• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
8.04.25 11:01
Dünya
1

Putin müharibəni buna görə dayandırmır - sensasion gəlişmə



“Ukraynaya qarşı müharibə Rusiya iqtisadiyyatı üçün ağır yükə çevrilib və Rusiyanı ağır böhranla təhdid edir. Lakin ABŞ-ın verdiyi əlverişli bəhanəyə baxmayaraq, Kreml öz aqressiyasını azaltmaq niyyətində deyil”.

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri polşalı ekspert Yan Qarner “Foreign Policy” jurnalında yazıb. Analitik qeyd edir ki, hətta Rusiya ordusunun Kursk vilayətində nisbətən əhəmiyyətli uğurları heç bir halda Rusiyanın yaxın gələcəkdə Ukrayna üzərində hərbi qələbəsinin mümkünlüyünü göstərmir. Eyni zamanda müharibə Rusiyanın resurslarını, o cümlədən hərbi texnikanı və insanları dəhşətli sürətlə “yeyir”.

Qarner əlavə edib ki, Putin müharibənin bitməsini hakimiyyətinə təhdid gördüyü üçün dayanmır.

Belədirmi? Putinin yaxın aylar üçün, xüsusən də 9 maya kimi planı nədir? Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti hesab edir ki, Rusiya qüvvələrinin Ukraynada irəliləməsi xeyli ləngiyib. Qeyd olunur ki, 2025-ci ilin birinci rübündə “ərazi qazancları” azalıb.

Kəşfiyyat məlumatlarına görə, 2025-ci ilin martında rus qoşunları Ukraynanın təxminən 143 kvadrat kilometr ərazisini ələ keçirib. 2024-cü ilin noyabr ayında isə Rusiya 700 kv.km-dən çox ərazini işğal etmişdi. O vaxtdan bəri Rusiyanın irəliləyiş tempi aydan-aya azalır. 2025-ci ilin martında rus qoşunlarının əsas irəliləyişi Donetsk bölgəsində olub.

“Rusiya əməliyyat mövqeyini yaxşılaşdıra bilmədi. Ukrayna qüvvələri də Pokrovsk ətrafındakı bəzi əraziləri geri alaraq taktiki əks-hücumlar həyata keçirib”, - hesabatda bildirilir.

Rusiya rəhbərliyi Ukraynada atəşkəslə bağlı fikirlərə açıq mövqe sərgiləyib. Rusiya Prezidenti Vladimir Putin atəşkəsin vacibliyini qəbul edir, lakin bu qərarın verilməsi üçün hələ də cavabsız qalan bir sıra məsələlər mövcuddur.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. “Prezident atəşkəsin zəruriliyini anlayır, lakin bu qərardan əvvəl "havada qalan" suallara cavab tapmaq lazımdır”, - deyə Peskov vurğulayıb. Kreml rəsmisi əlavə edib ki, bu məsələlər Ukraynanın hərbiləşdirilməsi ilə bağlı planlarla da birbaşa əlaqəlidir: “Söhbət Kiyevin gələcəkdə hərbi potensialın artırılması istiqamətindəki planlarından gedir”. Rusiya tərəfi bu məsələlərin aydınlaşdırılmasını atəşkəs qərarı üçün əsas şərt kimi görür. Rusiya Silahlı Qüvvələri yalnız Ukraynadakı hərbi obyektlərə zərbələr endirir, sosial obyektlərə heç bir zərbə endirilmir.

APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanın Krivoy Roq şəhərinə zərbələr endirməsi nəticəsində yaranan vəziyyəti şərh edərkən deyib.

“Burada mən bütünlüklə bizim Müdafiə Nazirliyinin bəyanatlarına istinad etməyi təklif edirəm. Bizim ordumuz istisnasız olaraq hərbi və hərbi obyektlərin yaxınlığındakı hədəflərə zərbələr endirir. Heç bir sosial obyektlərə və sosial infrastruktur obyektlərinə zərbələr endirilmir”, - Kreml sözçüsü Ukraynanın Rusiya ordusunun Krıvoy Roq şəhərindəki mülki obyektlərə zərbə endirdiyi ilə bağlı ittihamlarını rədd edib. Qeyd edək ki, Ukrayna tərəfi aprelin 4-də Rusiya ordusunun Krivoy Roq şəhərinə hücumu nəticəsində 19 nəfərin öldüyünü, onlardan 9 nəfərinin uşaq olduğunu açıqlayıb. Rusiya Müdafiə Nazirliyi isə RF Silahlı Qüvvələrinin Krivoy Roqda Ukrayna Silahlı Qüvvələri komandirləri və Qərb təlimatçılarının görüşünün keçirildiyi yerə hücum etdiyi barədə məlumat yayıb.

