• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
4.04.25 16:00
Cəmiyyət
1

“Savadlı ustalar ayda 5-10 min, ali təhsilli şəxslər isə 500-1000 manat qazanır”



“Bugünkü təhsil sistemi uşaqlara, cəmiyyətə heç nə vermir. Sadəcə ağır dərs proqramı ilə yüklənmiş uşaqlar var. Ali məktəblərə qəbul imtahanlarının nəticələrinə baxanda görürük ki, əksəriyyəti 5 ballıq sistem üzrə 1-2 qiymətlərlə (150-250 bal) daxil olur”.

Bu sözləri Ölkə.Az-a açıqlamasında sosial məsələlər üzrə ekspert Elçin Bayramlı ali təhsil alan gənclərin iş tapmaqda çətinlik çəkməsi barədə danışarkən deyib. O, ağır təhsil proqramının həyatda heç bir üstünlük qazandırmadığını söyləyib:

“Yəni 11 illik ağır proqramın nəticəsi budur. Ali məktəblərdə də eyni vəziyyətdir. Bizim ali məktəblərin çoxu müasir tendensiyalardan geri qalır.
Elmdə, texnologiyada dəyişmələrə, çağırışlara adekvat dəyişiklik yoxdur. Yeni peşələr, texnologiyaların öyrədilməsində ənənəvi üsullardan daha çox istifadə edirlər. Bu gün əmək bazarında da onların bir çoxuna tələbat yoxdur. Bizim ali məktəblərin buraxdığı məzun kütləsinin 99%-nə əslində əmək bazarında ehtiyac yoxdur. Birincisi əmək bazarı tutumu o qədər deyil. İkinci tərəfdən də o peşələrin aktuallığı azalıb”.

E.Bayramlı hesab edir ki, peşə təhsili sistemi sovet dövründə çox yaxşı təşkil olunmuşdu:

“Böyük peşə məktəbləri şəbəkəsi var idi və böyük sənaye sistemi olduğuna görə, həmin məktəbləri qurtaran insanlara lazımi mütəxəssis kimi hər yerdə tələbat var idi, iş tapırdılar. Amma bu gün işsizlik problemi var. Yenə də peşə məktəblərinə yönəlmə bizdə çox zəifdir. Halbuki əmək bazarında peşə təhsili olanlara tələbat çoxdur, ali təhsillilərə isə tələbat azdır.

Bu gün ustaların 99%-nin peşə təhsili yoxdur. Eləcə də bir çox sahələrdə müəyyən ixtisaslı peşələr var ki, təhsil almamış kimii gəldi götürürlər. Bu da effekt vermir”.
Ekspetin fikrincə ölkənin əmək bazarında hansı peşələrə nə qədər tələbat olması araşdırılmalı, qəbul buna uyğun aparılmalıdır:

“Yoxsa plan, pul qazanmaq xatirinə kütləvi şəkildə hamını ali təhsilə cəlb eləmək, yalançı diplomlar verib buraxdıqdan sonra onların həyatda heç bir iş tapa bilməməsi əbəsdir. Çəkilən əziyyətlər, təhsil sisteminə xərclənən vəsait batır, insanlar da heç bir şey əldə edə bilmirlər.
Bugünkü gənclər çalışmalıdırlar ki, peşə təhsili alsınlar, ixtisaslı kadr kimi özlərinə yer tutsunlar. Bu gün ali təhsillilər ən aşağı maaş alanlardır.

Müşahidələrimə əsasən deyə bilərəm ki, savadlı ustlar (məsələn, avtomobil, texniki avadanlıqların ustaları və s.) ayda 3-5 min, hətta bəzən 10 min manat, amma ali təhsillilər 500-1000 manat civarında qazanırlar.

Maddi cəhətdən də baxanda burada böyük fərq var. Üstəlik bu müstəqil işdir. Yəni insanlar özlərini işlə təmin eləmiş olur. Bu baxımdan müasir tendensiyalarla ayaqlaşmaq lazımdır.

