Son Dəqiqə

17-01-2022, 14:09 - DİN-dən deputatın rəis oğlunun töhmət alması xəbərinə REAKSİYA

17-01-2022, 14:07 - “Bəy hamamı”nın sahibi CƏRİMƏLƏNDİ

17-01-2022, 14:02 - Azad edilmiş ərazilərə avtobus marşrutları AÇILIR

17-01-2022, 14:00 - Sabahın hava proqnozu - Güclü külək XƏBƏRDARLIĞI

17-01-2022, 13:59 - Prokuror “İdeal”ın keçmiş sahibinə 8 il cəza istədi

17-01-2022, 12:51 - Şamaxıda uşaqları acınacaqlı vəziyyətdə qoyan qadın analıq hüququndan MƏHRUM EDİLƏCƏK

17-01-2022, 12:50 - Benzin almaq üçün saxta 100-lük verdi - TUTULDU

17-01-2022, 12:49 - Azərbaycandakı ceyranların sayı AÇIQLANDI

17-01-2022, 12:38 - Aydın Balayevin çap etdirə bilmədiyi kitabı çıxdı

17-01-2022, 12:37 - Bu sahədə çalışanların maaşı daha YÜKSƏKDİR

5-01-2022, 12:29 - Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər imtahan verəcəklər

5-01-2022, 12:20 - Prezident “Şuşa İli” ilə bağlı sərəncam İMZALADI

5-01-2022, 12:16 - Azərbaycan Cüdo Federasiyasında yeni TƏYİNAT

5-01-2022, 12:14 - Bayram günlərinin “qara statistikası” AÇIQLANDI

5-01-2022, 12:08 - Qaz və benzin qiymətləri ilə bağlı yeni qərar verildi

5-01-2022, 11:58 - Nazirlikdən un və çörəyin qiymətilə bağlı XƏBƏRDARLIQ

5-01-2022, 11:57 - Şagirdlərin elektron yerdəyişməsi davam edir

5-01-2022, 11:56 - Jurnalistlər Eynulla Fətullayevlə Zaur Rəsulzadə davaya ÇIXDILAR

22-12-2021, 19:56 - Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”

21-12-2021, 15:55 - Qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

21-12-2021, 15:27 - Bakıda qurumuş ağaclar utilizasiya edilir - FOTOLAR

21-12-2021, 15:25 - Bağçanın qaz sayğacına müdaxilə aşkarlandı - VİDEO

21-12-2021, 15:23 - 12 illik təhsil labüddür - Deputat

21-12-2021, 15:21 - Prokuror Ata Abdullayevə 9 il həbs istədi

21-12-2021, 15:20 - Şagirdləri ilə birgə döyüşən, qrup yoldaşlarıyla müharibədə qarşılaşan MÜƏLLİM

21-12-2021, 15:19 - Paşinyan Ermənistan Konstitusiyasını niyə DƏYİŞİR…

20-12-2021, 12:11 - “Universal Döyüş”çülərimiz dünya çempionatında yüksək nəticələr əldə ediblər

17-12-2021, 10:56 - Su anbarında üç aylıq körpənin meyiti tapıldı

GundelikXeber
 Valyuta məzənnəsi

Zəngəzur dəhlizi əvəzinə kommunikasiya xətti? - ŞƏRH

Tarix:15-12-2021, 12:01

Zəngəzur dəhlizi əvəzinə kommunikasiya xətti? - ŞƏRH
Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə keçirilmiş üçtərəfli görüşün yekunları ilə bağlı sosial şəbəkədəki səhifəsində bunları yazıb:

“Şarl Mişel və İlham Əliyevlə üçtərəfli görüş zamanı biz Azərbaycan prezidenti ilə dəmiryolunun fəaliyyətinin bərpası ilə bağlı razılığı təsdiqlədik. Dəmir yolu qarşılıqlı prinsip əsasında beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistan İran və Rusiya Federasiyasına dəmir yolu ilə çıxış əldə edəcək”.


Erməni baş nazirin fikirlərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Modern.az-a bildirib ki, bununla Nikol Paşinyan bir daha Zəngəzur dəhlizinin yerinə kommunikasiya xəttinin açılacağını vurğulamış oldu.

“Paşinyan Brüsseldə vəd edib ki, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirəcək. O bildirib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək.
Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev bu mövzuya NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşdən sonra keçirilən mətbuat konfransında bu şəkildə münasibət bildirib: “Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”.