Kamran Məmmədli: ""Meydan TV" jurnalistlərinin həbsi siyasi xarakter daşımır"

AĞ Partiya başqanının müavini, politoloq Kamran Məmmədli hesab edir ki, müharibəni indiki zamanda dayandırmaq Putin üçün arzuolunan deyil. O, “Yeni Müsavat”a deyib ki, müharibənin indiki zamanda dayandırılması Rusiya daxilində zəiflik və məğlubiyyət kimi qəbul oluna bilər: “Rusiya cəmiyyətində "qalib lider" imici uzun illərdir ki, Putinin legitimliyinin əsas dayaqlarından biridir. Əgər o, müharibəni qələbəsiz, atəşkəs adı ilə dayandırarsa, bu, daxildə onun nüfuzuna ağır zərbə vura və elita daxilində parçalanmalara yol aça bilər".

Politoloq bildirib ki, 3 il davam edən müharibədə yüz minlərlə insan həlak olub və bunun nəticəsində də güzəştli atəşkəs müqaviləsinin bağlanması Putinin ilkin hədəflərinin baş tutmaması kimi qəbul olunacaq: “Eyni zamanda müharibədən geri addım atmaq Kreml üçün təhlükəli presedent yarada bilər. Bu, Rusiyanın digər bölgələrdəki (məsələn, Qafqazda və ya Mərkəzi Asiyada) təsir gücünü də sual altına sala bilər. Zatən Rusiya həmin bölgələrdə müharibənin nəticəsi olaraq güc itirməkdədir.

Biz bunu Qazaxıstan, Ermənistan, Suriya və Azərbaycanda da müşahidə edirik. Rusiyanın mümkün uğursuzluğu adları sadalanan və digər Rusiyanın təsiri olduğu ölkələri daha da hərəkətə keçirəcək. Bu səbəbdən Putinə mütləq qələbə və ya ən azından qələbə imitasiyası lazımdır".

Politoloq hesab edir ki, Putinin 9 may planından Kreml ictimaiyyət qarşısında qələbə ruhunu saxlamaq üçün istifadə edəcək: “Böyük ehtimalla Putin bu tarixə qədər cəbhədə müəyyən simvolik uğurlar əldə etməyə çalışacaq. Məsələn, Donetskdə irəliləyiş əldə etmək və ya hansısa yeni strateji nöqtənin ələ keçirilməsi planlaşdırıla bilər. Eyni zamanda televiziyalar vasitəsilə qələbə təbliğatının artırılması, hərbi paradların daha güclü göstərilməsi, hər şeydə qərbin günahlandırılması da daxili auditoriyanı sakit saxlamaq məqsədi daşıyacaq. Trampın atəşkəs və ya sülh planı bu il baş tutmayacaq. Buna hazırda nə Putin, nə də Zelenski hazırdır. Onlardan heç biri ciddi güzəştlərə gedərək məğlub olmuş kimi və ya qələbə əldə etməmiş kimi görünmək istəmir. Bu da məsələnin sülh yolu ilə həll olunmasını mümkünsüz edir. Sülh yalnız bir tərəfin həqiqi mənada ciddi güzəştlərə getməsi ilə mümkün ola bilərdi. Hazırda sülh müqaviləsinin bağlanması real görünmür”.

