• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
12.03.25 14:00
Gündəm / Araşdırma / Cəmiyyət
3

Dövlət Turizm Agentliyindəki həbslərin ŞOK PƏRDƏARXASI - TƏFƏRRÜAT

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb olunmuş Dövlət Turizm Agentliyinin əməkdaşlarından birinin kimliyi məlum olub. Məlum olub ki, Dövlət Turizm Agentliyi (DTA) Aparatının əməkdaşı Nicat Hüseynov şübhəli şəxs kimi tutulub, Səbayel Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb. Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsindən sonra bu qurum ətrafında iddialar səngimir.

Musavat.com-un əldə etdiyi məlumata görə, Dövlət Turizm Agentliyindən xidməti yazışmaların sızdırılması qurumun rəhbəri Fuad Nağıyevin postunu itirməsi ilə nəticələnəcək.

DTA Aparatının əməkdaşı Nicat Hüseynovun həbsindən əvvəl xəbər yayılmışdı ki, Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib. “Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır”, - deyə mənbə bildirib. İddialarda o da bildirilir ki, Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency İnternational” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib. Belə ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər “Transparency İnternational” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər.

Məlumata görə, Fuad Nağıyevin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər. Xəbər verdiyimiz kimi, iki gün əvvəl Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb. Bu arada Publika.az Kənan Qasımovun 2011-ci ildə “Amerikanın Səsi” radiosuna verdiyi müsahibənin bəzi hissələrini təqdim edib.

O dövrlərdə “Transparency International” təşkilatının qolu olan “Şəffaflıq Azərbaycan” təşkilatının Media və İctimai Əlaqələr üzrə mütəxəssisi kimi çalışan Kənan Qasımov müsahibəsində Azərbaycanda məhkəmə sistemindəki problemlərdən danışıb. Jurnalistin “Korrupsiya əsasən hansı sektorlarda qeydə alınır?” sualına o belə cavab verib:

“Azərbaycanda insanlar daha çox polisdə rüşvətin olması qənaətindədirlər. Eyni zamanda insanlar təhsil, məhkəmə sahəsində korrupsiyanın yüksək olması fikrindədir. Amma onu da deyə bilərəm ki, "Şəffaflıq Azərbaycan" təşkilatı tərəfindən həyata keçirilən “ALAC” layihəsi çərçivəsində vətəndaşlardan korrupsiya şikayətləri daxil olur və o şikayətlər müvafiq dövlət qurumlarına yönləndirilir. Həmin şikayətlər əsasında deyə bilərik ki, Azərbaycanda ümumilikdə daha çox şikayət məhkəmə sahəsindəndir. Məhkəmə sahəsində kifayət qədər böyük problemlər var və insanların əksəriyyəti şikayətlərini məhkəmə qərarlarının icra olunmaması, ümumilikdə məhkəmə qərarlarında yol verilmiş qeyri-obyektiv hallarından edir. Yəni sorğunun nəticələri onu göstərir ki, polis, amma bizim həyata keçirdiyimiz layihə əsasında əldə etdiyimiz rəqəmlər onu göstərir ki, məhkəmə daha çox korrupsiyalaşıb".

“Amerikanın Səsi” redaksiyasının “Son bir neçə gündə Azərbaycanın rəsmi media orqanında Qərbi ölkələrini və təşkilatlarını sərt tənqid edən yazılar dərc olunub” sualını K.Qasımov belə cavablandırıb: “Mən öz təşkilatımızın adından bunu deyə bilərəm ki, həmin siyahıya "Transperancy International" təşkilatının adının salınmasının heç bir halda məntiqli izahı yoxdur. Ona görə ki, “Transperancy International” təşkilatı Almaniyada təsis edilib və onun baş qərargahı Berlində yerləşir. Bu təşkilatın ABŞ təşkilatı kimi göstərilməsinin nəyə əsaslandığı heç bir halda məlum deyil. Bizim təşkilatın yaranma nizamnaməsi də hər şeyi açıq göstərir. Məhz öz təşkilatımız adından deyə bilərəm ki, bu, heç bir halda reallığı əks etdirmir".

Onu da bildirək ki, sözügedən şəxs 2009-2014-cü illərdə “Transparency International/Azerbaijan” təşkilatında müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. Yeri gəlmişkən, Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov agentliyin ünvanına sərt fikirlər səsləndirib. “Dövlət Turizm Agentliyinin rəhbərliyinin niyə Milli Kulinariya Mərkəzini iflic vəziyyətinə salması, Milli Kulinariya Assosiasiyasına daim təzyiq göstərməsi, Ermənıstana bu sahədə yol açıb revanş verməsi, bu sahədəki QHT-lərin işinə qanunsuz müdaxilə etməsi, özünə QHT yaratması, dövlətin bu sahədəki qələbələrinin heçə endirilməsi, brendləşən festivalların ləğvi, Kulinariya Şöhrəti Muzeyinin dağılmasının səbəblərini indi yalnız təxmin etmirik, həm də buna artıq əminik, bunu artıq hamı anlayır”, - deyə o bildirib. Tahir Əmiraslanov dövlət başçısına məlum sərəncama görə təşəkkür edib. Qeyd edək ki, Dövlət Turizm Agentliyi iddialara heç bir münasibət bildirməyib. Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Turizm Agentliyi ilə əlaqəl istintaq isə davam edir. Bu isə o deməkdir ki, sürpriz həbslər qaçılmazdır.

