• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
11.02.25 09:00
Siyasət
0

Kremlin Bakıya “zərbə planı” boşa çıxır: Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır

Kremlin Bakıya “zərbə planı” boşa çıxır: Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır


Kreml rəsmi Bakı ilə münasibətləri məqsədyönlü şəkildə gərginləşdirməyə çalışır, yeni təhdid mexanizmləri yaratmğa cəhd göstərir, ancaq Rusiyanın əlində Azərbaycana qarşı təzyiq alətləri qalmayıb... Azərbaycan Rusiyanın həm nəzarətindən, həm də təsir dairəsindən Kreml üçün əlçatmaz məsafəyə qədər uzaqlaşmağa artıq birmənalı şəkildə nail olub, rəsmi Bakı ilə bundan sonra təhdid ritorikasında danışmaq mümkün deyil...
"Yeni Müsavat" xəbər verir ki, Azərbaycan-Rusiya münasibətləri qəliz məzmun daşıyır. Hətta iki ölkə arasında münasibətlərin son vaxtlar ciddi şəkildə korlanmaqda olduğu da müşahidə edilir. Halbuki, AZAL-a məxcus sərnişin təyyarəsinin Rusiya səmasında “Pantsir” raket sistemi ilə vurulmasına qədər iki ölkənin münasibətləri dinamik inkişaf mərhələsində hesab olunurdu. Hətta 2022-ci ildə Azərbaycan və Rusiya arasında müttəfiqlik fəaliyyəti ilə bağlı sənəddə imzalanmışdı. Və bu, Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərində yaxın gələcəkdə elə bir ciddi problemlərin yaranmayacağı ilə bağlı ehtimallara inandırıcı görüntülər vermişdi.

Ancaq son hadisələr onu göstərir ki, Kreml üçün müttəfiqlik fəaliyyəti ilə bağlı sənədlərin elə bir ciddi önəmi yoxdur. Hətta olsa belə, Kreml belə sazişlərə ən yaxşı halda, Rusiyanın imperialist hədəfləri çərçivəsindən yanaşır. Xüsusilə də, Rusiya öz tərəfdaşlarını özünün geopolitik maraqlarına uyğunlaşdırmağa üstünlük verir. Bu səbəbdən də, Rusiyanın real müttəfiqləri və tərəfdaşları demək olar ki, yoxdur. Və Kreml bütün tərəfdaş ölkələri Rusiyadan uzaqlaşdırmağı çox yaxşı bacarır.

brics-baki-1.jpg (600 KB) Maraqlıdır ki, Azərbaycanla bağlı proseslər də məhz bu sistem üzrə cərəyan edir. Kreml Azərbaycanın sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasına görə rəsmi Bakının üzürxahlıq və təzminat tələb etməsini heç cür həzm etmək istəmir. Halbuki, bu, sivil dünyada beynəlxalq hüquq normalarına uyğun qəbul edilmiş ənənədir. Kreml isə sivil dünyaya hələ də uzaq qaldığından bu ənənəni yaxına buraxmaq istəmir və törətdiyi hərbi cinayətin siyasi məsuliyyətindən yayınmaq üçün çoxsaylı, həm də absurd bəhanələr uydurmağa çalışır. Və nəticədə rəsmi Bakının həm prinsipial mövqeyi, həm də haqlı ittihamları ilə üzləşir.

Bütün bunların qarşılığında Kreml rəsmi Bakı ilə siyasi-diplomatik dialoq əvəzinə Azərbaycana yönəlik təzyiq kampaniyası başlatmağa üstünlük verir. Rusiya KİV-ləri, eləcə də, Kremlə bağlı siyasi dairələr, hətta Dövlət Dumasının bəzi sifarişli deputatları Azərbaycanı açıq şəkildə absurd və məntiqsiz mövzularda ittiham edirlər. Üstəlik, son vaxtlar Kremlə yaxın siyasi dairələrin Azərbaycana münasibətdə təhdid ritorikasını belə, ön plana keçirtdiyi də inkaredilməz reallıqdır. Və bu, o deməkdir ki, Kreml müttəfiqlik fəaliyyəti barədə sənədi artıq unudub, ona görə də Azərbaycan-Rusiya münasibətlərinin daha da gərginləşə biləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, Kremlin birbaşa nəzarətində olan Rusiya teleqram kanalları, o cümlədən də, “Nezıqar” Rusiya Təhlükəsizlik Şurasında Azərbaycana qarşı təzyiq mexanizmlərinin işə salınması barədə xüsusi planın müzakirəyə çıxarıldığı iddia olunur. Həmin iddialara görə, Kreml bir neçə önəmli faktor üzrə Azərbaycana təzyiq göstərməyə hazırlaşır. Rəsmi Bakıya qarşı atılacaq addımların sırasında Azərbaycana yönəlik iqtisadi təzyiqlərin ola biləcəyi də vurğulanır. Nə qədər qəribə də olsa, Kremldə hesab edirlər ki, Azərbaycanlı miqrantların maliyyə köçürmələri dövlət büdcəsinin təxminən yeddi faizini təşkil edir. Və bu maliyyə köçürmələri qadağan edilərsə, Azərbaycana təzyiq göstərmiş olar.


