Türkiyə millisini aparan təyyarə Almaniyaya təcili eniş edib

AVRO-2024-ün seçmə mərhələsində Uelslə oyundan qayıdan Türkiyə millisini aparan təyyarə Almaniyada təcili eniş edib.

Buna “ay-ulduzlular”ın baş məşqçisi Vinçentso Montellanın qardaşı Emanuel Montellanın səhhətinin pisləşməsi səbəb olub.

Təyyarə Münhenə təcili eniş edib. Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop və V.Montella yığmanın həkimi ilə birlikdə xəstəxanaya yollanıblar.

Qeyd edək ki, Uelslə 1:1 hesablı heç-heçə edən Türkiyə millisi D qrupunu 17 xalla lider başa vurub.

Mənbə: İHA

Digər Xəbərlər