Oxşar Xəbərlər

backend
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
12.02.25 10:33
Gündəm / Siyasət
backend
Zelenski ABŞ-ın Ukraynaya dəstəyini “satın alır”: Kreml isə Ağ Evi Tramp-Putin sövdələşməsi ilə şantaj edir
13.03.25 09:00
Dünya
backend
Kremlin Bakıya “zərbə planı” boşa çıxır: Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır
11.02.25 09:00
Siyasət
backend
İrəvan xəyanət etsə də, Kreml məhz Bakıya hücuma keçib: Rusiya imperializmi yenidən real təhlükəyə çevrilir
8.02.25 10:17
Siyasət
backend
Kreml Rusiyanın son “nəfəsliklər”ini də qapadır: Bakı təzyiq cəhdlərinə qətiyyətli reaksiya verir
30.01.25 09:00
Siyasət

XƏBƏR LENTİ

18:10 Mənəviyyat zirvəzində olan vətənpərvər insan Azay Xasay oğlu Möhnətov
18:09 Azərbaycan-Türkiyə müharibə, silahlı qüvvələr veteranlarının tarixi görüşü.
17:45 Heydər Əliyevin posterini sökdürərək yerində obyekt tikdirən Vüqar Sədibəyli kimdir? - VİDEO
12:13 Məmur paytaxta obyekt tikdirib?- FOTOFAKT
16:15 Sumqayıtın 26 saylı bağçasında rüşvət qalmaqalı - İDDİA
20:00 "Venesiya" şadlıq sarayında zəhərlənənlərin sayı 50-ni keçdi - YENİLƏNİB
15:09 SON DƏQİQƏ! "Oliqarx Baku"da dava: Vüsal-Yetər cütlüyünün restoranı barəsində məhkəmə qərar verdi
21:39 Sabiq məmurun oğlu övladından imtina etdi – Səbəb
15:48 "Kəpəz" hospitalında əməliyyatdan sonra yataq xəstəsi oldu...
20:24 Son günlər Nəsimi rayonunda abadlıq qruculuq işləri rayon sakinlərini olduqca sevindirir - VİDEO+FOTOLAR
19:02 Sumqayıtda Heydər Əliyevin adına əkilmiş ağaclar kəsildi - Sakinlər ölkə rəhbərliyinə müraciət etdi - FOTO - VİDEO
12:38 FHN, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov: Zərifə xanım Əliyeva – Azərbaycan elminin və ziyalılığının nurlu siması
11:38 Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov: Bu gün görkəmli oftalmoloq, professor Zərifə xanım Əliyevanın anım günüdür
11:30 Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov: Zərifə Əliyeva – Azərbaycan tibb elminin nurlu siması
11:23 "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev: Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
16:00 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
15:30 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
15:01 Millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev – Dövlətə sədaqət andı
14:22 ABŞ yaxın vaxtlarda İranla bağlı qərarını verəcək - Tramp
13:43 Daha bir MTK yaşayış ola-ola söküntü aparır – “Evimi başıma uçurdurlar, kömək edin” — FOTOLAR
13:39 Saleh Məmmədova yaxın olduğu deyilən “tender kralı” daha bir müsabiqənin qalibi oldu
13:35 MTK şeflərinin həbsdə "kral" həyatı: Alaverdiyev, Kərimov kimilərə bu şəraiti kimlər yaradır?
13:33 “Tuana estetic centre”də cərrah Esmira İbrahimli mənim üzümdə qüsurlar yaratdı-Şikayət
13:31 Mingəçevirdə qadını sifarişlə həbs etdirmək istəyirlər?Şok müraciət!
13:28 İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib - YENİLƏNİB
Bütün xəbərlər

Araşdırma

backend
Sabiq məmurun oğlu övladından imtina etdi – Səbəb
17.04.25 - 21:39
13
backend
Son günlər Nəsimi rayonunda abadlıq qruculuq işləri rayon sakinlərini olduqca sevindirir - VİDEO+FOTOLAR
15.04.25 - 20:24
17
backend
Sumqayıtda Heydər Əliyevin adına əkilmiş ağaclar kəsildi - Sakinlər ölkə rəhbərliyinə müraciət etdi - FOTO - VİDEO
15.04.25 - 19:02
4
backend
Balakəndə bələdiyyə sədri və biznesmen əmiləri polisə tabe olmayaraq içkili halda mübahisə yaratdılar
12.04.25 - 12:20
5
backend
Nəsimi rayonundakı qanunsuz tikintiyə Taleh Bəşirovla Asim Rzayev dəstək verir?
12.04.25 - 12:17
4

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq

Maraqlı

backend
14.04.25 16:00
Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
backend
8.04.25 14:22
Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • (+99450) 214 12 68

© 2025, Gundelikxeber.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.