Musavat.com-un yaydığı son xəbərə görə, agentliyin sədri Fuad Nağıyevin işə çıxmadığı bildirilir. Məlumata görə, yaxın günlərdə Fuad Nağıyevin tutduğu vəzifədən azad edilməsi gözlənilir. Onu da deyək ki, Fuad Nağıyevə töhmət elan edilməsindən sonra DTX qurumda yoxlamalara başlayıb. Bunun nəticəsi olaraq Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov həbs edilib. Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov isə vəzifələrindən uzaqlaşdırılıb. Onların da istintaqa cəlb edildiyi bildirilir.

Oxşar Xəbərlər

backend
Dövlət Turizm Agentliyinin əməkdaşı həbs olundu
10.03.25 10:09
Hadisə
backend
Fuad Nağıyev istintaqa çağırıldı
5.03.25 14:11
Hadisə
backend
200 min dollara Bakıda kimi öldürmək istəyiblər? -DTX-dən daha bir uğurlu əməliyyat
15.01.25 09:41
Hadisə
backend
Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
17.01.25 10:28
Hadisə
backend
Bələdiyyələrlə əlaqədar 21 cinayət işi başlanıb
10.02.25 11:42
Hadisə

XƏBƏR LENTİ

18:10 Mənəviyyat zirvəzində olan vətənpərvər insan Azay Xasay oğlu Möhnətov
18:09 Azərbaycan-Türkiyə müharibə, silahlı qüvvələr veteranlarının tarixi görüşü.
17:45 Heydər Əliyevin posterini sökdürərək yerində obyekt tikdirən Vüqar Sədibəyli kimdir? - VİDEO
12:13 Məmur paytaxta obyekt tikdirib?- FOTOFAKT
16:15 Sumqayıtın 26 saylı bağçasında rüşvət qalmaqalı - İDDİA
20:00 "Venesiya" şadlıq sarayında zəhərlənənlərin sayı 50-ni keçdi - YENİLƏNİB
15:09 SON DƏQİQƏ! "Oliqarx Baku"da dava: Vüsal-Yetər cütlüyünün restoranı barəsində məhkəmə qərar verdi
21:39 Sabiq məmurun oğlu övladından imtina etdi – Səbəb
15:48 "Kəpəz" hospitalında əməliyyatdan sonra yataq xəstəsi oldu...
20:24 Son günlər Nəsimi rayonunda abadlıq qruculuq işləri rayon sakinlərini olduqca sevindirir - VİDEO+FOTOLAR
19:02 Sumqayıtda Heydər Əliyevin adına əkilmiş ağaclar kəsildi - Sakinlər ölkə rəhbərliyinə müraciət etdi - FOTO - VİDEO
12:38 FHN, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov: Zərifə xanım Əliyeva – Azərbaycan elminin və ziyalılığının nurlu siması
11:38 Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov: Bu gün görkəmli oftalmoloq, professor Zərifə xanım Əliyevanın anım günüdür
11:30 Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov: Zərifə Əliyeva – Azərbaycan tibb elminin nurlu siması
11:23 "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev: Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
16:00 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
15:30 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
15:01 Millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev – Dövlətə sədaqət andı
14:22 ABŞ yaxın vaxtlarda İranla bağlı qərarını verəcək - Tramp
13:43 Daha bir MTK yaşayış ola-ola söküntü aparır – “Evimi başıma uçurdurlar, kömək edin” — FOTOLAR
13:39 Saleh Məmmədova yaxın olduğu deyilən “tender kralı” daha bir müsabiqənin qalibi oldu
13:35 MTK şeflərinin həbsdə "kral" həyatı: Alaverdiyev, Kərimov kimilərə bu şəraiti kimlər yaradır?
13:33 “Tuana estetic centre”də cərrah Esmira İbrahimli mənim üzümdə qüsurlar yaratdı-Şikayət
13:31 Mingəçevirdə qadını sifarişlə həbs etdirmək istəyirlər?Şok müraciət!
13:28 İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib - YENİLƏNİB
Bütün xəbərlər

Araşdırma

backend
Sabiq məmurun oğlu övladından imtina etdi – Səbəb
17.04.25 - 21:39
13
backend
Son günlər Nəsimi rayonunda abadlıq qruculuq işləri rayon sakinlərini olduqca sevindirir - VİDEO+FOTOLAR
15.04.25 - 20:24
17
backend
Sumqayıtda Heydər Əliyevin adına əkilmiş ağaclar kəsildi - Sakinlər ölkə rəhbərliyinə müraciət etdi - FOTO - VİDEO
15.04.25 - 19:02
4
backend
Balakəndə bələdiyyə sədri və biznesmen əmiləri polisə tabe olmayaraq içkili halda mübahisə yaratdılar
12.04.25 - 12:20
5
backend
Nəsimi rayonundakı qanunsuz tikintiyə Taleh Bəşirovla Asim Rzayev dəstək verir?
12.04.25 - 12:17
4

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

Maraqlı

backend
14.04.25 16:00
Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
backend
8.04.25 14:22
Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • (+99450) 214 12 68

© 2025, Gundelikxeber.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.