Bazarın tələblərinə uyğun gənclər özlərinə peşə seçməlidirlər. Küyə düşüb “uşağımı oxudum”, “diplom alım” demək lazımsız bir mərhələdir. Bütün dünya ölkələrində bundan çoxdan imtina olunub. Böyük əksəriyyəti başqa ölkələrdə bazarın tələbinə uyğun peşə ixtisas mərkəzlərinə yönəldilir”.

Gənclərə texnologiyanın imkanlardan faydalanaraq özünə iş qurmağı tövsiyə edən ekspert dövlət qurumlarının dəstəyinin də vacibliyini vurğulayıb:

“Savadlı ustalar ayda 5-10 min, ali təhsilli şəxslər isə 500-1000 manat qazanır”


“Gənclər yeni texnologiyalardan istifadə edərək özləri üçün internet üzərindən və s. kiçik biznes qura bilərlər. Burada ilkin kapital, ləvazimat çatışmazlığı kimi müəyyən problemlər var. Ona görə də dövlət özünüməşğulluq proqramının əhatə dairəsini və maliyyə imkanlarını dəfələrlə artırmalıdır ki, daha çox insan dövlətin yardımı ilə özünə bir iş, kiçik obyekt qura bilsin.
Bundan əlavə, peşə təhsili təbliğ olunmalı, artırılmalıdır. Çoxlu ixtisaslar və tələblər qoyulmalıdır ki, peşə təhsili olmayanlar usta kimi və yaxud texnik kimi işləməsinlər”.

E.Bayramlı deyib ki, müəyyən sahələrdə peşə təhsilinə yiyələnə bilməyənlər qeyri-peşəkar xidmət göstərirlər:

“Bu gün bazarda əsas problemlərdən biri odur ki, ustalar avtomobiləri pis vəziyyətə qoyur. Çünki heç bir təhsili yoxdur. Kiminsə əlinə baxıb öyrənib, amma texniki olaraq anlayışı yoxdur. Bu insanlara zərər vurur. Ona görə də belə bir tələb qoyulsa ki ancaq peşəkar ixtisaslı kadrlar işləyə bilərlər onda bu sahəyə maraq artacaq.
Dövlət də ilk növbədə əmək yarmarkalarında onların işlə təminini təşkil etməlidir ki, insanlar görsün ki, hamı ali təhsili almaqla iş tapa bilmir. Amma uşaqlar peşə təhsilinə yönəldiləndə peşəkar mütəxəssis olur, işləyir, pul da qazanır, özünə böyüyəndə bizne sdə qurur.
Dünyanın bir çox böyük biznesmenləri, ali şəxsiyyətlərinin heç ali təhsili yoxdur. Bu onu göstərir ki, yalançı diplom xatirinə ali təhsil planını artırmağa ehtiyac yoxdur. Müasir çağırışlara, texnologiyaya uyğun kurslar, peşə məktəbləri kadrlar yetişdirilməlidir ki, həmin şəxslər əmək bazarının tələbinə uyğun təhsil alsın, peşə və bacarıqlara yiyələnsin.
Hazırda əmək bazarı ilə təhsil sistemnin bir-birilə əlaqəsi yoxdur. Bir çox iş yerləri var ki savadlı kadrlar axtarır, amma o sahədə adam yoxdur. Bu məsələlər kompleks şəkildə həllini tapmalıdır”.

