• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
12.03.25 11:25
Araşdırma / Cəmiyyət
2

Daha yüngül cəza təyin edərkən bunlar nəzərə alınmalıdır

Ali Məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsinin (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiqi edilməsi barədə məqamlara aydınlıq gətirib. Musavat.com xəbər verir ki, məhkəmə qərarında qeyd edilib ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin təfsirindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur.

O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin mənasına görə isə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər.

Lakin o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir.

Oxşar Xəbərlər

backend
Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
17.01.25 10:28
Hadisə
backend
Vəzir Həsənov: Xocalı dirçəlir
26.02.25 12:38
Cəmiyyət
backend
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı
4.03.25 10:34
Siyasət
backend
Dostuna zarafat etdi, polisə çağırıldı - Açıqlama
10.02.25 12:35
Hadisə
backend
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
12.02.25 10:33
Gündəm / Siyasət

XƏBƏR LENTİ

18:10 Mənəviyyat zirvəzində olan vətənpərvər insan Azay Xasay oğlu Möhnətov
18:09 Azərbaycan-Türkiyə müharibə, silahlı qüvvələr veteranlarının tarixi görüşü.
17:45 Heydər Əliyevin posterini sökdürərək yerində obyekt tikdirən Vüqar Sədibəyli kimdir? - VİDEO
12:13 Məmur paytaxta obyekt tikdirib?- FOTOFAKT
16:15 Sumqayıtın 26 saylı bağçasında rüşvət qalmaqalı - İDDİA
20:00 "Venesiya" şadlıq sarayında zəhərlənənlərin sayı 50-ni keçdi - YENİLƏNİB
15:09 SON DƏQİQƏ! "Oliqarx Baku"da dava: Vüsal-Yetər cütlüyünün restoranı barəsində məhkəmə qərar verdi
21:39 Sabiq məmurun oğlu övladından imtina etdi – Səbəb
15:48 "Kəpəz" hospitalında əməliyyatdan sonra yataq xəstəsi oldu...
20:24 Son günlər Nəsimi rayonunda abadlıq qruculuq işləri rayon sakinlərini olduqca sevindirir - VİDEO+FOTOLAR
19:02 Sumqayıtda Heydər Əliyevin adına əkilmiş ağaclar kəsildi - Sakinlər ölkə rəhbərliyinə müraciət etdi - FOTO - VİDEO
12:38 FHN, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov: Zərifə xanım Əliyeva – Azərbaycan elminin və ziyalılığının nurlu siması
11:38 Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov: Bu gün görkəmli oftalmoloq, professor Zərifə xanım Əliyevanın anım günüdür
11:30 Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov: Zərifə Əliyeva – Azərbaycan tibb elminin nurlu siması
11:23 "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev: Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
16:00 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
15:30 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
15:01 Millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev – Dövlətə sədaqət andı
14:22 ABŞ yaxın vaxtlarda İranla bağlı qərarını verəcək - Tramp
13:43 Daha bir MTK yaşayış ola-ola söküntü aparır – “Evimi başıma uçurdurlar, kömək edin” — FOTOLAR
13:39 Saleh Məmmədova yaxın olduğu deyilən “tender kralı” daha bir müsabiqənin qalibi oldu
13:35 MTK şeflərinin həbsdə "kral" həyatı: Alaverdiyev, Kərimov kimilərə bu şəraiti kimlər yaradır?
13:33 “Tuana estetic centre”də cərrah Esmira İbrahimli mənim üzümdə qüsurlar yaratdı-Şikayət
13:31 Mingəçevirdə qadını sifarişlə həbs etdirmək istəyirlər?Şok müraciət!
13:28 İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib - YENİLƏNİB
Bütün xəbərlər

Araşdırma

backend
Sabiq məmurun oğlu övladından imtina etdi – Səbəb
17.04.25 - 21:39
12
backend
Son günlər Nəsimi rayonunda abadlıq qruculuq işləri rayon sakinlərini olduqca sevindirir - VİDEO+FOTOLAR
15.04.25 - 20:24
16
backend
Sumqayıtda Heydər Əliyevin adına əkilmiş ağaclar kəsildi - Sakinlər ölkə rəhbərliyinə müraciət etdi - FOTO - VİDEO
15.04.25 - 19:02
4
backend
Balakəndə bələdiyyə sədri və biznesmen əmiləri polisə tabe olmayaraq içkili halda mübahisə yaratdılar
12.04.25 - 12:20
5
backend
Nəsimi rayonundakı qanunsuz tikintiyə Taleh Bəşirovla Asim Rzayev dəstək verir?
12.04.25 - 12:17
4

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

Maraqlı

backend
14.04.25 16:00
Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
backend
8.04.25 14:22
Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • (+99450) 214 12 68

© 2025, Gundelikxeber.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.