• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
17.02.25 09:00
Siyasət
0

Tramp-Putin tərəfdaşlığı qurulur: ABŞ-nin Qərbdən qoparılmasına başlanıb

Tramp-Putin tərəfdaşlığı qurulur: ABŞ-nin Qərbdən qoparılmasına başlanıb


Tramp adminstrasiyasının Rusiya ilə "Ukrayna bazarlığı" kollektiv Qərbi parçalayıb, Ağ Ev Kremllə birmənalı şəkildə ABŞ-ın maraqları üzərindən anlaşmağa çalışır... Avropa Birliyinin oyundan kənar vəziyyətə salınması "qoca qitə"nin təhlükəsizlik maraqlarını böyük risk altında buraxır, ona görə də, Ağ Evin "Ukrayna planı"na müqavimət potensialının vahid mərkəzdə birləşdirilməsinə cəhd göstərilir...
"Yeni Müsavat"xəbər verir ki, Ukrayna savaşı ABŞ və Avropa Birliyi arasında əsas ziddiyyət faktorlarından birinə çevrilmək üzrədir. Üstəlik, bu ziddiyyət faktorunun tədricən ABŞ və Avropa Birliyi arasında kəskin qarşıdurma mühiti yarada biləcəyi də qətiyyən istisna deyil. Çünki ABŞ və Rusiya arasında Ukrayna savaşının dayandırılmasına yönəlik "siyasi bazarlıq"lar artıq həlledici mərhələyə yaxınlaşmış kimi görünür. Və bu "siyasi bazarlıq" masasından kənarda buraxılaraq, maraqları real təhlükə qarşısında qalan Avropa Birliyi baş verənlərə müqavimət göstərməyə çalışır.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı bəzi anlayışlara fərqli yanaşma ehtiyacı da yaradıb. Belə ki, Ukraynaya dəstək verən kollektiv Qərb artıq ciddi şəkildə parçalanmış kimi görünür. ABŞ öz yeni prioritetləri ilə bu düşərgəni tədricən tərk etməyə doğru yönəldiyi indi hər hansı mübahisə doğurmayan reallıqdır. Və belə situasiya Rusiyanın maraqlarına tamamilə cavab verir.


Məsələ ondadır ki, ABŞ və Rusiya prezidentlərindən sonra bu iki ölkənin xarici işlər nazirləri də telefonla danışıblar. Bu barədə Kremldən verilən açıqlamada ABŞ hətta az qala Rusiyanın ən yaxın tərəfdaşı kimi təqdim olunur. Kremlin rəsmi təmsilçisi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın istədiyi vaxt Rusiyaya səfər edə biləcəyini vurğulayıb. Onun dediyinə görə, iki dövlət liderinin telefon danışığı Rusiya və ABŞ-ın problemlərin, o cümlədən də Ukrayna böhranının artıq dialoq yolu ilə həll ediləcəyinə yönəlik güclü mesajdır.

Kreml rəsmisi kollektiv Qərbin sanksiyalarının Rusiya və ABŞ arasında danışıqlara əngəl olmayacağını bildirib. Onun fikrincə, sanksiyalar necə sürətlə tətbiq olunursa, eyni sürətlə də ləğv edilə bilər. Dmitri Peskovun bu arxayınlığı isə Rusiyanın ABŞ-dan bu barədə müəyyən təminatlar almış ola biləcəyindən şübhələnməyə əsaslar yaradır. Və bu baxımdan, ABŞ-ın təkbaşına Ukrayna savaşının taleyini həll etmək cəhdləri Qərbdə ciddi qıcıq doğurur.

Maraqlıdır ki, rəsmi Kiyev Ukrayna savaşı ətrafında ABŞ-Rusiya "siyasi bazarlığına" artıq reaksiya verib. Prezident Volodimir Zelenski vurğulayıb ki, ABŞ və Rusiya liderləri Ukraynadan başqa bütün mövzular haqqında danışa bilərlər. Yəni, Ukrayna lideri Ağ Ev sahibi Donald Trampın "Rusiya prezidenti Vladimir Putinlə Ukrayna bazarlığı"nın nəticələrini tanımayacağına eyham vurub. Və prezident Volodimir Zelenski Ağ Ev sahibi Donald Trampın prioritet hədəflərinə müqavimət göstərəcəyini real addımları ilə də biruzə verir.