Oxşar Xəbərlər

backend
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
12.02.25 10:33
Gündəm / Siyasət
backend
Qadın gülərsə, bəşəriyyət güləcək
8.03.25 09:00
Mədəniyyət
backend
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB
19.03.25 09:00
Siyasət
backend
Ailələr xəbərsizdir: Bu uşaqlara ayda 105 manat verilir!
27.02.25 15:30
Sosial
backend
Ülvi Quliyev: Gənclərin və İdmanın İnkişafına Böyük Töhfə Verən Lider
22.01.25 11:00
Cəmiyyət

XƏBƏR LENTİ

18:10 Mənəviyyat zirvəzində olan vətənpərvər insan Azay Xasay oğlu Möhnətov
18:09 Azərbaycan-Türkiyə müharibə, silahlı qüvvələr veteranlarının tarixi görüşü.
17:45 Heydər Əliyevin posterini sökdürərək yerində obyekt tikdirən Vüqar Sədibəyli kimdir? - VİDEO
12:13 Məmur paytaxta obyekt tikdirib?- FOTOFAKT
16:15 Sumqayıtın 26 saylı bağçasında rüşvət qalmaqalı - İDDİA
20:00 "Venesiya" şadlıq sarayında zəhərlənənlərin sayı 50-ni keçdi - YENİLƏNİB
15:09 SON DƏQİQƏ! "Oliqarx Baku"da dava: Vüsal-Yetər cütlüyünün restoranı barəsində məhkəmə qərar verdi
21:39 Sabiq məmurun oğlu övladından imtina etdi – Səbəb
15:48 "Kəpəz" hospitalında əməliyyatdan sonra yataq xəstəsi oldu...
20:24 Son günlər Nəsimi rayonunda abadlıq qruculuq işləri rayon sakinlərini olduqca sevindirir - VİDEO+FOTOLAR
19:02 Sumqayıtda Heydər Əliyevin adına əkilmiş ağaclar kəsildi - Sakinlər ölkə rəhbərliyinə müraciət etdi - FOTO - VİDEO
12:38 FHN, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov: Zərifə xanım Əliyeva – Azərbaycan elminin və ziyalılığının nurlu siması
11:38 Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov: Bu gün görkəmli oftalmoloq, professor Zərifə xanım Əliyevanın anım günüdür
11:30 Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov: Zərifə Əliyeva – Azərbaycan tibb elminin nurlu siması
11:23 "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev: Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
16:00 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
15:30 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
15:01 Millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev – Dövlətə sədaqət andı
14:22 ABŞ yaxın vaxtlarda İranla bağlı qərarını verəcək - Tramp
13:43 Daha bir MTK yaşayış ola-ola söküntü aparır – “Evimi başıma uçurdurlar, kömək edin” — FOTOLAR
13:39 Saleh Məmmədova yaxın olduğu deyilən “tender kralı” daha bir müsabiqənin qalibi oldu
13:35 MTK şeflərinin həbsdə "kral" həyatı: Alaverdiyev, Kərimov kimilərə bu şəraiti kimlər yaradır?
13:33 “Tuana estetic centre”də cərrah Esmira İbrahimli mənim üzümdə qüsurlar yaratdı-Şikayət
13:31 Mingəçevirdə qadını sifarişlə həbs etdirmək istəyirlər?Şok müraciət!
13:28 İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib - YENİLƏNİB
Bütün xəbərlər

Araşdırma

backend
Sabiq məmurun oğlu övladından imtina etdi – Səbəb
17.04.25 - 21:39
12
backend
Son günlər Nəsimi rayonunda abadlıq qruculuq işləri rayon sakinlərini olduqca sevindirir - VİDEO+FOTOLAR
15.04.25 - 20:24
16
backend
Sumqayıtda Heydər Əliyevin adına əkilmiş ağaclar kəsildi - Sakinlər ölkə rəhbərliyinə müraciət etdi - FOTO - VİDEO
15.04.25 - 19:02
4
backend
Balakəndə bələdiyyə sədri və biznesmen əmiləri polisə tabe olmayaraq içkili halda mübahisə yaratdılar
12.04.25 - 12:20
5
backend
Nəsimi rayonundakı qanunsuz tikintiyə Taleh Bəşirovla Asim Rzayev dəstək verir?
12.04.25 - 12:17
4

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

Maraqlı

backend
14.04.25 16:00
Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
backend
8.04.25 14:22
Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • (+99450) 214 12 68

© 2025, Gundelikxeber.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.