• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
28.01.25 13:59
Gündəm / Araşdırma / Bölgə
8

Gəncə yollarında “batan” milyonlar



55 milyon manatdan çox tender udan şirkət və abadlaşmayan yollar…

Gəncə sakinləri şəhərin Gülüstan qəsəbəsində 14 nömrəli marşrutun hərəkət etdiyi yolun bərbad vəziyyətdə olduğunu deyirlər.

Onların sözlərinə görə, şəhərin yol infrastrukturunun təmirinə zaman-zaman böyük məbləğdə vəsaitlər ayrılsa da, Gülüstan "külüstan” olaraq qalır.

14 nömrəli marşrutun yolu isə başdan-başa tanınmaz haldadır, tamamilə çöküb.

"Şəhərə milyonlar ayrılır, bəs bu vəsaitlər hara gedir?” – bu sualı Gəncə sakinləri Meydan TV-yə ünvanladıqları videogörüntüdə səsləndiriblər.

Meydan TV-nin araşdırma qrupu sakinlərin ünvanladığı suala cavab tapmaq üçün Gəncənin yol infrastrukturuna ayrılan vəsaitlər və tenderləri araşdırıb.

Son olaraq yanvarın 14-ü Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi "Gəncə şəhəri, Əli Məmmədov küçəsində Ekoloji Park kompleksinin və onun ətrafında abadlıq işlərinin satınalınması (2-ci hissə)” tenderinin nəticələrini elan edib.

Tenderin qalibi "Gəncə Körpü Tikinti-2” ASC (VÖEN: 2300214521) olub.

Qalib şirkətə 6 milyon 189 min 463 manat ödəniləcək.

Bir ay əvvəl isə "Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması” tenderi üçün şirkət 10 milyonluq müsabiqənin qalibi elan olunmuşdu.

Ümumilikdə "Gəncə Körpü Tikinti-2” ASC 2019-cu ildən bu yana, Gəncə ilə yanaşı, Gədəbəy, Qazax, Göygöl, Naftalan şəhərlərində yolların tikintisi, əsaslı təmiri və abadlaşdırma işləri ilə əlaqədar 55 milyondan çox vəsaitli tenderlərin qalibi olub.

Şirkət haqqında nələr məlumdur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2002-ci ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 143 min 104 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir.

Hazırda ASC-nin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

Buna qədər isə Rzayev Süleyman Qəmbər oğlu və Qurbanəliyev Çingiz Midhət oğlu şirkətin qanuni təmsilçisi kimi təmsil olunublar.

Hər ikisi də ölkə başçısı İlham Əliyev tərəfindən mükafatlandırılıb.

2012-ci ildə şirkətin qanuni təmsilçisi olduğu zamanda Rzayev Süleyman Qəmbər oğlu inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə İlham Əliyev tərəfindən "Tərəqqi” medalı ilə təltif edilib.

2014-cü ildə şirkətin qanuni təmsilçisi olduğu vaxt Qurbanəliyev Çingiz Midhət oğlu Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətlərinə görə İlham Əliyev tərəfindən "Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

"Gəncə Körpü Tikinti-2” ASC ölkə ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə məşğul olan azsaylı müəssisələrdən biridir.

Bundan əlavə, müəssisə şəhər yollarında və avtomobil magistrallarında abadlıq işlərini, müxtəlif tikinti obyektlərində monolit və yığma dəmir-beton konstruksiyalarının tikinti-quraşdırma işlərini də həyata keçirir.

Şirkətin əsl sahibi kimdir?

Saytlarında və rəsmi qurumlar tərəfindən qeyd olunan məlumatlara əsasən, şirkətin direktorlar şurasının sədri Məmmədov Aqibət İdris oğludur.

Yuxarıda adları çəkilən Çingiz Qurbanəliyev şirkətin İdarə Heyətinin sədri, Süleyman Rzayev isə sədrin müavinidir.