Beləliklə, Qərbi Zəngəzurda maneəsiz keçid mümkün olmayacaq. Ancaq bu narahatlıq üçün əsas olmamalıdır. Ermənistan Qərbi Zəngəzurda bizə maneəsiz keçid yaratmayacaqsa, biz də Laçında ermənilərin maneəsiz keçidinin qarşısını almalı, sərhədi mütləq şəkildə nəzarətə götürməliyik. Kreml İrəvanla eyni mövqedən çıxış edərək, “Ermənistanın Qərbi Zəngəzurdan keçəcək nəqliyyat vasitələrinə nəzarət etmək hüququ var” prinsipini dəstəkləyib. Bu sərhəddə yoxlama deməkdir. Zəngəzur dəhlizində yoxlama bizə əsas verir ki, eyni yoxlamanı bizə də Ermənistanla sərhədin Laçın hissəsisində həyata keçirək.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsselin Ermənistan və Azərbaycana texniki yardım göstərməklə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində kömək edəcəyini bildirib. Şarl Mişel qeyd edib ki, sərhədlərin demarkasiyası və delimitasiyasına dəstək üçün ekspertlər (məsləhətçilər qrupu) təqdim edəcək. Yaxşı təklifdir, sadəcə gərək sərhədləri müəyyənləşdirən komissiya yaransın ki, bundan sonra maraqlı tərəflərin iştirakı təmin olunsun. Sərhəd məsələsində Ermənistandan səs çıxmır”.


Siyasi şərhçi deyib ki, Şarl Mişelin üçtərəfli görüşün yekunuyla bağlı yaydığı bəyanatda belə bir cümlə var:

“Hər iki liderə Avropa İttifaqının hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə sadiq olduğuna əmin edib”.

Bu abzasda “Azərbaycanla Ermənistanın qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıdığını ehtiva edən sülh sazişinə ehtiyac var” cümləsinə ehtiyac var idi. Ancaq hər halda Avropa İttifaqı xoş niyyətini ortaya qoyub və Azərbaycanla Ermənistana sülh əldə etməkdə yardım əlini uzadır.

Beləliklə, görüşlər və müzakirələr davam edir. Ancaq müharibədən keçən bir ildə nə tərəflər arasında sülh sazişi imzalanıb, nə kommunikasiya məsələsində irəliləyiş var, nə də sərhədin müəyyənləşməsi məqsədilə ortaq komissiya yaranıb...”.

Oxunub: 368

XƏBƏR LENTİ
17-01-2022, 14:09 DİN-dən deputatın rəis oğlunun töhmət alması xəbərinə REAKSİYA
17-01-2022, 14:07 “Bəy hamamı”nın sahibi CƏRİMƏLƏNDİ
17-01-2022, 14:02 Azad edilmiş ərazilərə avtobus marşrutları AÇILIR
17-01-2022, 14:00 Sabahın hava proqnozu - Güclü külək XƏBƏRDARLIĞI
17-01-2022, 13:59 Prokuror “İdeal”ın keçmiş sahibinə 8 il cəza istədi
17-01-2022, 12:51 Şamaxıda uşaqları acınacaqlı vəziyyətdə qoyan qadın analıq hüququndan MƏHRUM EDİLƏCƏK
17-01-2022, 12:50 Benzin almaq üçün saxta 100-lük verdi - TUTULDU
17-01-2022, 12:49 Azərbaycandakı ceyranların sayı AÇIQLANDI
17-01-2022, 12:38 Aydın Balayevin çap etdirə bilmədiyi kitabı çıxdı
17-01-2022, 12:37 Bu sahədə çalışanların maaşı daha YÜKSƏKDİR
5-01-2022, 12:29 Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər imtahan verəcəklər
5-01-2022, 12:20 Prezident “Şuşa İli” ilə bağlı sərəncam İMZALADI
5-01-2022, 12:16 Azərbaycan Cüdo Federasiyasında yeni TƏYİNAT
5-01-2022, 12:14 Bayram günlərinin “qara statistikası” AÇIQLANDI
5-01-2022, 12:08 Qaz və benzin qiymətləri ilə bağlı yeni qərar verildi
5-01-2022, 11:58 Nazirlikdən un və çörəyin qiymətilə bağlı XƏBƏRDARLIQ
5-01-2022, 11:57 Şagirdlərin elektron yerdəyişməsi davam edir
5-01-2022, 11:56 Jurnalistlər Eynulla Fətullayevlə Zaur Rəsulzadə davaya ÇIXDILAR
22-12-2021, 19:56 Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”