Digər tərəfdən, Kreml Azərbaycanla ərzaq və sənaye mallarının tədarükü üzrə ticarət sazişlərinə də yenidən baxa biləcəyinə eyham vurur. Eyni zamanda, Rusiya Azərbaycanın “Şimal-Cənub” dəhlizindən kənarda saxlana biləcəyini də gündəmə gətirməyə başlayıb. Üstəlik, Kremldə hesab edirlər ki, əgər, Azərbaycan neftinin Novorossiysk boru kəməri ilə tranziti bloklanarsa, ölkəmizin valyuta gəlirlərinə ciddi zərbə vurmaq mümkündür.

Nəhayət, Kreml Azərbaycana qarşı etnosiyasi təzyiqləri də nəzərdən keçirir. Yəni, Rusiya siyasi dairələri Azərbaycanda milli-etnik zəmində yeni problemlərin yaradılmasına cəhd göstərmək niyyətindədir. Halbuki, Kremldə unudurlar ki, Rusiyanın “separatizm layihələri” üzərindən Azərbaycana qarşı təzyiq mexanizmləri uydura biləcəyi dövr artıq çox-çox keçmişdə qalıb. İndi Kreml cəhd eləsə belə, buna nail ola bilməz. Və rəsmi Bakı Kremlin belə oyunlarını boşa çıxartmaq üçün tam şəkildə hazırdır.

Azərbaycana maliyyə köçürmələrini bloklayaraq, rəsmi Bakını çətin vəziyyətə salmaq planı da heç bir nəticə verməyəcək variantdır. Çünki Rusiyadan Azərbaycana illik maliyyə köçürmələri təxminən 500 milyon dollara yaxındır. Üstəlik, bu maliyyə vəsaiti ilə Azərbaycanın dövlət büdcəsinin hər hansı bibaşa bağlantısı yoxdur. Çünki Azərbaycanlı miqrantlar bu maliyyə vəsaitini dövlət büdcəsinə deyil, öz qohum-əqrabalarına göndərirlər. Və bu, o deməkdir ki, Kremldə bəzi məsələləri dəqiq hesablamaq qabiliyyəti ilə bağlı kifayət qədər ciddi problemlər var.


Buna misal olaraq, Kremlin Azərbaycana qarşı ticari təzyiqlər niyyətinə düşməsi də göstərir. Belə ki, ticari bloklamalar Azərbaycandan daha çox Rusiyanın özünə sarsıdıcı zərbələr vura bilər. Çünki Rusiyanın ticarət tərəfdaşları hazırda o qədər də çox deyil, Azərbaycan bazarının da itirilməsi Kremlin özünə qarşı bumeranq effekti verə bilər. Kremldə unutmamalıdırlar ki, Azərbaycan Rusiya bazarına alternativ tapmaq potensialına mailkdir. Eyni zamanda, “Şimal-Cənub” dəhlizinin Rusiya üçün taleyüklü xarakter daşıdığı da qətiyyən şübhə doğurmur. Və bu dəhlizdən Azərbaycanın kənarlaşdırılması ilk növbədə Rusiyanı illərlə alternativ marşrutlar axtarışı məcburiyyətində buraxa bilər.

Azərbaycan neftinin Novorossiysk boru kəməri ilə tranzitinin bloklanmasına gəldikdəsə, Kreml bu absurd və mənasız ideyaya hardan gəlib çıxdığını anlamaq olduqca çətindir. Çünki Novorossiysk boru kəməri artıq çoxdan fəaliyyət göstərmir. Yəni, Azərbaycan nefti məhz Bakı-Tiflis-Ceyhan boru kəməri ilə ixrac olunur. Əksinə, Novorossiysk boru kəməri hazırda yalnız Rusiya neftinin Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması üçün faydalı ola bilərdi. Və rəsmi Bakının Qərbin Kremlə qarşı iqtisadi sanksiyalarının qüvvədə olduğu indiki situasiyada riskə gedərək, Rusiyaya belə bir “enerji pəncərəsi” açacağı qətiyyən inandırıcı görünmür.

Belə anlaşılır ki, Kreml rəsmi Bakı ilə münasibətləri gərginləşdirməyə çalışır. Üstəlik, Azərbaycana qarşı təzyiq mexanizmlərinin də yaradılmasına cəhd göstərir. Ancaq əsas problem ondan ibarətdir ki, Kremlin belə mexanizmlərin yaradılması üçün təzyiq alətləri mövcud deyil. Hər halda, Rusiyanın ümid bəslədiyi təzyiq mexanizmləri hazırda ya işlək deyil, ya da effektivliyini artıq çoxdan itirib. Yəni, Kreml nə qədər çalışsa da, rəsmi Bakıya qarşı təzyiq mexanizminə sahib olmaq şansı qazana bilməz. Və bu, o deməkdir ki, Azərbaycan Rusiyanın həm nəzarətindən, həm də təsir dairəsindən Kreml üçün əlçatmaz məsafəyə qədər uzaqlaşmağa artıq birmənalı şəkildə nail olub.