Gencekorpu.com saytından screenshot

Məmmədov Aqibət İdris oğlu ölkə başçısı İlham Əliyev tərəfindən 2010-cu ildə tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi” medalı ilə, 2012-ci ildə inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə "Əməkdar mühəndis” fəxri adı ilə, 2018-ci ildə isə yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif olunub.

Davamlı mükafatlarla təltif edilən oliqarx Aqibət Məmmədov hələ sovet dövründən inşaatda çalışıb və sonradan "Gəncə Körpü Tikinti-2” ASC-ni özəlləşdirib. Lakin onun fəaliyyəti təkcə büdcə pulları hesabına yol-nəqliyyat layihələrinin tikintisini həyata keçirməklə bitmir, Aqibət Məmmədovun bir sıra xarici ölkələrdə aktivləri, biznesi və otelləri mövcuddur.

Sahibkar Aqibət Məmmədovun həmtəsisçisi olduğu "Sudotexnologiya” şirkəti Belarusun paytaxtı Minsk şəhərində 3 iri obyektin layihələndiricisi və investoru olub: "Astoria Riverside” restoran kompleksi, "Abşeron” kompleksi və Çervensk bazarı ilə üzbəüz tikilən görkəmli Biznes Mərkəzi.

Bundan əlavə, Rusiyada Aqibət Məmmədovun adına 2023-cü ildə qeydiyyatdan keçən "Deluks” (773434691871) adlı şirkəti mövcuddur.

Şirkət 27 müxtəlif sahələrdə fəaliyyət göstərir. Amma əsasən icarəyə götürülmüş daşınmaz əmlakın icarəsi və ya idarə edilməsi xidmətlərini yerinə yetirir.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, onun oğlu Rəşad Məmmədovun adına isə 3 şirkət mövcuddur: "ATRANG” MMC (1501965141), "OSMAN” MMC (7600020171) və "ESA HOME” MMC (1700926071).

Şirkətlərin hansı fəaliyyətlə məşğul olduqları barədə məlumat əldə etmək mümkün deyil.

Bundan başqa, ötən illərdə Aqibət Məmmədov oğlu Rəşad avtomobil kolleksiyası ilə gündəmə gəlmişdi.

Məlumatlarda bildirilirdi ki, Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır. Onun vaxtaşırı avtomobil parkını yenilədiyi iddia olunur.

Bütün bunların müqabilində isə oliqarx Azərbaycanın inkişafı naminə seçkilərdə İlham Əliyevə səs verəcəyini bildirmişdi.

Aqibət Məmmədov barəsindəki iddialara nə cavab verir?


Aqibət Məmmədov isə özü haqqında dərc etdiyi məqalədə iddiaları təkzib edib: "Aqibət Məmmədov oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Bəzi media qurumlarında Aqibət Məmmədov haqqında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar”.

"Məsələnin düşündürücü tərəfi odur ki, Aqibət Məmmədov haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız "ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan "məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda, yəqin ki, fərqli addımlar atardılar”, – deyə o bildirir.

Aidiyyəti qurumlardan sakinlərin suallarına cavab almaq mümkün olmayıb...

Oxşar Xəbərlər

backend
Niyazi Bayramov: Gəncənin İnkişafı və Dövlətçilik Uğrunda Fədakar İcra Başçısı
17.01.25 15:49
Bölgə
backend
Adil Xudadatovdan bələdiyyə seçkilərinə təxribat: Sumqayıtlı oliqarx indidən özünü sədr elan edib
26.01.25 14:11
Gündəm / Araşdırma / Bölgə
backend
Gəncə İcra Hakimiyyəti tikintinin qanunsuz olduğunu deyir, şəhid övladı sənədi paylaşdı - VİDEO
18.01.25 10:22
Gündəm / Bölgə
backend
Tramp xofu Qərb təhlükəsizlik sistemini dağıdır: Zəif Avropa Birliyi, güclü ABŞ ilə “siyasi savaş”a çox yaxındır
23.01.25 09:00
Dünya
backend
Mahir Məmmədov: Beynəlxalq Şöhrətli Lider, Şahmatın İnkişafının Tərəfdarı və Vətənpərvər Fəaliyyətləri ilə Tanınan Şəxsiyyət
16.01.25 14:52
Cəmiyyət

