Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq.

Bu barədə Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 27-28 noyabrda baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğasının olacağı gözlənilir.

Dekabrın 1-də isə aktivliyin artacağı, maqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın 2-də yenidən G1 səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.

Dekabrın ilk günlərində TKA və Günəşin səthindəki tac dəliyinin təsiri ilə geomaqnit sahəsinin aktiv səviyyələrdə olacağı və 5 dekabrda yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası nın olacağı proqnozlaşdırılır.

Digər Xəbərlər