Oxşar Xəbərlər

backend
İrəvan xəyanət etsə də, Kreml məhz Bakıya hücuma keçib: Rusiya imperializmi yenidən real təhlükəyə çevrilir
8.02.25 10:17
Siyasət
backend
Kreml Rusiyanın son “nəfəsliklər”ini də qapadır: Bakı təzyiq cəhdlərinə qətiyyətli reaksiya verir
30.01.25 09:00
Siyasət
backend
İrəvan Kremli necə "hipnoz" edib: Rusiyanın müəmmalı acizliyi üzərindən sirr pərdəsi qalxır
25.01.25 09:00
Dünya
backend
Tramp Putini və Rusiyanı məğlub etmək niyyətindədir: Kiyevdən xəbərsiz Ukrayna "siyasi bazarlıq" predmetinə çevrilib
3.02.25 09:00
Dünya
backend
Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir: ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb
18.01.25 09:00
Siyasət

XƏBƏR LENTİ

18:10 Mənəviyyat zirvəzində olan vətənpərvər insan Azay Xasay oğlu Möhnətov
18:09 Azərbaycan-Türkiyə müharibə, silahlı qüvvələr veteranlarının tarixi görüşü.
17:45 Heydər Əliyevin posterini sökdürərək yerində obyekt tikdirən Vüqar Sədibəyli kimdir? - VİDEO
12:13 Məmur paytaxta obyekt tikdirib?- FOTOFAKT
16:15 Sumqayıtın 26 saylı bağçasında rüşvət qalmaqalı - İDDİA
20:00 "Venesiya" şadlıq sarayında zəhərlənənlərin sayı 50-ni keçdi - YENİLƏNİB
15:09 SON DƏQİQƏ! "Oliqarx Baku"da dava: Vüsal-Yetər cütlüyünün restoranı barəsində məhkəmə qərar verdi
21:39 Sabiq məmurun oğlu övladından imtina etdi – Səbəb
15:48 "Kəpəz" hospitalında əməliyyatdan sonra yataq xəstəsi oldu...
20:24 Son günlər Nəsimi rayonunda abadlıq qruculuq işləri rayon sakinlərini olduqca sevindirir - VİDEO+FOTOLAR
19:02 Sumqayıtda Heydər Əliyevin adına əkilmiş ağaclar kəsildi - Sakinlər ölkə rəhbərliyinə müraciət etdi - FOTO - VİDEO
12:38 FHN, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov: Zərifə xanım Əliyeva – Azərbaycan elminin və ziyalılığının nurlu siması
11:38 Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov: Bu gün görkəmli oftalmoloq, professor Zərifə xanım Əliyevanın anım günüdür
11:30 Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov: Zərifə Əliyeva – Azərbaycan tibb elminin nurlu siması
11:23 "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev: Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
16:00 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
15:30 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
15:01 Millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev – Dövlətə sədaqət andı
14:22 ABŞ yaxın vaxtlarda İranla bağlı qərarını verəcək - Tramp
13:43 Daha bir MTK yaşayış ola-ola söküntü aparır – “Evimi başıma uçurdurlar, kömək edin” — FOTOLAR
13:39 Saleh Məmmədova yaxın olduğu deyilən “tender kralı” daha bir müsabiqənin qalibi oldu
13:35 MTK şeflərinin həbsdə "kral" həyatı: Alaverdiyev, Kərimov kimilərə bu şəraiti kimlər yaradır?
13:33 “Tuana estetic centre”də cərrah Esmira İbrahimli mənim üzümdə qüsurlar yaratdı-Şikayət
13:31 Mingəçevirdə qadını sifarişlə həbs etdirmək istəyirlər?Şok müraciət!
13:28 İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib - YENİLƏNİB
Bütün xəbərlər

Araşdırma

backend
Sabiq məmurun oğlu övladından imtina etdi – Səbəb
17.04.25 - 21:39
12
backend
Son günlər Nəsimi rayonunda abadlıq qruculuq işləri rayon sakinlərini olduqca sevindirir - VİDEO+FOTOLAR
15.04.25 - 20:24
16
backend
Sumqayıtda Heydər Əliyevin adına əkilmiş ağaclar kəsildi - Sakinlər ölkə rəhbərliyinə müraciət etdi - FOTO - VİDEO
15.04.25 - 19:02
4
backend
Balakəndə bələdiyyə sədri və biznesmen əmiləri polisə tabe olmayaraq içkili halda mübahisə yaratdılar
12.04.25 - 12:20
5
backend
Nəsimi rayonundakı qanunsuz tikintiyə Taleh Bəşirovla Asim Rzayev dəstək verir?
12.04.25 - 12:17
4

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

Maraqlı

backend
14.04.25 16:00
Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
backend
8.04.25 14:22
Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • (+99450) 214 12 68

© 2025, Gundelikxeber.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.