XƏBƏR LENTİ

18:10 Mənəviyyat zirvəzində olan vətənpərvər insan Azay Xasay oğlu Möhnətov
18:09 Azərbaycan-Türkiyə müharibə, silahlı qüvvələr veteranlarının tarixi görüşü.
17:45 Heydər Əliyevin posterini sökdürərək yerində obyekt tikdirən Vüqar Sədibəyli kimdir? - VİDEO
12:13 Məmur paytaxta obyekt tikdirib?- FOTOFAKT
16:15 Sumqayıtın 26 saylı bağçasında rüşvət qalmaqalı - İDDİA
20:00 "Venesiya" şadlıq sarayında zəhərlənənlərin sayı 50-ni keçdi - YENİLƏNİB
15:09 SON DƏQİQƏ! "Oliqarx Baku"da dava: Vüsal-Yetər cütlüyünün restoranı barəsində məhkəmə qərar verdi
21:39 Sabiq məmurun oğlu övladından imtina etdi – Səbəb
15:48 "Kəpəz" hospitalında əməliyyatdan sonra yataq xəstəsi oldu...
20:24 Son günlər Nəsimi rayonunda abadlıq qruculuq işləri rayon sakinlərini olduqca sevindirir - VİDEO+FOTOLAR
19:02 Sumqayıtda Heydər Əliyevin adına əkilmiş ağaclar kəsildi - Sakinlər ölkə rəhbərliyinə müraciət etdi - FOTO - VİDEO
12:38 FHN, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov: Zərifə xanım Əliyeva – Azərbaycan elminin və ziyalılığının nurlu siması
11:38 Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov: Bu gün görkəmli oftalmoloq, professor Zərifə xanım Əliyevanın anım günüdür
11:30 Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov: Zərifə Əliyeva – Azərbaycan tibb elminin nurlu siması
11:23 "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev: Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
16:00 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
15:30 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
15:01 Millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev – Dövlətə sədaqət andı
14:22 ABŞ yaxın vaxtlarda İranla bağlı qərarını verəcək - Tramp
13:43 Daha bir MTK yaşayış ola-ola söküntü aparır – “Evimi başıma uçurdurlar, kömək edin” — FOTOLAR
13:39 Saleh Məmmədova yaxın olduğu deyilən “tender kralı” daha bir müsabiqənin qalibi oldu
13:35 MTK şeflərinin həbsdə "kral" həyatı: Alaverdiyev, Kərimov kimilərə bu şəraiti kimlər yaradır?
13:33 “Tuana estetic centre”də cərrah Esmira İbrahimli mənim üzümdə qüsurlar yaratdı-Şikayət
13:31 Mingəçevirdə qadını sifarişlə həbs etdirmək istəyirlər?Şok müraciət!
13:28 İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib - YENİLƏNİB
Bütün xəbərlər

Araşdırma

backend
Sabiq məmurun oğlu övladından imtina etdi – Səbəb
17.04.25 - 21:39
13
backend
Son günlər Nəsimi rayonunda abadlıq qruculuq işləri rayon sakinlərini olduqca sevindirir - VİDEO+FOTOLAR
15.04.25 - 20:24
17
backend
Sumqayıtda Heydər Əliyevin adına əkilmiş ağaclar kəsildi - Sakinlər ölkə rəhbərliyinə müraciət etdi - FOTO - VİDEO
15.04.25 - 19:02
4
backend
Balakəndə bələdiyyə sədri və biznesmen əmiləri polisə tabe olmayaraq içkili halda mübahisə yaratdılar
12.04.25 - 12:20
5
backend
Nəsimi rayonundakı qanunsuz tikintiyə Taleh Bəşirovla Asim Rzayev dəstək verir?
12.04.25 - 12:17
4

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

Maraqlı

backend
14.04.25 16:00
Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
backend
8.04.25 14:22
Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • (+99450) 214 12 68

© 2025, Gundelikxeber.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.