dən deputatın rəis oğlunun töhmət alması xəbərinə REAKSİYA
17-01-2022, 14:07 “Bəy hamamı”nın sahibi CƏRİMƏLƏNDİ
17-01-2022, 14:02 Azad edilmiş ərazilərə avtobus marşrutları AÇILIR
17-01-2022, 14:00 Sabahın hava proqnozu - Güclü külək XƏBƏRDARLIĞI
17-01-2022, 13:59 Prokuror “İdeal”ın keçmiş sahibinə 8 il cəza istədi
17-01-2022, 12:51 Şamaxıda uşaqları acınacaqlı vəziyyətdə qoyan qadın analıq hüququndan MƏHRUM EDİLƏCƏK
17-01-2022, 12:50 Benzin almaq üçün saxta 100-lük verdi - TUTULDU
17-01-2022, 12:49 Azərbaycandakı ceyranların sayı AÇIQLANDI
17-01-2022, 12:38 Aydın Balayevin çap etdirə bilmədiyi kitabı çıxdı
17-01-2022, 12:37 Bu sahədə çalışanların maaşı daha YÜKSƏKDİR
5-01-2022, 12:29 Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər imtahan verəcəklər
5-01-2022, 12:20 Prezident “Şuşa İli” ilə bağlı sərəncam İMZALADI
5-01-2022, 12:16 Azərbaycan Cüdo Federasiyasında yeni TƏYİNAT
5-01-2022, 12:14 Bayram günlərinin “qara statistikası” AÇIQLANDI
5-01-2022, 12:08 Qaz və benzin qiymətləri ilə bağlı yeni qərar verildi
5-01-2022, 11:58 Nazirlikdən un və çörəyin qiymətilə bağlı XƏBƏRDARLIQ
5-01-2022, 11:57 Şagirdlərin elektron yerdəyişməsi davam edir
5-01-2022, 11:56 Jurnalistlər Eynulla Fətullayevlə Zaur Rəsulzadə davaya ÇIXDILAR
22-12-2021, 19:56 Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”