Məsələ ondadır ki, prezident Volodimir Zelenski Tramp administrasiyasının Ukraynanın təbii sərvətlərinin istismarına dair təklif etdiyi razılaşmanı təsdiqləməkdən imtina edib. Prezident Volodimir Zelenski həmin razılaşmanın tam hazır olmadığını və Ukraynanı qorumaq gücündən uzaq qaldığını qabardıb. Və belə bir müqavilənin ilk növbədə Ukraynanın təhlükəsizlik maraqlarını müdafiə etməli olduğunu bildirib.

Belə anlaşılır ki, Avropa Birliyinin Tramp administrasiyasına müqavimət cəhdləri rəsmi Kiyevi də tədricən ABŞ-a etiraz cəsarəti göstərməyə sövq edir. Ancaq Ukrayna savaşının əsas hərbi-siyasi alətlərindən biri olan NATO-nun prinsipial mövqedən uzaq qalması Tramp administrasiyasına müqavimətin effektivliyini zəiflədir. Hər halda, NATO baş katibi Mark Rüttenin açıqlaması bu hərbi-siyasi alyansın hələlik fəal müşahidəçi mövqeyində "qızıl orta" axtarışında olduğunu göstərir.

Belə ki, NATO baş katibi Avropa Birliyini Ukrayna savaşının dayandırılmasına yönəlik ABŞ-Rusiya danışıqlarından şikayətlənməyi buraxmağa çağırıb. Onun fikrincə, Avropa Birliyi ölkələri Ukraynanın təhlükəsizlik təminatları barədə konkret tələblər irəli sürməli və öz müdafiə xərclərini artırmalıdır. Bu, o deməkdir ki, NATO ABŞ-Rusiya "siyasi bazarlığı"ndan məmnun deyil. Ancaq prosesə birbaşa müdaxilə etməyə də ehtiyac duymur. Və bu məsələnin Avropa Birliyinin müqavimət potensialı ilə həllinə daha çox üstünlük verir.


Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi sərt reaksiya ilə ABŞ-a qarşı mövqe tutmaqdan hələlik çəkinir. Ancaq buna baxmayaraq, Tramp administrasiyasının Ukrayna planı ilə razılaşmaq niyyətində olmadığını da biruzə verir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Ukraynaya güc vasitəsilə təmin edilən sülh lazımdır və Avropa Birliyi də məhz bunu istəyir. Yəni, avropalı lider Tramp administrasiyasına dolayısı ilə mesaj verir ki, Avropa Birliyi Kremllə "siyasi bazarlığı" yolverilməz hesab edir. Və Rusiyanın sərt təzyiqlərlə sülh masası arxasına oturmaq məcburiyyətində buraxılmasına üstünlük verir.

Göründüyü kimi, Tramp adminstrasiyasının Rusiya ilə "Ukrayna bazarlığı" kollektiv Qərbi parçalayıb. Ağ Ev Rusiya ilə birmənalı şəkildə ABŞ-ın maraqları üzərindən anlaşmağa çalışır. Avropa Birliyini oyundan kənar vəziyyətə salaraq, "qoca qitə"nin təhlükəsizlik maraqlarını böyük risk altında buraxır. Yəni, müəyyən mənada, Avropa Birliyi və Ukraynaya qarşı dolayısı ABŞ-Rusiya tərəfdaşlığı qurulur. Və buna qarşılıq olaraq, həm Avropa Birliyi, həm də Ukrayna müqavimət potensialını vahid mərkəzdə birləşdirmək üçün hərəkətə keçmiş kimi görünür.

Oxşar Xəbərlər

backend
Tramp Putini və Rusiyanı məğlub etmək niyyətindədir: Kiyevdən xəbərsiz Ukrayna "siyasi bazarlıq" predmetinə çevrilib
3.02.25 09:00
Dünya
backend
Tramp xofu Qərb təhlükəsizlik sistemini dağıdır: Zəif Avropa Birliyi, güclü ABŞ ilə “siyasi savaş”a çox yaxındır
23.01.25 09:00
Dünya
backend
Avropa Birliyinə dəhşətli xəbərdarlıq mesajı verildi: Savaş mütləq başlayacaq, Rusiya "qoca qitə"ni dağıdacaq
15.02.25 09:13
Dünya
backend
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır: Ermənistan isə geri çəkilir, Zəngəzur dəhlizinin önü açılır
1.02.25 09:00
Siyasət
backend
Tramp Paşinyana "qapıları" qapadır: Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
24.01.25 09:00
Siyasət

XƏBƏR LENTİ

18:10 Mənəviyyat zirvəzində olan vətənpərvər insan Azay Xasay oğlu Möhnətov
18:09 Azərbaycan-Türkiyə müharibə, silahlı qüvvələr veteranlarının tarixi görüşü.
17:45 Heydər Əliyevin posterini sökdürərək yerində obyekt tikdirən Vüqar Sədibəyli kimdir? - VİDEO
12:13 Məmur paytaxta obyekt tikdirib?- FOTOFAKT
16:15 Sumqayıtın 26 saylı bağçasında rüşvət qalmaqalı - İDDİA
20:00 "Venesiya" şadlıq sarayında zəhərlənənlərin sayı 50-ni keçdi - YENİLƏNİB
15:09 SON DƏQİQƏ! "Oliqarx Baku"da dava: Vüsal-Yetər cütlüyünün restoranı barəsində məhkəmə qərar verdi
21:39 Sabiq məmurun oğlu övladından imtina etdi – Səbəb
15:48 "Kəpəz" hospitalında əməliyyatdan sonra yataq xəstəsi oldu...
20:24 Son günlər Nəsimi rayonunda abadlıq qruculuq işləri rayon sakinlərini olduqca sevindirir - VİDEO+FOTOLAR
19:02 Sumqayıtda Heydər Əliyevin adına əkilmiş ağaclar kəsildi - Sakinlər ölkə rəhbərliyinə müraciət etdi - FOTO - VİDEO
12:38 FHN, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov: Zərifə xanım Əliyeva – Azərbaycan elminin və ziyalılığının nurlu siması
11:38 Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov: Bu gün görkəmli oftalmoloq, professor Zərifə xanım Əliyevanın anım günüdür
11:30 Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov: Zərifə Əliyeva – Azərbaycan tibb elminin nurlu siması
11:23 "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev: Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
16:00 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
15:30 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
15:01 Millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev – Dövlətə sədaqət andı
14:22 ABŞ yaxın vaxtlarda İranla bağlı qərarını verəcək - Tramp
13:43 Daha bir MTK yaşayış ola-ola söküntü aparır – “Evimi başıma uçurdurlar, kömək edin” — FOTOLAR
13:39 Saleh Məmmədova yaxın olduğu deyilən “tender kralı” daha bir müsabiqənin qalibi oldu
13:35 MTK şeflərinin həbsdə "kral" həyatı: Alaverdiyev, Kərimov kimilərə bu şəraiti kimlər yaradır?
13:33 “Tuana estetic centre”də cərrah Esmira İbrahimli mənim üzümdə qüsurlar yaratdı-Şikayət
13:31 Mingəçevirdə qadını sifarişlə həbs etdirmək istəyirlər?Şok müraciət!
13:28 İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib - YENİLƏNİB
Bütün xəbərlər

Araşdırma

backend
Sabiq məmurun oğlu övladından imtina etdi – Səbəb
17.04.25 - 21:39
13
backend
Son günlər Nəsimi rayonunda abadlıq qruculuq işləri rayon sakinlərini olduqca sevindirir - VİDEO+FOTOLAR
15.04.25 - 20:24
17
backend
Sumqayıtda Heydər Əliyevin adına əkilmiş ağaclar kəsildi - Sakinlər ölkə rəhbərliyinə müraciət etdi - FOTO - VİDEO
15.04.25 - 19:02
4
backend
Balakəndə bələdiyyə sədri və biznesmen əmiləri polisə tabe olmayaraq içkili halda mübahisə yaratdılar
12.04.25 - 12:20
5
backend
Nəsimi rayonundakı qanunsuz tikintiyə Taleh Bəşirovla Asim Rzayev dəstək verir?
12.04.25 - 12:17
4

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

Maraqlı

backend
14.04.25 16:00
Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
backend
8.04.25 14:22
Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • (+99450) 214 12 68

© 2025, Gundelikxeber.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.